
Gözəl və rəngarəng geyinmək hər insanın, xüsusən də qadınların diqqət etdiyi əsas amillərdəndir. Qədim dövrlərdə insanlar geyimdən yalnız ətraf mühitdən qorunmaq üçün istifadə etsələr də, müasir dövrdə geyimin xarici gözəlliyi təmin etməkdə çox böyük rolu var. Lakin bu gün geyim bazarında tüğyan edən qiyməti ucuz, keyfiyyətsiz məhsullar istehlakçıların sağlamlıqlarını risk altında qoyur.
Rəngli geyimlərdə xərçəng riski
Onkoloji xəstəliklər üzrə professor Dr. Mehmet Şəkər Türkiyə mətbuatına verdiyi məlumatda geyimlərdə istifadə edilən kimyəvi maddələrin, xüsusən “azo birləşmələrinin” təyin olunandan çox istifadə edilməsinin xərçəngə yol aça biləcəyini söyləyib. Onun sözlərinə görə, bu maddənin tərkibində 7 kanserogen təsirə malik birləşmələr mövcuddur: “Geyimlərə rəng vermək üçün bundan bir neçə il öncəyə qədər kök boyası istifadə edilirdi. Lakin kök boyalarının yerini son illərdə sintetik fabrik məhsulu olan azo birləşmələri aldı. Azo birləşmələrinin isə çox istifadə edildiyi halda ağciyər və döş xərçənginə yol açdığı sübut edilib”. Həkim vurğulayıb ki, bu birləşmələrdən əsasən rəngli və bəzəkli paltarlarda istifadə edilir: “Xüsusən uzaq şərq ölkələrindən gətirilən rəngli paltarların əksəriyyətində birləşmələrdən maksimum dərəcədə istifadə olunur. Azo birləşmələri xüsusilə, insan tərlədikdə dəri ilə təmasda olur və insan həyatını risk altında qoyur”.
Brend firmaların zəhərli geyimləri
Araşdırmalar sübut edir ki, belə maddələrdən nəinki ucuz geyim mağazalarında, hətta dünyaca məşhur olan və ölkəmizdə fəaliyyət göstərən brend mağazalarda satılan məhsullarda da istifadə edilir. Belə ki, bundan bir neçə ay öncə “Greenpeace”-in (ətraf mühiti qorumaq məqsədilə yaradılmış təşkilat) açıqladığı hesabatda Zara, Levi`s, Mango kimi brendlərin məhsullarında təhlükəli kimyəvi maddələrin olduğu bildirilib. “Greenpeace” araşdırmadan sonra 20-yə yaxın geyim brendinin məhsullarında zəhərli kimyəvi maddələr aşkarladığını açıqlayıb. Brendlər arasında Benetton, Jack & Jones, Only, Vero Moda, BlaЕѕek, C&A, Diesel, esprit, Gap, Armani, H&M, Zara, Levi`s, Victoria Secret, Mango, Marks&Spencer, Metersbonwe, Calvin Klein, Tommy Hilfiger, Vancl da var.
Brendlərin məhsullarında aşkarlanan kimyəvi maddələrin təbiətə qarışdığı zaman xərçəngə və hormon pozuqluğuna səbəb ola biləcəyi bildirilib. Təşkilat “Zəhərli Geyimlər” hesabatını hazırlayarkən 141 ədəd geyim üzərində uzunmüddətli araşdırmalar aparıb. Test edilən məhsulların böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdən seçilib. Məhsullar arasında qadın və kişilər üçün həm süni, həm də təbii ipliklərlə hazırlanmış cins şalvar, köynək, paltar və alt paltarları var. “Greenpeace” bütün geyim brendlərindən 2020-ci ilə qədər bu zərərli maddələrin istifadəsini tamamilə dayandırmalarını tələb edib. Artıq H&M və Marks&Spencer brendləri təşkilata bu mövzuda söz verib.
Azərbaycanda vəziyyət
Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə bununla bağlı araşdırma aparılıbmı?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qəzetimizə açıqlamasında ölkədə hər bir istehsal və idxal olunan məhsulun özünün standartı olduğunu bildirdi. Onu sözlərinə görə, ölkə bazarına çıxarılan məhsullar əgər standartlara uyğun deyilsə, həmin müəssisə inzibati qaydada cəzalandırılır: “İstehsal olunan məhsulun həm göstəriciləri, yəni fiziki-kimyəvi, toksiki ağır metalların tərkibi və digər amilləri məhz o standartların tələblərinə uyğun olmalıdır. Standartlarda minimal-maksimal hədlər müəyyənləşib. Parçanın qalınlığı və yaxud liflərin keyfiyyəti, materialı, minimal və maksimal həddi göstərilib. Təbii ki, standartın pozulmasına gətirib çıxaran amillər insan orqanizminə, insan sağlamlığına mənfi təsir göstərə bilir. Ona görə bizim komitə tərəfindən təsdiq edilmiş standartlar müasir beynəlxalq tələbləri özündə əks etdirməklə yanaşı, əsas məqsəd insan həyatının və sağlamlığının qorunmasıdır. Bu standartları yoxlamaq üçün komitə yanında Texniki Tənzimləmə Standartlaşma üzrə dövlət Nəzarəti Xidməti fəaliyyət göstərir. Nəzarət xidmətinin bilavasitə funksiyasıdır ki, standartların tələblərinin pozulmasına görə faktları müəyyənləşdirsin və faktları ifşa edərək qarşısını alsın”.
