Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının tətbiqini izah edib.
Nazirlikdən verilən məlumata görə, bu qərar ilə Ramazan bayramı və xüsusi karantin rejimi ilə əlaqədar olaraq iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 2020-ci ilin 23-30 may dövrü üçün bayram, istirahət və əmək haqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib.
Bununla əlaqədar olaraq əməkhaqqı ödənişlərinin düzgün aparılması üçün iş vaxtı tabellərində həmin günlər aşağıdakı kimi qeyd edilməlidir:
Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının 2.2-ci bəndinə əsasən, 2020-ci ilin istehsalat təqvimi dəyişmədiyi üçün cari ilin may ayı üzrə aylıq, eləcə də bu il üzrə orta aylıq iş vaxtı normaları, həmçinin, bundan irəli gələrək saatlıq (gündəlik) tarif (vəzifə) maaşları əmək haqlarının hesablanmasında dəyişdirilmir. Qərarla 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirildiyi və 27 may tarixi qısaldılmış iş günü olduğu üçün Qərarın 2.2-ci bəndi nəzərə alınmaqla 2020-ci ilin 31 may tarixi qısaldılmış iş günü olacaq.
Fasiləsiz xidmət sahələrində istehsalat zərurəti ilə əlaqədar olaraq beşgünlük və altıgünlük iş həftəsində çalışan işçilər Nazirlər Kabinetinin 15 may tarixli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işə cəlb edildikdə xüsusi əmək (iş) rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, həm dövlət büdcədən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.
Növbəli iş rejimində çalışan işçilər Nazirlər Kabinetinin 15 may tarixli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işlədikdə həm dövlət büdcəsindən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.
Xüsusi iş(əmək) rejimi ilə əlaqədar müəyyən edilmiş qeyri iş günləri ilə əlaqədar nəzərə alınmalıdır ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.
|
XƏBƏR LENTİ
2013-cü ilin dəbli çimərlik çantaları
"Torpaqlarını azad etmək Azərbaycanın haqqıdır"
Ətdən çox istifadə hansı fəsadlara yol açır?
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Devid Bekhem kosmetikadan istifadə edir?
Gəlinciklərinə 200 min dollar xərclədi
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
Qarında qopan vəlvələ
Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yeni körpülər tikilir
Napoleon tortu (foto resept)
"Yalançı" göz yaşları
“Euronews” telekanalı “Gəncə-Avropa Gənclər Paytaxtı” layihəsini işıqlandırıb
2020-ci ildə Yer kürəsində..
Bu da bənzərsiz Mercedes S-Class
Ən məşhur arıqlama üsulu
Azərbaycanın kosmosdan çəkilmiş şəkli astronavtı təəccübləndirdi
Ən çox "zibil" bu ölkədən gəlir
İslam pəhrizinin 13 qızıl qaydası
Baham adalarına getdi akulaya yem oldu-FOTO
Su çərşənbəniz mübarək!
Uşaqların yaşı hansı idman növünə uyğundur?
Arqan yağının dəriyə təsiri
Heç kəs cəzasız qalmayacaq
Zobun müalicə üsulları
İnsanların bu həyatda 4 imtahanı
14 kq-lıq yeniyetmə-FOTO
Məşhurlar hansı türk seriallarına baxırlar?
Şəhid olan əsgər torpağa tapşırıldı
Klaviaturanın sirləri (Dərs4)
Şəkidə fləşmob
İlham Əliyev dörd polkovnikə general-mayor rütbəsi verdi - SƏRƏNCAM
İlk üç gündə 456 milyon qazandı
Dünyanı heyrətləndirən 100 milyonluq şounu kimlər hazırladı?
Samira və qızının Su çərşənbəsi
İvanişvili: "Mən erməniləri çox sevirəm və bunu heç vaxt gizlətməmişəm"
Napoleon qəlyanaltısı (foto resept)
Gəlinliklər
"Bakı Metropoliteni" qış rejiminə keçir
Mesut Özil və Amine Gülşe rep oxudu-FOTO
Yadplanetlilərlə bağlı təhlükə sürətlə artır - Gizli məqamlar
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Bakıda növbəti dollar panikası
Hamilə olan Fahriyənin son halı - FOTO
"iPhone 7" belə olacaq?
Evi az vaxtda təmizləmək üçün
Prezidentdən Suqovuşan kəndi ilə bağlı QANUN
Azərbaycanda film çəkilişlərinə start verilib
Kök salatı (foto resept)
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Koronavirus böhranından qazanclı çıxan üç ölkə