Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
(1513-1576)
Səfəvi hökmdarı I Şah İsmayılın 1513-cü ildə anadan olan oğlu I Təhmasib Azərbaycan tarixinə qızıl səhifələ yazmaqla atasının və
nəslinin şöhrətini daha da artırmışdır. Onun hakimiyyət illəri 1524-1576-cı illər Səfəvilər dövləti üçün sınaq illəri olmuşdur. Uşaqlığında mükəmməl təhsil almış I Təhmasib atası kimi böyük sərkərdə və müdrik dövlət başçısı olmaq arzusunda idi.
On yaşında şah elan edilən I Təhmasib hakimiyyət uğrunda mübarizə aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrilmişdi. Şah tədricən feodal pərakəndəliyinin ölkə üçün nə qədər təhlükəli olmasını anlayır və mərkəzləşmiş dövlət qurmaq fikrinə gəlirdi. O, sadiq tərəfdaşlarına arxalanaraq ayrı-ayrı tayfa başçılarını itaətə gətirir, müqavimət göstərənləri məhv edirdi. İllər keçdikcə daimi qoşunların gücünə əmirlərin müqavimətini qıran I Təhmasib mərkəzi hakimiyyəti xeyli möhkəmlədə bildi.
Hakimiyyətə gəldiyi zaman I Təhmasibin qarşısındakı problemlər sırasında osmanlıların qərbdən, onların müttəfiqi Krım tatarlarının şimaldan, özbəklərin şərqdən hücumlarının qarşısını almaq və dağılmış iqtisadiyyatı bərpa etmək, mədəniyyətin inkişafı üçün zəmin yaratmaq dururdu.
Osmanlı dövləti ilə aparılan müharibə göstərmişdi ki, mərkəzləşmiş dövlət qurmadan və hərbi islahatlar keçirmədən qələbə qazanmaq mümkün deyil. Odur ki I Təhmasib müstəqil siyasət yürütməyə can atan Şirvanşahlar dövləti və Şəki hakimliyini ləğv etmək qərarına gəldi. Daxili ixtilaflar Şirvanşahlar dövlətini xeyli zəiflətmişdi. Bundan istifadə edən I Təhmasib 1538-ci ildə qardaşı Əlqas Mirzənin başçılığı ilə Şirvan üzərinə qoşun göndərdi. Sonuncu şirvanşah Şeyxşah ibn Şahrux müqavimət göstərsə də, məğlub edildi. Şamaxı şəhəri, sonra isə Şirvanın vacib strateji məntəqələri, o cümlədən dağ qalaları tutuldu, Şirvanşahlar dövləti ləğv edildi, onun kitabxanası, xəzinəsi, silah anbarları Təbrizə daşındı. Şirvanşah Şeyxşah öldürüldükdən sonra Azərbaycanın bu bölgəsi Səfəvi dövlətinin tərkib hissəsinə çevrildi, Şirvan bəylərbəyiliyi adlandırıldı.
Səfəvilərin Şirvan yürüşü zamanı Şəki hakimi Dərviş Məhəmməd xan şirvanlılara kömək göstərmişdi. Buna baxmayaraq I Təhmasib bu vilayəti dinc yolla birləşdirməyə can atırdı. Dərviş Məhəmməd xan I Təhmasibin bacısı Pərixan xanım ilə evləndikdə münaqişənin dinc yolla həll olunacağına ümid yarandı. Lakin Pərixan xanımın vəfatından sonra Dərviş Məhəmməd xan I Təhmasiblə bütün
əlaqələri kəsdi. 1551-ci ildə I Təhmasib şəxsən özü böyük qoşunla Şəki üzərinə yürüşə başladı. Şəki xanı qoşunlarını Kiş qalası, "Gələrsən-görərsən" qalası və sığınacaqlarda (dağlardakı mağaralarda) yerləşdirərək uzun müddət müdafiə olunacağına inanırdı. Lakin o, I Təhmasibin qoşunlarında ağır topların olmasından xəbərdar deyildi. Bu ağır toplar döyüş əməliyyatlarında öz sözünü dedi: bir neçə atəşlə ala divarlarında böyük dəliklər əmələ gəldi, bu dəliklərdən qızılbaşlar qalaya hücum etdilər. Şəkililərin bütün müqavimət məntəqələri zəbt edildi, Dərviş Məhəmməd xan döyüşdə öldürüldü. Bununla da Səfəvi dövləti ərazisində sonuncu müstəqil feodal qurumu ləğv edildi.
