
Nəfəs alırsan, yemək yeyirsən, yaşayırsan, amma əslində şüur olaraq yoxsan
Dünyada elə xəstəliklər var ki, əksəriyyətinin müalicəsi belə, mümkünsüzdür. Çoxu insana əzab vermədən zamanla öldürür. Elə xəstəliklər də var ki, onlar yaşayan insanı ölüdən fərqsiz edir. Bu xəstəliklərə tutulmamaq insanın öz əlində deyil. Bu gün sağlam olan hər bir insanın sabah hansısa xəstəliyə tutulma riski var. Qorunmaq, sığortalanmaq isə sadəcə mümkünsüzdür.
Maraqlıdır ki, belə xəstəliklərin əksəriyyəti bir ölkədə geniş yayıldığı halda, bir başqa ölkədə demək olar rast gəlinmir. İstənilən halda, xəstəlik arzuolunmaz bir haldır. Hələ müalicəsi yoxdursa, bu haqda danışmaq, ümumiyyətlə, çətindir. Alzaymer xəstəliyi də bu sıradan olan xəstəliklərdəndir. Necə yarandığı bilinməyən, irsi ötürülüb- ötürülmədiyi müəyyənləşməyən və ümumiyyətlə, müalicəsi olmayan bir xəstəlikdir. Dünyada 20-25 milyondan artıq bu xəstəliyə düçar olan insan olduğu ehtimal edilir. Ehtimal edilir, çünki xəstəlik əsasən ahıl yaşlarında özünü göstərir və övladlar alzaymerli valideynlərini qeydiyyatdan keçirməkdən imtina edir. Yaşı 60-a çatan insanların yarı faizi alzaymer olma ehtimalı daşıyır. Uzunömürlu insanlar olan ölkələrdə alzaymerli insanların sayı daha çoxdur. Belə ölkələrdə hər 1000 adamdan 250-si alzaymerdən əziyyət çəkir.
Nevroloq Sara Süleymanovanın sözlərinə görə, Azərbaycanda alzaymer yayılmış bir xəstəlik deyil. Qardaş ölkə Türkiyədə isə xəstəlik yayğındır və bu cür xəstlər üçün baxım evləri də mövcuddur. Etdiyi hərəkəti, dünəni, yaxınlarını, zaman- zaman özünü unudan alzaymerli xəstələrin baxımı olduqca çətindir və geniş yayılmış ölkələrdə dövlət bu cür xəstələrin hər ehtiyacını qarşılayır: "Alzaymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza cıxır. İllər boyu eyni işi görmüş, vərdiş halına gətirmiş insanlar belə hər şeyi unudur və zaman-zaman məhz eyni işi görmək üçün yenidən ayağa qalxır. Təbii ki, onların bu aldadıcı dəyişimi qısa- müddətli olur. Xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Xəstəliyə tutulanların sayı günü-gündən, belə demək mümkündüsə, logorifmik olaraq artmaqdadır".
Alzaymer xəstəliyinin risk faktorlarına misal olaraq yaş, cinsiyyət, ailə üzvlərində xəstəliyin olması, yaddaşın itirilməsi ilə nəticələnən kəllə - beyin travmaları, Daun sindromu, hipotiroidizm və s. göstərmək olar. Alzhaymer xəstəliyinin kliniki diaqnozunda olduğu kimi patoloji diaqnostikasında da dəqiq bir kriteriyaya əsaslanmaq mümkün deyil. Məsələn, Pik xəstəliyində Pik cisimciklərinin aşkar olunması həmin xəstəliyin diaqnozunu qoymaq üçün kifayətdir. Alzaymerdə isə heç bir dəyişiklik olmur, diaqnostika üçün yetərli heç bir fakt özünü göstərmir. Xəstəliyin ən tipik əlamətləri yaddaş pozğunluqları ilə əlaqədar meydana çıxır. Bəzən gecə ilə gündüzü qarışdırır, hamıya yaxşı məlum olan tarixi günləri, ad günləri, özəl tarixi günləri unudur. Bəzi xəstələr danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkirlər. Get-gedə xəstələr özlərini idarə edə bilməyəcək vəziyyətə çatırlar. Ən son xəstəliyin pik nöqtəsində isə xəstə hətta qapını açmağa, hər hansı bir əşyanı götürməyə, özü geyinib- soyunmağa çətinlik çəkir. Bu mərhələdə xəstələr 24 saat kontrol altında saxlanılmalıdırlar: "Xəstəliyin klinikasına nəzər saldıqda görürük ki, bəzi əlamətlər normal yaşlanmalarda da özünü büruzə verir. Lakin alzaymer bir növ insanı diri ikən öldürür. Nəfəs alırsan, yemək yeyirsən, yaşayırsan, amma əslində şüur olaraq yoxsan".
Nevroloq bildirir ki, alzaymerli xəstələrin erkən diaqnozu qoyularsa onların xəstəliyinin sürətlənməsinin qarşısını almaq olar. Lakin bu o demək deyil ki, xəstə tamamilə xəstəlikdən qurtulacaq. Müalicə sonrası simptomlar tamamilə yox olsa belə xəstəliyin yenidən qayıtması riski də çox yüksəkdir. Alzaymer xəstələrində əvvəllər kəllə travmaları olubsa, insan gündəlik həyatında depresiyaya meyllidirsə, bir gündə birdən artıq işlə yüklənibsə bu cür insanların alzaymer xəstəliyi sürətlə irəliləyir: "Xəstəliyin diaqnozunun qoyulması çox çətindir. Bunu hər hansı bir nevroloq və ya başqa həkim bir çox xəstəliklər kimi asanlıqla diaqnozu qoya bilməz. Əgər xəstəlik özünü gənc yaşlarda büruzə versəydi, bunun hətta xəstənin ailəsi belə erkən bilə bilərdi. Özünü insanın yaşlı, unutqan vaxtında üzə çıxaran alzaymeri bu səbəbdən müəyyən etmək olduqca çətindir. Artıq diaqnoz o zaman qoyulur ki, xəstədə xəstəliyin 70% irəliləməsi olur və müalicələr, sadəcə, qısa müddətlik qarşısını ala bilir".
Təəssüf ki, alzaymerli xəstələrin 50% onlara dəqiq diaqnoz qoyulmadığı üçün son ana qədər bu xəstəlikdən əziyyət çəkdiklərini bilmirlər. Yaşlılığa bağlı olaraq unutqanlığın yaranmasını zənn edən xəstə və yaxınları diaqnoz qoyulmadığı üçün müalicə də ala bilmirlər. Vəziyyət isə elə də ürəkaçan deyil. Alimlər bu fikirdədirlər ki, 2050-ci ilə kimi alzaymerə qarşı müalicə metodu tapılmasa və ya qarşısı alınması üçün çarə olmasa 2050-ci ildə 80 milyondan çox alzaymer xəstəsi olacaq. Hələlik isə onların 3 məsləhəti var: "Beyni stresə salmamaq, şəkərdən uzaq durmaq və idmanla məşğul olmaq".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İrandakı duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər
Dünya çempionatında Qurani-Kərim paylanılır
Bakıda UNO hamını qorxutdu
Neymar yeni model sevgilisi ilə ad günündə tanış olub - FOTO
Qadın boksçumuz Polşada erməni rəqibini məğlub etdi
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı
DİN-in zabitlərinə general rütbəsi verilib
77 yaşlı ər və arvad boşandı – Bakıda
Günün qoroskopu: hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin
Qaxda daha bir "möcüzə"
Xəzərin suyunu təmizləmək üçün yeni qurğular tikilə bilər
İngilis dili-Aa (3)
Günün qoroskopu: fiziki işə qatlaşmayın
Ebola virusunu aşkar edən alim: “Yeni ölümcül xəstəlik yaranacaq”
Mənzil alan jurnalist CÜTLÜKLƏR
Bakının mərkəzində girişi qadağan olunmuş "nəhənglər" nə gəzir?
15 dəqiqəlik günəş vannası artritdən xilas olmaq üçün kifayətdir
Azərbaycan tarixindən yüz şəxsiyyət-48
Azərbaycanda dollar satışı azalıb - 2 dəfədən çox
Çətin ləkələri təmizləmək üçün 8 sadə üsul
Leyla Əliyeva hindistanlı mistiklə görüşdü - FOTO
Fərqli şam ağacı dekoru
Dünyanı böyük sürpriz gözləyir
Şirin duyğular
Üçtərəfli displeyə malik smartfonun istehsalına başlandı
Pərviz "Survivor"da hər kəsi HEYRƏTLƏNDİRDİ - VİDEO
Peris Hilton hər kəsi təəccübləndirdi
Chanel-in 2014-2015-ci il Yeni il kolleksiyası
Limonlu suyun möcüzəvi faydası
Bahar ətirləri
Ecaskar xanımlar üçün
Kababa gəl, kababa: ye ki, qurtaracaq
Beyni öldürən 10 təhlükə
Dünyanın ən böyük məzarlığı
Balqabaqlı yemək (foto-resept)
Cütlüyün bal ayı təxirə düşdü-SƏBƏB
Sürətli oxu - 10
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
"Ağıllı" cins gödəkcə hazırlanıb
Panik Atakın 30 Simptomu
Yalançılar haqqında doğrular
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?-23 noyabr
Vladimir Putin: “Döyüşlər Ermənistan ərazisində getmir” - VİDEO
Fahriye Evcen yeni şəkillərini paylaşdı
ABŞ bu ölkələrə güvənmir
Azərbaycanda koronavirusa görə istehsalın dayandırılması gündəlikdə deyil - RƏSMİ
Qışda bəbir naxışlı geyimləri geyməyin üsulları
Fahriye Evcen Burak Özçivitin yeni imicindən danışdı
Zeyn Malik artıq müsəlman deyil














