Neft üzrə ekspert İlham Şaban bildirib ki, qlobal bazarı təhlil edən analitiklər ən böyük amil kimi dolların bahalaşmasını göstərir, dünyada dollara olan tələbatı önə çəkir, başqa valyuta ilə dolların müqayisəsini göstərir və bunun fonunda "qara qızıl"ın ucuzlaşdığını söyləyirlər. Elə bu səbəblərdən neft son iki hərracda qiymətini itirir.Digər tərəfdən, bu, İran amili ilə bağlıdır. Belə ki, iyunun 30-da İranla "Altılıq" arasında nüvə proqramına dair müsbət qərar verilməlidir və İranın dünya bazarına neft çıxarmasına qoyulan məhdudiyyətlər aradan qaldırılacaq. Onun sözlərinə görə, İran amili həmişə birjalara formativ təsir göstərir və çox böyük rol oynayır. Reallıqda bunun təsiri iyunun 30-dək və sonra olacaq. Bu, bazar sabitləşənədək özünü göstərəcək. Bu sabitləşmə bir ayda, 10 gündə çəkə bilər. Bu, bazardakı möhtəkirlərin, bazara olan informativ hücumların, sensasiya yaradan təhlillərin təsirindən asılıdır. Ona görə də biz bu yayı neftin qiymətinin ziqzaqvari şəkildə dəyişməsi ilə müşahidə edəcəyik. Bir sözlə, dünyanı neft sürprizi gözləyir.
Bu günlərdə OPEK Azərbaycanla bağlı proqnozunu açıqlayıb. Belə ki, ilk rübrə 850 min barrel neft hasil olunub. Aprel ayının nəticələrinə görə, orta hasilat təqribən 860 min barrel olub. Yəni 10 min barrel artmasına baxmayaraq 4-cü rübdə hasilatın azalması baş verəcək, bu rəqəm 790 min barrelə düşəcək və 60 min barrel fərq yaranacaq. Bu da onunla bağlıdır ki, "Azəri-Çıraq-Günəşli"də azalma prosesi gedir. Dövlət Neft Şirkətinin balansında olan yataqlar özünün pik dövrünü keçib, 30 ildən çoxdur istismar olnur.
Ümumiyyətlə, OPEK-in proqnozu heç nə vəd etmir və sensasion heç nə baş verməyəcək. 2010-cu ildən Azərbaycan nefti azalır. Əvvəl 50,8 milyon ton heft hasil etmişdiksə, iki həftə əvvəl Bakıda keçirilən Neft-Qaz konfransında ARDNŞ-ın vitse-prezidenti Rəhman Qurbanov açıqladı ki, bu rəqəm 40,7 milyon ton olacaq. Yəni 5 il ərzində 10 milyon ton neft azalıb. Bu bizim reallıqdır. Təbii ki, neft hasilatı azalırsa, ixrac azalacaq, ixrac azalırsa, gəlirimiz azalır. Xam neft Azərbaycan ixracatının 86 faizini təşkil edir.
Xatırladaq ki, bu ilin ilk rübünün yekunlarına əsasən, Azərbaycan büdcəsinin mədaxil, gəlir hissəsinin 62,5 faizi neft sektorunun payına düşüb. 2014-cü ildə neftin qiyməti dünya bazarında 101 dollar olub və büdcəyə 16,3 milyard dollar daxil olub. Bu il neftin ixrac qiyməti orta hesabla 60 dollar olarsa və ixrac həcmini nəzərə alsaq, ən yaxşı halda Dövlət Neft Fonduna gələn gəlirimiz 8,5 milyard dollar təşkil edəcək.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlər
Avtobuslar və taksilərlə bağlı yenilik
Duzlu pomidor (foto resept)
Julia Robertsin gözəllik sirləri
Karamel toyuq (foto resept)
Adriana Limaya əkizi qədər bənzəyir - FOTO
Çinin ağılagəlməz kosmik planı
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
Sinan Akçıl əkiz qardaş və bacısını gösərdi-FOTO
Mayli Sayrus ərə getdi-FOTO
Neslihan və Kadir Doğulu karantindən FOTO paylaşdılar
İlk qar kristalı fotoaparatının yaradıcısı
Adını mən verdim, yaşını Allah versin....
Günün ulduz falı
Sobada qat-qat xəmirli balıq (foto resept)
Məşhurların üzü qızıl simmetriyaya uyğun olsaydı ...
Meqan sözünü geri götürdü-SƏBƏB
Müəllimlərin maaşı 4 dəfə artırıla bilər
Bədən yaşınızı hesablayın… TEST
Xalq artisti Leyla Əliyevanın şeirinə mahnı oxudu - VİDEO
Uşağa süd vermək inadcıl mərəzdən qurtarır
Dünyanın ən gözəl 30 qadın siyasətçisi
Neft yenidən ucuzlaşdı
Murad Boz: "Səninlə qürür duyuram"
Ana bətnindəykən musiqi
Dünyada bu dillər yox olacaq
"Rus turistlərin Türkiyəyə səfəri bərpa oluna bilər"
Sulu qara hazır olun
Zavoddakı yanğının söndürülməsi üçün helikopter cəlb edildi
"Mucize doktor"u şikayət etdilər-SƏBƏB
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Əlillər və şəhid ailələri mənzillə təmin ediləcək
“Rembo” ləqəbli qazi: “Mübariz İbrahimovun şəhid olduğu postu alanda 7 saat döyüşdük”
Məktəb çantaları uşaqlarınız üçün təhlükəlidir!
Azərbaycanda dezinfeksiya işlərinin zərərləri ilə bağlı MÜHÜM AÇIQLAMA
Çin süni Ay hazırlayır-FOTO
"Whatsapp"dan möhtəşəm YENİLİK
Naringi
Qar yağacaq
Pendirli simitli omlet (foto-resept)
Azərbaycanda COVID-19-dan ölən şəxs necə dəfn olunacaq? – RƏSMİ AÇIQLAMA
İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Qaydanı pozan piyada cəriməni ödəməsə, əmlakının müsadirəsi mümkündürmü?
Köçəri və çöl quşlarının ovlanması, satışı qəti qadağandır
Özcan Deniz ailəsi ilə Kiprə gedir-SƏBƏB
Zahanın qalereyası
Kişilər doğuşda iştirak etməlidirmi?
Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir - Əhaliyə XƏBƏRDARLIQ
Sinan Akçıldan qəribə açıqlama
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək

- ŞƏRHLƏR