Şirvan və Şəkinin Azərbaycan Səfəvilər dövlətinə tam birləşdirilməsi Azərbaycan xalqının tarixində müsbət rol oynadı. Azərbaycanın cənub və şimal hissələri arasında əlaqələr daha da gücləndi.
I Təhmasibin hakimiyyəti illərinə Səfəvi-Osmanlı müharibəsinin ən qızğın döyüşləri təsadüf edir. Osmanlı sultanı I Süleyman hələ 1534-cü ildə Səfəvi dövlətindəki hərc-mərclikdən istifadə edərək Azərbaycana hücum etdi. Ağır döyüşlərlə geri çəkilən Səfəvi qoşunları osmanlıların qarşısını ala bilmədi və onlar Təbriz də daxil olmaqla bir çox əraziləri talan etdilər. I Təhmasib "yandırılmış torpaq" taktikasına əl atmalı oldu. Belə ki, geri çəkilən Səfəvi qoşunları əhalini köçürür, ərzaq və ləvazimatları özü ilə götürür, əkin sahələrini, otlaqları yararsız hala salır, şəhər və kəndləri dağıdır, su hövzələrini zəhərləyirdi. İrəliləyən osmanlı qoşunu sanki səhralığa yiyələnir və tutduğu ərazidə möhkəmlənə bilməyib ərazini tərk etməyə məcbur olurdu. Beləliklə, I Təhmasibin taktikası düşmənə Azərbaycan torpaqlarında möhkəmlənməyə imkan vermirdi. Belə olduqda Səfəvi dövlətini daxildən parçalamağa cəhd edən Osmanlı sultanı qiyamçı feodallara kömək edir, lakin bütün qiyamlar şah tərəfindən qətiyyətlə yatırılırdı. Şahın qoşunları osmanlıların müttəfiqi olan Krım xanının yürüşlərinin də qarşısını ala bildi.
Döyüşlərin gedişi zamanı hərbi islahat keçirən I Təhmasib təkcə süvari hissələrini gücləndirmir, həm də 30 min nəfərlik daimi piyada qoşunu tərtib edib, onları top və tüfənglərlə silahlandırırdı. Osmanlıları sülh danışıqlarına başlamağa vadar etmək üçün I Təhmasib 1552-ci ildə geniş hücum əməliyyatı həyata keçirdi. Osmanlıların Xilat, Van, Bitlis, Vostan, Muş əraziləri darmadağın edildi. 1554-cü ildə I Süleyman Naxçıvan istiqamətində hücuma keçəndə olduqca böyük müqavimətlə üzləşdi və geri çəkilməyə məcbur oldu. Bundan sonra o, danışıqlar aparmaq təklifini qəbul etdi. 1555-ci il mayın 29-da Səfəvi-Osmanlı müharibəsinin növbəti mərhələsi Amasya sülh müqaviləsi ilə başa çatdı. Sülhə görə Qərbi Gürcüstan və Ermənistan (Van gölü ətrafında coğrafi ərazi) osmanlıların ixtiyarına keçdi. Bunun müqabilində dövlətin əsas ərazilərini özündə saxlayan I Təhmasib islahatları davam etdirmək imkanı qazandı.
