Qadin.NET / Gürcüstan-Tbilisi (6)

Gürcüstan-Tbilisi (6)

Gürcüstan-Tbilisi (6)

Hər bir xalqın özünəməxsus keçmişi, müsiqisi və xalq adət- ənənəsi var. Bu gün sizə gürcü müsiqisindən söhbət açacağam.

Gürcü xalq musiqisi — gürcülərin milli musiqisidir. Gürcü musiqisi xüsusi səs texnikasıyla və tonlardan istifadəylə seçilir, hansılar ki, bir-birinə yaxındır. Gürcüstanda mahnı oxumaq adətən kişilərə xas xüsusiyyətdir. İlk dövrlərdə gürcü qadınları körpələrə layla deyib oxuyarmışlar, kişilər isə bir qədər şərab içdikdən sonra müharibə və döyüşlərdəki igidlərdən oxuyarmışlar.

 Standart mahnı əsasən üç səslə həyata keçirilirdi. Əvvəlcə gürcü mahnıları xalq mahnısı olaraq tanınırdı və qadınlı kişili xor halında oxuyardılar, amma xristianlığın qəbulundan sonra dini kilsə nəğməsi oldu.

Onu da qeyd edim ki, YUNESKO 2001-ci ilində gürcü mahnısını şifahi xalq ədəbiyyatının qeyri-maddi mirası, şah əsəri kimi  tanıdı.

Gürcüstan Tbilisi Konservatoriyası bütün Qafqazda məşhurdur. Bura Gürcüstanın ən yüksək musiqi təhsil müəssisəsi hesab olunur.

Bu müəssisədən nə az, nə çox məşhur məzun şəxsiyyətlər yetişdi.  Bəstəkarlar kimi Qiya Kançeli, Vano Muradeli, Otar Taktakişvili, Mikayel Tariverdiyev, dirijorlar kimi  Samuil Samosud və Odissey Dimitriadi, Medeya Amiranaşvili və Nani Breqvadze vokalistlərini yetişdirdi. Həmçinin Gürcüstanın  öz simfonik orkestri var. Bundan başqa Gürcüstanın dünyada məşhur olan xalq mahnılarının və rəqslərin ansamblları var, məsələn: "Erisioni" və "Rustavi".

Əlbəttə ki, hər kəsin musiqi zövqü, musiqi duyumu fərqlidir. Lakin aramızda elə bir insan tapılmaz ki, Vaxtanq Kikabidzeni tanımasın. Onun səsindəki məlahət çoxumuzun qəlbini oxşayıb və oxşamaqda davam edir. Hər zaman xüsusi tədbirlərə dəvət olunarkən Vaxtanq Kikabidzedən ilk olaraq "Mənim illərim mənim xəzinəmdir" mahnısını ifa etməsini xahiş edirlər.

Daha bir sevilən müğənni Merab Sefaşvilidir. Onun ifasında səslənən əksər musiqilər ölkə sərhədlərini aşmaqdadır.

Bügün isə sizə Merab Sefaşvilinin ifasında gürcü serinadasını təqdim edirəm.

Gənclərin sevimlisi olan Lexeni adlı reperdir. Çox məhşur olmaqla yanaşı ifa etdiyi bütün replər gənclər tərəfindən əzbər oxunur. Gürcü xalqı tərəfindən sevilən gənc xanım müğənnilərdən biri də Nino Çxeidzedir. Onun da özünəməxsus pərəstişkarları var. Buyurun Lexeni və Ninonun ifa etdiyi dueti izləyin.

Eləcə də Anri Coxadze, Valeri Meladze, İrakli, Manana.

Və musiqilərindən hər kəsin zövq aldığı Dato 

Gürcü musiqisi zəngin olduğu qədər müğənnilərinin  də sayı hesabı yoxdur. Buğun sizə onlardan bəzilərini təqdim etdim.

Ümid edirəm ki, Gürcüstan-Tbilisi adlı xəbərimi sevərək izlədiz və bu ölkəyə səfər edərkən harda nəyin olduğuna dair heç bir çətinliyiniz olmayacaq. 

29 yanvar 2013
GO BACK