Oftalmologiya uzmanı Elşən İbrahimov: “Hər kəs 6-8 aydan bir ümumi göz müayinəsindən keçməlidir”“Gözdəki ciddi problemlər bəzən bir qızartı şikayəti ilə başlayır. Təbii ki, bu halda “adi qızartıdır” deyib keçmək olmaz, mütləq həkimə müraciət olunması lazımdır”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzinin müdiri, oftalmologiya uzmanı Elşən İbrahimov deyib.
E.İbrahimov deyib ki, bəzən gözdə qızarma, quruluq, yanma hissini həkim məsləhəti olmadan göz damcısı ilə aradan qaldırmağa çalışanlar olur: “Bu, düzgün yanaşma deyil.
Əhəmiyyət verilməzsə, bu hal çox ciddi fəsadlara yol aça bilər”.
Gözdə qızarma, yanma hissinin daha çox kompüterlə çox təmasda olan insanlarda qeydə alındığını deyən oftalmoloq əslində bu problemi kompüterdən çıxan şüaların yaratmadığını deyib: “Kompüterin şüaları gözlər üçün o qədər də ziyanlı deyil. Kompüterlə işləyəndə və digər göz diqqəti tələb edilən işlərdə gözün qırpma sayı azalır. Gözdə buynuz qişasının üzərində olan film təbəqəsi deyilən bir təbəqə var, bu təbəqə gözü nəm saxlayır. Qırpma azaldığı üçün orada buxarlanma yaranır, bu isə gözdə yanma, qızarma hallarına gətirir. Bunun qarşısını almaq üçün süni göz damcılarından istifadə etmək olar.
Amma bəzən ağır bir xəstəlik də bu əlamətlərlə başlayır. O səbəbdən yaxşı olar ki, həkimə müraciət edilsin, həkim məsləhəti ilə addım atılsın”.
Mütəxəssis onu da deyib ki, kompüterlə çox təmasda olan şəxslər aradabir özlərinə göz qırpma kimi vərdişləri təlqin etməlidirlər: “Aradabir yorğunluq hiss edəndə gözləri yumub istirahət də etmək olar. Gözləri uzaq məsafəyə dikib baxmaq da yorğun gözlərin dincəlməsinə şərait yaradır”.
E.İbrahimov şəkər xəstəliyinin gözdə yaratdığı problemdən danışarkən deyib ki, şəkərli xəstələrin vaxtında göz həkimlərinə müraciət etmələri üçün təbliğata böyük ehtiyac var:
“Uzun illərdir şəkərdən əziyyət çəkən insanlar göz həkiminə müraciət etməyin lazım olduğunu bilmirlər. Endokrinoloqlar şəkərli xəstələri oftalmoloqlara yönəltməlidirlər. Biz belə xəstələrlə söhbət edəndə məlum olur ki, həkimləri göz həkiminə də müraciət etməyin vacib olduğunu onlara deməyiblər. Amma hər kəs bilməlidir ki, bir şəkər xəstəsi minimum 6 aydan bir göz həkiminə müraciət etməlidir. Çünki diabet göz dibi damarlarını zədələyir. Şəkər bu gün dünyada korluğun ən birinci səbəblərindən biridir. Şəkərli xəstələr bizə ən çox görmə keyfiyyətinin azalması ilə bağlı müraciət edirlər. Nə qədər tez müraciət olunsa, vaxtında tədbirlər görülsə, korluğun qarşısı alınar”.
E.İbrahimov gözlə bağlı hər kəsin bilməsi vacib olan məqamlardan birinin də göz təzyiqi ilə əlaqədar olduğunu vurğulayıb: “Sıralasaq, bəlkə də göz təzyiqinin 10-dan çox səbəbi var. Genetik keçmə ehtimalı da var. Gözün bir sıra problemləri təzyiq yaradır. Təbii ki, bu, ciddi problemdir. Bir çox hallarda göz təzyiqinin hər hansı əlaməti olmur. Təzyiq qlaukoma krizisi ilə bağlı olanda təbii ki, şiddətli ağrılar olur. Amma təzyiqin gizli qaldığı bir çox hallar da var. Təəssüflər olsun ki, görmə keyfiyyətinin azalması çox gec bilinir. Ona görə də hər kəs 6-8 aydan bir ümumi göz müayinəsindən keçməlidir”.
Mütəxəssis optik və rəngli linzalardan istifadə edən şəxsləri də diqqətli olmağa çağırıb: “Buynuz qişa, demək olar ki, yeganə damarsız orqandır. Oksigeni normal havadan alır. Oksigen keçiriciliyi daha normal olan linzalardan istifadə olunmalıdır. İstər optik, istərsə də rəngli linzalarla bağlı bunu demək olar. Və eyni zamanda linzaların taxılıb-çıxarılmasına ciddi yanaşmaq, gigiyenik normalara əməl etmək lazımdır. Çünki azca səhlənkarlığa yol verilsə, kontakt linzalardan ciddi infeksiyalar keçə, bu isə ciddi problemlərə yol aça bilər”.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb