Noyabrın 9-da Bakı Kitab Mərkəzində məşhur hindistanlı yoqin və mistik Sadhquru (Caqqi Vasudev) ilə görüş və onun “Mənəvi quruculuq” kitabının təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, təqdimat mərasimi Sadhqurunun insanın mənəvi quruculuğuna dair məzmunlu fikirləri ilə yadda qalıb. Hindistanlı yoqin və mistikin fikrincə, dünyada sülh, sevinc içində yaşamaq üçün insanlar çox ciddi çağırışlar edir və sadə olanı tez-tez mürəkkəbləşdirirlər: “Uşaqların bilikləri daha az olsa da, onlar həyatdan zövq ala bilirlər. Bu isə o deməkdir ki, böyüklər öz bilikləri və dünyagörüşləri ilə sevinc üçün daha çox səbəb tapa bilər və həyatdan daha asanlıqla, uşaqlardan ikiqat, üçqat çox zövq ala bilərlər”. Onun sözlərinə görə, insanların keçirdikləri iztirabın iki səbəbi var: yaddaş və sərhədsiz təxəyyül.
Yoqin və mistik hesab edir ki, insan dünyanı özünə deyil, özünü dünyaya uyğunlaşdırmalı və harmoniyada yaşamağı bacarmalıdır.Sadhquru daha sonra auditoriyanın suallarını cavablandırıb.Qeyd edək ki, Azərbaycana ilk dəfə gələn Sadhquru noyabrın 10-da Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək. Mərkəzdə təşkil olunacaq mühazirə də “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” mövzusuna həsr olunub.Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” (“Padma Vibhushan”) dövlət mükafatı ilə təltif olunub.Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bir dəqiqəyə suda əriyən plastik yaradıldı
Azərbaycan dili - IV dərs
Hadise ayrılıq xəbərlərinə açıqlama verdi
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
2020-ci ilin trendləri
Rasim Əliyevə "İstiqlal" ordeni verildi
Bu dəfə Yaşar Sereni məhkəməyə verdi-SƏBƏB
Kəlbəcərli girovlardan biri buraxıla bilər
Noxud şorbası (foto resept)
Çiyələyin mikroblarını necə təmizləməli?
Komediya ustası səhnədə öldü-FOTO
Mədə turşuları
Tom Cons Antalyada konsert verəcək
Məşhur aktyor Boeing-ini hədiyyə etdi
Bir yalnızlıq simfoniyası
Makiyajla məşhurlara çevrilən Alexis
Bakıda bir neçə sahibkarı aldadaraq külli miqdarda pulunu ələ keçirən qadın tutulub
Azərbaycan kinosunda yeni qanun
Ərdoğan terrorçulara od püskürdü
Könüllü işləmək istəyənlərin nəzərinə
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Qırışları aradan qaldıran maska
Ebunun konset bileti neçəyədir?
Eyni geyimləri müzakirələrə səbəb oldu
Hava haqqında
Mayın ilk gününə olan hava proqnozu
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
"Çukur" final edir-SƏBƏB
Serenay Sarıkaya Kerem haqqında danışdı
Çimərlik ayaqqabıları
Yaz üçün gözəl donlar
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Maraqlı divar saatları
Erkən qırışların səbəbləri
İşdən ixtisara düşmək istəmirsizsə...
Sənədsiz evlərə bəd xəbər
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Mətbəx dekorasiyası nümunələri
Qaydalar avtobus sürücüləri üçün deyil?
Kütləvi ixtisarla bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA
Bakıda taksidə doğulan uşağın görüntüləri-VİDEO
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
Verilişdə gərgin anlar: Azərbaycanlı qızın ürəyi getdi
Yeni türk nəsilini necə yetişdirməli?
Putin diktatora dəstəyini kəsdi
Sürüşmə sahələri aktivləşib
Gözəl bilərzik modelləri
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
Noyabr ayının qalibləri!
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri














