Dizenteriya ifeksion xəstəlik olub mədə-bağırsaq sistemini, xüsusən də yoğun bağırsağı ciddi zədələməsi ilə xarakterizə olunur. Kökü qədim zamanlaradək uzanan xəstəliyə e.ə 380-ci ildə İran ordusunun yoluxduğu tarixi mənbələrdə yer alıb.
Şigella
Həkim-infeksionist Aygün Həsənova deyir ki, dizenteriya insanın həzm traktından yoluxma ilə başlayır, yoğun bağırsağın funksional pozğunluğu, tez-tez selikli və qanlı nəcis ifrazı ilə müşahidə olunur. Xəstəliyin törədicisi şigella cinsindən olan bakteriyalardır. Bakteriyanın 4 növü olsa da, daha çox şigella fleksner (hərəkətli B qrup infeksiya) və zonne (D qrup) növlərinə təsadüf edilir. Dizenteriya bakteriyaları aşağı və yüksək temperaturun və dezinfeksiyaedici müxtəlif dərmanların təsirinə olduqca həssasdır. Bakteriya çöpləri xarici mühitdə 18-25 dərəcə temperaturda yaşama qabiliyyətinə malikdir. Ancaq günəş şüasının təsiri nəticəsində onlar tez tələf olur: “İnsan bakteriya çöplərinin ağızdan mədə bağırsaq traktına keçməsi nəticəsində dizenteriyaya yoluxur. Xəstəliyə bütün il boyu təsadüf edilə bilər, lakin xəstəliyin vüsət aldığı dövr iyul-avqust aylarıdır”.
Toksik zədələnmə
İnfeksionistin Milli.Az-a dediyi sözlərinə görə, dizenteriya çöpləri ağızdan həzm traktına keçərək yoğun bağırsağın aşağı hissəsinin selikli qişasında, xüsusən də büküşlərin arasında yerləşir. Xəstəlik zamanı yoğun bağırsağın aşağı hissəsində, düz bağırsaqda meydana gələn patoloji dəyişikliklər, ilk növbədə, bakterial toksinlərin selikli qişaya bilavasitə təsiri ilə əlaqədardır: “Dizenteriya törədiciləri sinir və ürək-damar sisteminin normal fəaliyyətinin və maddələr mübadiləsinin də pozulmasına səbəb olur. Su-duz, zülal, vitamin və piy mübadiləsi pozulur. Xəstəliyin ən kəskin forması toksinlərin orqan və toxumaları zədələməsidir. Bununla da qara ciyər və dalaqda ciddi dəyişikliklər baş verir və xəstənin ölümü ilə nəticələnir”.
10-120 dəfə
Həkim bildirib ki, xəstəliyin inkubasiya dövrü 3 gündür. Ancaq 6-7 günə qədər də uzana bilər. Kəskin əlamətləri meydana çıxmazdan öncə xəstədə ümumi zəiflik, halsızlıq, iştahanın itməsi baş verir. Temperatur yüksəlir, qarın ağrıları və duru nəcis şəklində ishal əmələ gəlir. Zaman keçdikcə ishalın sayı gün ərzində 10-120 dəfəyə qədər arta bilir. Buna səbəb isə yoğun bağırsağın aşağı hissəsində spazmaların olması və xəstədə nəcis ifraz etməyə yalançı meyllilik yaratmasıdır. İshalda nəcis miqdarı azalaraq öz formasını itirir, əsasən qan qarışmış və bəzən isə irindən ibarət olur. Dil ağ ərplə örtülür, su-duz mübadiləsinin pozulması nəticəsində xəstədə üşümə artır. 2-4 gün davam edən temperatur yüksəkliyi müşahidə olunur. Xəstəliyin ağır toksik forması sayılan toksik dizenteriya zamanı xəstənin sinir sistemində qıcolmalar, sıxıntı, ürək-damar funksiyalarının ölümə səbəb olan şiddətli pozğunluğu baş verir. Mədə sekresiyası və bağırsaqların ferment ifrazı çox vaxt pozulur. Orqanizmdə immunitet zəifliyi və bağırsağın bakterial florasında dəyişiklik meydana gəlir.
Oxşarlıq
A.Həsənovanın dediyinə görə, şigella zonne bakteriyaları tərəfindən törədilən dizenteriya zamanı yoğun bağırsaqdakı ağrı və spazmlar köndələn, qalxan və hətta kor bağırsaq nahiyyəsində olur. Çox vaxt qusma, titrətmə, qarının sağ yarısında ağrıların olması zonne dizenteriyası üçün xarakterikdir. Bəzən o, qida zəhərlənməsinə çox oxşayır. Diaqnoz qoyarkən bunu mütləq nəzərə almaq lazımdır: “Bəzən elə hal olub ki, xəstəyə səhvən qida toksikoinfeksiyası, ya da kəskin apendisit diaqnozu qoyulur. Bu səbəbdən də həkimlər çox diqqətli olmalıdır.
