Görəsən, el içində deyilən "Allahın nəzərdən xəbəri yoxdur” deyimi nə dərəcədə doğrudur? Həqiqətənmi Allahın gözdəymədən xəbəri yoxdur? Ümumiyyətlə, elə bir şey ola bilərmi ki, ondan Yaradanın xəbəri olmasın və ya o, hansısa təhlükənin qarşısında aciz qala bilərmi? Bu, mümkündürmü?Peyğəmbər əfəndimizin zamanında bir nəfər varmış. Üç gün bir şey yeməz, sonra çadırın bir tərəfini qaldırıb oradan keçən bir dəvəyə baxıb, “bunun kimi bir dəvə heç görmədim” deyər-deməz, dəvə xəstələnirdi. Müşriklər, bu adamı tapıb Peyğəmbər əfəndimizi nəzərlə öldürməsini istəyirlər. Allah-Təalə da Rəsulullahı onun nəzərindən qoruyub. Bu haqda “Qələm” surəsinin 51/52-ci ayəsində əks olunub. Ayəti-kəlmənin mənası belədir: Ya Peyğəmbər! Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı az qala səni gözləri ilə yeyərlər. Onlar sənin barəndə: "O, divanədir!" - deyirlər. Halbuki, bu (Quran) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz)Demək ki, öfkənin bədəndə bir təsiri olduğu kimi, gözlərin də qarşılarındakına baxışlarına görə yaxşı və ya pis bir təsiri vardır. Görülməyən şeylərə yox demək, bugünkü elmdə yoxdur. Günümüzdə, alətlərdən çıxan şuaların insanlara təsir etdiyi təsdiq edilmişdir. Məsələn, televiziyanı işə salan, kanallarını dəyişdirən və ya maşını açan əmirlər vardır. Bu işləri onlardan çıxan şualar edir. Lazer şüaları ilə əməliyyatlar edilir. Bunlar kimi gözdən çıxan və mahiyyəti tam açıqlanmayan şüalardan da nəzər dəyərək, baxılan şeyə zərər verə bilir.Bunu inkar edənlər olsa da, nəzər haqqdır. Gözdəyməsi təhlükəli bir şeydir. Lakin Allah qoruyacağı qulları üçün göz dəyməsinə qarşı bir pərdə çəkir. Buna görə bəyəndiyimiz bir şeyə israrla baxanda "Allah diləməzsə, heç bir şey olmaz" mənasını verən “maşallah” və ya "Allahın bərəkəti üzərinə olsun” mənası verən "bərəkallah" deməyimiz tövsiyə edilir. Peyğəmbər əfəndimiz hədisi şərifində belə buyurub: "İnsanların yarısı nəzərdən ölür", "Nəzər insanı qəbirə, dəvəni qazana soxar".Gözlərdən çıxan şualar ziyan verdiyi kimi, xəstəliklərə şəfa da ola bilər. Mömin, saleh bir adamla bir az söhbət etmək xəstəni yüngülləşdirə bilər. Möminin gözündən çıxan şualar, qarşısındakı insanın yaxşılaşmasına səbəb olur. Peyğəmbər əfəndimiz buyurub: "Comərdin yeməyi şəfadır".İnsanın özünün özünə də nəzəri dəyə bilər. Fatiha, Ayətül-kürsü, İxlas, Nəs, Fələq, Kafirun surələrini 7 dəfə oxuyub xəstəyə üfləyəndə, nəzərin təhlükəsi keçib gedər. Peyğəmbər əfəndimiz "Fatiha ilə Ayətül kürsünü oxuyana o gün nəzər dəyməz" buyurub.Peyğəmbər əfəndimiz, Fələq və Nəs oxuyub buyurdu ki, bu iki surə ilə qorunun! Heç kimsə bu iki surə ilə qorunduğu kimi başqa şeylə qoruna bilməz".Peyğəmbər əfəndimiz nəzər üçün "Allahummə bərik fihi və lə təddarrühü" oxuyardı.
XƏBƏR LENTİ
9 may - Qələbə günüdür!
"Vodka" necə yaranıb?
Ermənistana məxsus PUA məhv edildi - RƏSMİ
4 uşaq anası vampirə "çevrildi"-FOTO
Kıvanç Tatlıtuğ yay tətilini belə keçirəcək
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Gecəlik modelləri
Qəhvə ilə gözəlləşin
Bu məhsulların ölkədən çıxışına qadağa qoyuldu - Siyahı
Bir-birini çoxdan tanıyıb, illər sonra aşiq olan məşhurlar
Frappucino (foto-resept)
Otellər və turizm obyektləri bu qaydalarla fəaliyyət göstərəcək - RƏSMİ
Cəbhədən xəbər var
Balaca rəqqaslar
Facebook-un azərbaycanlı işçisi Aytəkin Əliyeva: “Bu işin bir sirri var...”
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
Boksçumuz erməni rəqibini əzərək finala çıxdı
Hamiləlikdə istifadə edə biləcəyiniz bitki çayları
Azərbaycanın şimal-qərbində zəlzələ olub
1 həftəyə 5 kiloqram
Bakı metrosunda əsaslı təmir edilmiş 5 vaqon istifadəyə verilib
Nar mürəbbəsi (foto-resept)
Şirniyyat gəlincikləri
Qadınların arıqlamaq üçün ən ideal yaş dövrü
İçimizdə böyüyən şiş...
60 yaşı adlayıb keçə bilmədi Zərifə xanım Budaqova...
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Peyğəmbərin vəfatı günü Yeni il bayramı ilə üst-üstə düşür?
Zəncəfilin dəriyə faydası
4K televizor bazarı böyüyür
Avropada rouminq ləğv ediləcək
Qadınların fərqli psixalogiyası(2)
Sualtı şəlalə
Dondurulmuş ərzaq məhsullarından koronavirusa yoluxmaq mümkündür?-Alimlər açıqladı
Günün qoroskopu:İşinizə nəzarət edin!
"Qalatasaray"a şok cəza
Həm Android, həm Firefox-la işləyən smartfon
Kəsmikli alma ( foto resept)
“Qarabağ” gedir
Meksika mətbuatında işğalçı Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc olunub
Dişlərinizi gücləndirən 5 qida
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?
Şərab qırmızısı-Payızın ən gözəl rəngi
4 hərəkətlə cazibadar ayaqlar
Fərqli, yeni Alpina B4
Günün ulduz falı - 14.01.2014
120 yaşlı Hunzalılar-FOTO
Osmanlı sultanının saatı 1,1 milyona satıldı – FOTO
Virusları öldürən ən yaxşı 7 MƏHSUL
- ŞƏRHLƏR