Zəhərli geyimin ünvanı
F.Talıblı alıcılara mənşəyi bilinməyən geyimləri almamağı məsləhət gördü və təhlükəli geyimlər satılan ərazilər haqqında məlumat verdi: “Biz alıcıları metro keçidlərində, kütləvi topdansatış məntəqələrində sertifikatı olmayan, keyfiyyəti təsdiq edilməyən və mənşəyi bilinməyən geyimləri almaqdan çəkinməyə çağırırıq. Sertifikat, məhsulun mənşəyi haqqında məlumat və məhsulun haradan gətirildiyinin bilinməsi vacib əhəmiyyət daşıyan amildir. Çində kustar üsulla müxtəlif qapalı yerlərdə, zirzəmilərdə istehsal olunan, sintetik tərkibi daha çox olan və kimyəvi maddələrlə zəngin olan məhsullar təbii ki, insan orqanizmini təhlükə altında qoyur. Çünki onlar insanlarda müxtəlif tərlətmə yaradır, dərini havalandırmağa qoymur, allergik xəstəliklər yaradır. Hər bir istehlakçı öz canının qədrini bilirsə, ixtisaslaşmış mağazalardan alış-veriş etməlidir”.
Monitorinqlərin nəticəsi
Geyim bazarı ilə bağlı aparılan monitorinqlər haqqında məlumat verən dövlət rəsmisi vurğuladı ki, dövlət qurumları maksimum nəzarət tədbirləri həyata keçirsə də, bu məsələ hələ də problem olaraq qalmaqdadır: “Dövlət qurumları maksimum öz nəzarət tədbirlərini həyata keçirir. Amma nəzərə alsaq ki, Azərbaycanda böyük bir geyim bazarı formalaşıb, burada istehlakçılar da dövlət qurumunun nəzarətinə dəstək verməlidirlər. Bu il təxminən 30-a yaxın satış məntəqəsində keyfiyyəti və mənşəyi təsdiq olunmayan geyimlər satışdan çıxarılıb. Bu gün Bakı şəhərində çox müasir ticarət mərkəzləri yaranmaqdadır. O mərkəzlərdə satılan məhsulların keyfiyyəti sənədlərlə təsdiq olunub. Amma metro keçidlərindən, Qaradağ rayonundakı ticarət mərkəzlərinin bəzilərindən alınmış məhsulların tərkibində kimyəvi maddələr, hətta insan orqanizminə zərərli ağır metalların da olduğu aşkar olunur. Həmin satış məntəqələrində bunların demək olar ki, qarşısı alınıb. Amma problem tam həll olunub deyə bilmərik. Problemlərin tam aradan qalxması üçün istehlakçılar da bizə dəstək olmalıdırlar”.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Sumqayıtda zavod yanır: Yeddi nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır - YENİLƏNİB
Bakının havası ilə bağlı ürək açmayan açıqlama
Rusiyanın peyki xarab oldu
Facebook məhdudiyyətlər qoyacaq
Girovlar üçün müraciət
“Qızıl Qlobus”un ən gözəl zinət əşyaları - FOTO
Göbələkli-qarabaşaqlı badımcan (foto resept)
İSS kamerasına düşən naməlum obyektlər çaşqınlıq yaratdı - Video
Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək
Günün ulduz falı - 22.08.2013
Süfrəmizdəki bomba effektli qatil: bir ədədi bəsdir...
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
İngiliscə lazımlı frazeoloji birləşmələr
Azərbaycan tarixindən yüz şəxsiyyət-25
2020-ci il üçün Bill Qeyts-dən beş kitab tövsiyəsi
Nazirlik: Vakant yerlərin seçimi sabah başa çatır
Meqan Marklın böyük ayaqqabı geyinməsinin səbəbi-FOTO
Düz qarın üçün qidalar
Türkiyə gözəli Acunla MÜNASİBƏTİNDƏN danışdı
Soyuducuda nəyi hara qoyaq?
2018-də hər şey düzələcək
Bon Prixdən qadın kostyumları
Azərbaycan ilk beşlikdə
Adi qız məşhur modelə çevrildi: makiyaj "möcüzəsi"
77 yaşlı ər və arvad boşandı – Bakıda
Uşağınızın çəkisi normadan artıqdırsa
Beren Saatdan ikinci “Netflix” layihəsi - Video
Toylarda da israfçılığa "müharibə" elan olundu
Artıq tək rəng dırnaq boyaları dəb deyil
Şokoladlı Unolar (foto resept)
Kəs və yapışdır-62
Ətəkli kostyumlar (2)
Meqan və Şahzadə Harrinin uşaqlarının cinsiyyəti bəlli oldu
Azərbaycanda tibb təhsilli bəzi şəxslər üçün təyinat sistemi bərpa edilib
Azərbaycanda orijinal toy dəvəti - FOTO
Estetik əməliyyat olunmadığını dedi lağa qoyuldu-FOTO
Conni Deppin məhkəməsi davam edir-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Samsung sahibləri üçün yeni imkan yarandı
ABŞ-ın Azərbaycana qərəzi
7 yaşlı uşaq məscidə pul bağışladı
Şəhid dəfn edildi
Körpələr bütün gecəni yatmalıdırlarmı?
Milyarderlərlə görüşən məşhurlar - FOTO
"Ertuğrul" obrazını kimin canlandıracağı məlum oldu-FOTO
Bəzi süd məhsullarının istehsalına yeni tələblər qoyuldu
Birinci xanıma orden verildi
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
Bakıda 4 gün davam edən Hindistan toyu - FOTO
Xarakterimizdən xəbər verən qaş formaları















- ŞƏRHLƏR