
Yasaq toy mərasimlərinə də şamil olunmaqdadır. Əslində əhalinin gözləntisi ehsan süfrələrindən çox, şadlıq evlərindəki menyuya “əl gəzdirmək” idi. Çünki yas mərasimlərində ehsan könüllü şəkildə verildiyi halda, toylarda restoranlar məcburi menyu təqdim edirlər.
Bu halda vətəndaşın seçim imkanı olmur. Odur ki, son vaxtlar bu iki problemin gündəmə gəlməsi, müzakirələrin başlanmasının ardınca restoranlara da əl qoyulub. Bəzi şadlıq saraylarında israfçılığa qarşı tədbirlər icra olunmağa başlanıb.
Bu haqda Axar.az saytı da yazıb. Məlumatda bildirilir ki, bəzi şadlıq evlərində standart menyu ləğv olunmaq üzrədir. Bu vaxta qədər restoranlar müştərilərə konkret menyu təklif edirdisə, indi vətəndaşın sifarişi əsasında süfrə hazırlanır.
Sayt yazıb ki, hökumətin verdiyi tövsiyələrə və qeyri-rəsmi xəbərdarlıqlara əməl edən bir sıra restoranlar vətəndaşların istəklərinə uyğun sifariş qəbul edirlər. Bundan sonra müştəri arzuladığı menyunu sifariş verərək toy mərasimi təşkil edə biləcək.
Ancaq bu tövsiyəyə hələlik bəzi şadlıq evləri riayət etməkdədir. Yəni, bir çox şadlıq evlərində israfçılıq hələ də davam edir. Güman olunur ki, toylarda israfçılığa qarşı mübarizə bütün şadlıq saraylarını əhatə edəcək.
Hətta bir müddət əvvəl israfçılıq edən restoranların cərimələnəcəyi haqda məlumat var idi. Belə görünür ki, tədricən qadağalara əməl etməyə hazırlaşırlar. Yada salaq ki, YAP-çı deputat Siyavuş Novruzov da yas mərasimlərindən sonra toylara da bəzi məhdudiyyətlərin qoyulacağını bildirib. “Bütün bunların qarşısı alınmalı idi. Hələ bir qədər gecikdirilib. Bundan sonra toylara keçmək lazımdır. Belə ifrat dərəcədə toy da ola bilməz.
Toy mərasimləri də ailə xoşbəxtliyinə deyil, restoran müdirlərinə işləyir.
Təbii ki, toy mərasimlərində də tənzimlənən qiymətlər qoyulmalıdır. Hər kəs fərqli qaydada qidalanır, biri pəhriz saxlayır, digəri ət yemir. Hər kəsə istəyi ilə təklif edilsə, qiymətlərdə tənzimləmə prosesi gedəcək", - deyə az əvvəl deputat toy mərasimlərinin dövlət nəzarətinə alınacağının anonsunu verib. Bütün bu deyilənlərin şahidi olmaq üçün bəzi restoranlarda qiymətlərlə maraqlandıq.
Məsələn, “Altun Saray” şadlıq evindən öyrəndik ki, menyu vətəndaşın sifarişinə uyğundur, heç bir israfçılıq olunmur. Restorandan deyildi ki, müştəri hansı yeməkləri istəyibsə, ondan əlavə süfrəyə nemət gətirilmir.
“Movida-Plaza”, “Niaqara”, “Ay işığı”, “Xəmsə” və s. məşhur restoranlar məhdudiyyət barəsində xəbərdar olmasa da, ümumi qərar olacağı halda riayət etməyə hazırdırlar. Şadlıq evlərinin çoxu o fikirdədir ki, onlar israfçılıq etmirlər.
“Röya”, “Azəri”, “Zümrüd” şadlıq sarayları isə həm vətəndaşın istəyinə uyğun sifariş qəbul edir, həm də öz menyusunu təklif edir. Eyni zamanda “Çanaqqala”, “Su sonası” kimi restoranlar da sifariş qəbul edirlər. “Ülvi”, “Hissa”, “Dan ulduzu” şadlıq evlərində isə müəyyən güzəştlər var. Bu da müştəri ilə danışıqdan asılıdır.
Restoranlar ən əsası Milli Məclisin payız sessiyasını gözləyirlər. Çünki parlamentin ilk iclasında toylarda israfçılıq problemi qaldırılacaq. Həmçinin, ad günü, nişan mərasimi və s. tədbirlərin də məhdud çərçivədə keçirilməsinə müdaxilə olunacaq.