Xroniki hal
Həkim-infeksionist vurğulayıb ki, bəzən xronik dizenteriya uzun müddətli olur. 2-4 həftə davam edən kəskinləşmə dövrü bir neçə ay çəkən yaxşılaşma dövrü ilə müşayət oluna bilər. Xronik dizenteriya bir neçə il də sürə bilər. Belə xəstələr infeksiya mənbəyi kimi təhlükəlidir. Nəcis ifrazının dəyişkənliyi və xəstəliyin tez-tez kəskinləşməsi xəstələrin əmək qabiliyyətinin müvəqqəti itməsinə səbəb olur. Xronik dizenteriyanın uzun sürməsi xəstələrin ümumi vəziyyətinə, əhval dəyişikiyinə, yuxu pozğunluğuna, qarında ağrılarına səbəb olur.
Əkmə üsulu
Həkimin sözlərinə əsasən, dizenteriya xəstəliyinə diaqnoz, əsasən, bakterial müayinə nəticəsində qoyulur. Xəstədən götürülən nəcis analizi xüsusi laborator şəraitdə əkilir və bu yolla xəstənin nəcisində dizenteriya çöplərinin olub-olmadığı aşkar edilir. Dizenteriya diaqnozu dəqiqləşdikdən sonra xəstə dərhal qospitalizə edilir və yataq rejimində antibiotik və antibakterial dərman preparatlarından ibarət müalicə kursu təyin olunur. Müalicənin müddəti xəstənin vəziyyətinə uyğun 5-7 gün, bəzən isə daha artıq ola bilər. Bununla yanaşı, xəstənin immun sistemini gücləndirmək üçün vitaminaterapiya da təyin edilir: “Dizenteriyalı xəstənin qidasına da xüsusi diqqət edilməli, müalicə müddətində pəhriz gözlənilməlidir. Xəstəyə qatıq, təzə kəsmik, ilıq bişirilmiş yumurta, buxarda bişirilmiş kotlet, balıq, şorba, meyvə püresi və şirələri verilməlidir. Xəstəliyin əlamətləri zəiflədikcə qida rasionunu artırmaq olar: “Qeyd edim ki, hazırkı dövrə qədər xəstəliyin profilkatikasında tətbiq olunmuş bütün vaksinasiya tədbirləri heç bir effekt verməyib. Bunu nəzərə alaraq peyvənddən istifadə məqsədəuyğun sayılmır”.
Uşaqlarda dizenteriya
Həkim-pediatr Elza Abbasova deyir ki, böyüklərdən fərqli olaraq uşaqlar dizenteriya xəstəliyini çox ağır keçirirlər. Əsasən, 2-8 yaşlı uşaqlar arasında sıx rastlanan xəstəlik zamanı nəcis yaşıl rəngli və çox vaxt selikli olur. Qarın köpür, orqanizm kəskin susuzlaşır, uşaq arıqlamağa başlayır. Halsızlıq, zəiflik, süstlük kimi hallar müşahidə edilir. Bir yaşlı uşaqlarda dizenteriya kolidispensiya (qarışıq infeksiya) ilə birləşə bilər ki, bu da xəstənin vəziyyətinin ağırlaşmasına və mədə-bağırsaq traktının xronik zədələnməsinə səbəb olur. Kəskin dizenteriya zamanı müalicə düzgün aparıldıqda, yataq rejimi və müvafiq pəhriz gözlənildikdə xəstə tam sağalır. Lakin tək-tək xəstələrdə dizenteriya prosesi 3-4 ay davam edir: “Kiçik uşaqlarda kəskin dizenteriyanın klinik gedişi bir sıra xüsusiyyətləri ilə fərqlənir. Belə ki, xəstələr şiddətli intoksikasiya və orqanizmin susuzlaşması, tez-tez nəcis ifraz etməklə ona küllü miqdarda seliyin qatışması kimi simptomlardan əziyyət çəkir.”
Həkimin sözlərinə görə, kəskin və xroniki dizenteriyalı xəstə uşaqların müalicəsi yaşlıların müalicəsi ilə eynidir. Uşaqlara da yataq şəraitində antibiotik və antibakterial preparatlardan ibarət müalicə kursu təyin olunur. Bununla yanaşı, xəstə uşaqlara düzgün qulluq olunmalı və qida rejiminə xüsusi diqqət yetirilməlidir.
