Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi ABŞ mətbuatında və bu ölkənin ictimai sosial həyatında fəal rol oynayan elektron portallarda Ermənistanın 12 iyul tarixindən etibarən Azərbaycan Ermənistan sərhəddinin Tovuz istiqamətində həyata keçirdiyi təxribatlarla bağlı məlumat yayımlayıb.
Qadin.Net bildirir ki, Səfirlikdən apa-ya verilən məlumata görə, bu məlumat "Yahoo" kimi geniş əhatə dairəsi olan şəbəkələrdə yayımlanıb və kifayət qədər böyük izləyici kütləsinə çatıb.
Yayımlanmış məlumatda Ermənistanın iki ölkə arasında olan atəşkəs razılaşması və beynəlxalq hüququ pozaraq, Azərbaycanla beynəlxalq sərhəddə hücuma keçməsi və mülki əhalini məqsədli şəkildə hədəfə alması bildirilir. Nəticədə dinc əhalinin və Azərbaycanın hərbi qulluqçularının həyatını itirməsi qeyd olunur və Ermənistan hərbi qüvvələrinin iki ölkə sərhəddi boyunca Azərbaycan kəndlərini mərmi atəşinə tutduğu bildirilir. Qeyd olunur ki, ermənilər əsasən qanunsuz işğal olunmuş Azərbaycan ərazilərindəki təmas xəttini deyil, sıx məskunlaşmış yaşayış ərazilərini nişan alır. Ermənistanın məqsədi qarşıdurmanın əhatə dairəsini genişləndirərək daha çox beynəlxalq oyunçu cəlb etməkdir. Ermənistanın müdafiə nazirliyinin açıqlama verərək "daha əlverişli mövqelər işğal etmək" niyyəti ictimaiyyətə çatdırılır.
Məlumatda qeyd olunur ki, Ermənistanın hücumu Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyan neft və qaz kəmərləri, xüsusilə də Cənub Qaz Dəhlizinin keçdiyi ərazinin yaxınlığında baş tutub.
Artıq illərdir ki, Ermənistan Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini pozmağa çalışır. Dünya ictimaiyyətinin COVID-19-la mübarizəyə fokuslandığı bir zamanda Ermənistan rəhbərliyi qeyri-konstruktiv bəyanatlar və əməllərlə qərəzli mövqeyini davam etdirir və əsaslı süh üçün beynəlxalq çağırışlara məhəl qoymur.
Azərbaycan isə öz növbəsində münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də daxil olmaqla beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tezliklə sülh yolu ilə həllinin tərəfdarıdır.
Bildirilir ki, Ermənistanın son əməlləri kobud şəkildə beynəlxalq humanitar hüquq pozuntusudur və mülki əhalinin əziyyət çəkməsinin qarşısını almaq üçün bu həlli uzanan münaqişə tezliklə bitməlidir. Ermənistanın təcavüzkar əməlləri və liderlərinin zorakılığa səsləyən bəyanatları Ermənistanın özü də daxil olmaqla regionda sülhə və təhlükəsizliyə ciddi təhlükədir.
Məlumatın sonunda Ermənistanın təcavüzünün qurbanlarının ailələrinə başsağlığı verilir və yaralılara şəfa dilənilir.
XƏBƏR LENTİ
Fitnes ulduzlarının da qarnı olur
Sürücülərə müjdə: az qaldı
Gül, axı xəstəsən!
"Cinayət və Cəza" əsərinin cizgi filmini çəkdi
Maskalar və gözəllik sirləri (I hissə)
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
Dərini qidalandıran maska
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
Türkiyədə "Qarabağ" adlı klub yaradıldı
"Kanal S"in 5 yaşı tamam olur
İlin ən ağır günü
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
Cenniferin yeni filminin trelyeri yayımlandı
Qarın əridən qidalar - SİYAHI
Qızılın qiyməti artacaq
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Düşmən hərbçilərimizi iriçaplı pulemyotlardan və snayperlə atəşə tutdu
Yeni il üçün manikür modelləri
Ev şəraitində gözəlləş!
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Elnur Hüseynov birinci oldu
Tibbi sığortaya az qaldı
Nazirlik işçilərinin maaşını niyə kəsir?
Arıqladan cəfəri suyu
Havalandırma sistemləri koronavirusa yoluxmanı artırır - RƏSMİ
Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb
"Dünyanın ən gözəl ombası" seçildi - FOTO
Leyla Əliyevanın rəsmləri Kiril İstominin sərgisində nümayiş etdirilir
Sabahın HAVAsı
Uşaqları müsbət davranışlara necə alışdırmalı?
Bu malları alarkən diqqətli olun - XƏBƏRDARLIQ
Özcan Denizin xanımı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Arzularını gerçəkləşdirən yaşlılar
Seda Sayan 7-ci dəfə ərə gedəcəkmi?
Yaponlar niyə kökəlmir?
Keçədən kuklalar (özün düzəlt)
Ziyafət üçün geyim kombinləri
Tarixdə ilk: Qadınlar açıq kosmosa çıxır
Arı sancması üçün təbii üsullar
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
Burcu Esmersoyun keçmiş əri Onunla görüntüləndi-FOTO
İlin ilk Günəş tutulması oldu
Məhkumluğu olan sürücülərin işi ilə bağlı RƏSMİ AÇIQLAMA
Valideynlərə təcili kömək -6
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsinə start verilib - FOTO
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Koronavirusun əsas əlamətləri açıqlandı
Hindusların Divalisi başlandı