Mətbuatda yayılan xəbərlərə görə, restoranlara qeyri-rəsmi olaraq göstəriş verilib ki, bundan sonra təmtəraqlı nişan mərasimləri və sünnət toylarının keçirilməsindən imtina etsinlər. Habelə, deputat İlham Məmmədov deyib ki, ictimai qınağın toy mərasimlərinə də şamil olunmasını istəyir: “Bunun üçün mətbuatın xüsusi rolu olmalıdır. Bu gün toylarda baş verən israfçılıq yas mərasimlərimizdəkindən dəfələrlə çoxdur. İstər imkanlı, istərsə də imkansız adamların stollarının üstünə eyni tərtib olunmuş menyular düzülür. 6-7 cür salat, 10 cür soyuq qəlyanaltı, vaxtı keçmiş, müxtəlif bakteriyalar mənbəyi olan qidalar və bu qidalardan zəhərlənmə təhlükəsinin çox olması dəhşətli bir səhnəni ortaya qoyur”.
Şəhərdə buna dair kiçik bir sorğumuza da birmənalı cavab aldıq. Şəhər sakinləri birmənalı şəkildə bu ideyanı dəstəkləyirlər. Vətəndaşlar şadlıq evlərində soyğunçuluqdan şikayətlənirlər. Paytaxt sakini Nurəddin Zamanov deyir ki, oğluna toy edəndə menyudan müəyyən şeylərin çıxarılmasını istəyib:
“Mənə dedilər ki, lap imtina etsən də, qiymət dəyişmir. Tutaq ki, menyudan salat və suların bəzilərin ixtisar edirsən. Ancaq yenə də 35 manatdan hesablanır. Ondansa, qalması məsləhətdir. Bu, özbaşınalıqdır. Ona görə nə qədər tez dəyişiklik etsələr, bir o qədər toy edən adamlara xeyri dəyər. Heç olmasa, Məhərrəmlikdən sonra başlasınlar. Camaat da ikiəlli dəstəkləyər. Çünki yasdan çox, toydan narazılıq var”.
XƏBƏR LENTİ
Hicablı xanımlar üçün baş örtükləri
Unikal rəssam: göz yaşı ilə şəkil çəkir
Cins donu necə geyinməli?
Təhlükəli oyuncaqlar
Ermənilərin Türkiyədəki dili Rusiyaya eyham vurdu
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
Gələcəkdə enerji daşdan çıxacaq
Hər evli cütlüyün bilməli olduğu 4 maddə
Əli Əsədovdan iki mühüm QƏRAR
Əl tutma formasına görə münasibətin analizi
Çində rəsmli qəhvələr
Diqqət! Qasırğa var!
Hörük formaları
Kişilər üçün idman tərzi
Kişilər 130 kiloluq modelə güləşmək üçün pul ödəyirlər
Xankəndi tamamilə boşaldılıb – FOTO
Ərdoğan qalmaqallı qanunu təsdiqlədi
Qarağat mussu (foto resept)
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi başa çatır
Yapon uşaqları niyə dahi olur?
55 yaşlı kişi ən yaşlı tələbə oldu - Azərbaycanda -FOTO
ABŞ-da nəşr olunan yəhudi qəzeti bir sayını Azərbaycana həsr edib
Gündə 3 ədəd ərik yesəniz..
Məşhurların 14 fevral paylaşımları
Hava necə olacaq?
Yeni ilə hazırlaşanlar, diqqətli olun!
Nəqliyyat kartı hans avtobuslarda işləyəcək?
Uşaqların sosial-psixoloji inkişafı-25
Adobe Photoshop (Dərs-16)
“Oskar” müsabiqəsində iştirak qaydaları dəyişdi
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Emal edilmiş ətdən uzaq durun - xərçəng riskini xeyli artırır
Hazal Kaya ana oldu-FOTO
"Mənim 100 kiloqram çəkim olmayıb ki, plastik əməliyyat etdirim"
Aslı Özcanla bağlı iddialara cavab verdi
Türkiyədə vahimə yaşandı
Kraliça şahzadənin qərarından narazıdır
Aldadıldım! Nə edəcəm indi?!
Prezidentin sərəncamı KİV-lərin məsuliyyətini artırdı
Gəlinlik saç düzümləri
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
1 dollara nə almaq olar?
Bakı 2015: Hansı ölkə medal sayına görə irəlidədir?
Türkiyə Azərbaycanla hidrometeorologiya sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib
Günün qoroskopu:Uğurlu gündür!
Bu əlamətlər xərçəngdən xəbər verir
İngilis dili-Nn
Sabahın HAVAsı
Son 25 ilin ən yaxşı rejissorları seçilib
Ruslar Şvartseneggerin paylaşımına reaksiya verdi - FOTO















- ŞƏRHLƏR