Profilaktika
Dizenteriyaya qarşı profilaktik tədbirlərə insanların şəxsi gigiyenasının artırılmasından başlanmalıdır. Əhalinin məskunlaşdığı ərazilərin təmizliyinə və sanitariya vəziyyətinin yaxşılaşdırılmasına diqqət etmək əsas amillərdəndir. Yaşayış binalarının ətrafında yerləşən və əhalinin zibil qutularına atdığı zibillər xüsusən də yay aylarında mütamadi daşınmalı, bu yerlər təmiz saxlanılmalı və vaxtlı-vaxtında dezinfeksiya edilməlidir. Şəxsi gigiyena qaydalarına xüsusi əhəmiyyət verilməlidir. Əllər təmiz olmadan, meyvə tərəvəzlər yuyulmadan yeyilməməlidir: “Yadda saxlamaq lazımdır ki, dizenteriya çöpləri meyvə, giləmeyvə və tərəvəz üzərində 2 həftəyə qədər yaşamaq qabiliyyətinə malikdir”. Bundan başqa su və süd qaynadıldıqdan sonra içilməli, yemək üçün istifadə olunan ərzaqlar (ət məhsulları) müəyyən temperaturda və müəyyən müddətdə bişirilməlidir.
Qida istehsal edən müəsisələrdə, mağazalarda ərzaq məhsullarının gigiyenik şəraitdə saxlanmasına nəzarət edilməli, uşaq bağçalarında, məktəblərin yeməkxanalarında təmizliyə ciddi riayət olunmalıdır. Belə məhsullar infeksiya daşıyıcısı olan milçəklərdən qorunmalıdır.
Xəstəliyə birbaşa təmasla da yoluxma mümkün olduğuna görə yemək və su üçün istifadə olunan ləvazimatlar, həmçinin əl-üz dəsmalları və qapı cəftələrinin mütəmadi təmizliyinə diqqət edilməlidir.
Çimərlik mövsümündə əhalinin istifadə etdiyi dəniz, göl, hovuz sularında gigiyenaya riayət etmək lazımdır.
Zəhra
Mənbə:Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kostyumları ilə hamını heyran edən təsirli filmlər
Milli Məclisdə beynəlxalq qurumlara etiraz edildi
Sobada plov (foto resept)
Qadın.Netlilərlə bir az gülək
Bir yalnızlıq simfoniyası
Ən gözəl qısa saç modelləri
"Gəlincik" tortlar
Sabah hava necə olacaq?
84 yaşlı qadından qorxan ayı qaçdı
Dünya 2.8 milyard il sonra
Azərbaycan zəngin tarix və mədəniyyət ölkəsidir
Qız atalarına ŞAD XƏBƏR - 10 MİN ALACAQSINIZ
1-6 aylıq körpənin inkişaf cədvəli
Erməni jurnalından şok etiraf
Möhtəşəm üzük modelləri
Facebook istifadəçilərinin narahatlığına əsas yoxdur
Hava haqqında - 25.08.2013
Məhv edilmiş hərbçilərin adını oxuyan erməni aparıcı efirdə ağladı - VİDEO
Qeyri-adi yataq dəstləri
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
İnstaqram Madonnaya qadağa qoydu
Balıq başından buğlama (foto-resept)
Roma Papasının "ədaləti" və ya bitməyən minillik savaş
Londondan Tokioya qeyri-adi qurğu ilə səyahət - VİDEO
Galaxy Note 3 gəlir
“Bez bebek”in aktrisası İLLƏR SONRA - FOTO
Hamilə qadınlar hansı hallarda təyyarədən istifadə edə bilərlər?
Azərbaycanda ov mövsümü açıq elan edildi
Bezeli, biskvitli qozlu tort (foto resept)
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Azərbaycan hərbçisindən çağırış - VİDEO
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Ermənistana gedə bilərik
Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəlir
Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu - FOTO
Facebook Messenger yeni rekord vurdu
Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom
Özcan Deniz "İstanbullu gəlin" serialından danışdı
Viktoriya Bekhem təbii dəridən imtina etdi
Ən böyük bina bu olacaq
Milli Məclis 11 qanunu dəyişdirdi
Bakıda dördəm doğuldu
Pul əl çirkidir?
Magistr olmaq istəyənlərin nəzərinə!
Baş Pediatrdan Peyvənd Açıqlaması
Göz makiyajı (2-ci hissə)
İqtisadiyyat üzrə Nobel mükafatının sahibi məlum oldu
Gələn il üçün qlobal soyuma proqnozlaşdırılıb
"Vineqred" salatı (foto-resept)
ABŞ "İŞİD"ə müharibə elan etdi
- ŞƏRHLƏR