I Təhmasib Şərqdə baş verən hadisələrə fəal müdaxilə edir, daim ölkəsinin maraqlarına cavab verən siyasət həyata keçirir. Cənub-şərq qonşusu Böyük Moğol imperiyasında qanuni hakimiyyət devriləndə və yeni hökmdar Səfəvilərə qarşı tədbirlər həyata keçirməyə başlayanda I Təhmasib 12 min qızılbaş süvarisini Hindistana göndərmiş və nəticədə qiyam yatırılmış, qanuni hökmdar Hümayun yenidən hakimiyyətə qayıtmışdı. Bunun müqabilində Hümayun böyük xəzinə ilə birlikdə Qəndəhar əyalətini də Səfəvilərə bağışlamışdı. I Təhmasib dövlətin şimal-şərq sərhədlərində Xorasana daim hücumlar edən özbək qoşunlarını məğlub etmişdi.
Müharibələr nəticəsində Təbrizin dağıntılara məruz qalması səbəbindən I Təhmasib 1555-ci ildə paytaxtı Təbrizdən Qəzvinə köçürür.
Amasya müqaviləsindən sonra şah ölkənin iqtisadi həyatını, ticarət və sənətkarlığı dirçəltmək məqsədi ilə bir sıra islahatlar həyata keçirir. Ən ağır vergilər ləğv edilir, digərlərinin həcmi azalır, vergi yığımında olan hərc-mərcliyin qarşısı alınır. 1565-ci ildə tamğa vergisini ləğv etməklə şah sənətkarlıq və ticarətin inkişafına yaxşı şərait yaradır. O zaman Təbriz, Şamaxı, Dərbənd, Bakı, Ərdəbil, Ordubad, Ərəş, Culfa mühüm sənətkarlıq-ticarət məntəqələri idi. Azərbaycan ipəyi, soyuq silahları, zinət əşyaları, parçaları Şərq və Qərb bazarlarında böyük qiymətə satılırdı.
I Təhmasibin hakimiyyəti illərində Azərbaycanda mədəniyyətin inkişafı üçün şərait yaradılmışdı. Savadlı şəxs olan I Təhmasib özü bədii yaradıcılıq və xəttatlıqla da məşğul olurdu. Hakimiyyəti illərində qazandığı təcrübəni o, "Şah Təhmasibin təzkirəsi” adlı əsərində toplamışdı. Bu əsər gələcək nəsillərə öyüd-nəsihət şəklində yazılıb, hər müddəası konkret tarixi faktlarla təsdiqlənib. Şah daim elm və mədəniyyət xadimlərini himayə etmiş, zəmanənin on məşhur rəssam, xəttat, nəqqaş və digər mütəxəssislərini Təbrizdə fəaliyyət göstərən "Şah kitabxanası”na yığmışdı. Sadıq bəy Əfşar kimi rəssamlar, Aşıq Qurbani kimi aşıqlar, Həsən bəy Rumlu kimi alimlər və başqaları məhz şah I Təhmasibin qayğısı sayəsində Azərbaycanda elm və mədəniyyəti inkişaf etdirmişlər.
XƏBƏR LENTİ
Dırnaq əti baxımı üçün xüsusi maska
Gəlinliyə namizədləri üçün
Payızın trend ayaqqabıları
Texniki baxış zamanı sürücüləri heyrətləndirən nədir?
Ərəb mədəniyyəti - 1
Xərçəngə qalib gəlməyin ən effektiv yolu
Bu sürücüləri cərimə gözləyir
BÜRCLƏR bizə nə vəd edir? - 22 APREL
Millət vəkili xəyanətdən yazdı
Arıqlamaq üçün orijinal üsul
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı - VİDEO
Mən də gözəl olmaq istəyirəm!
Qadınların dözə bilmədikləri
Günün ulduz falı - 17.02.2014
Almaniya sakini bu yolla günə 9 min avro qazanır
Ermənistan nüvə silahı yaradır?
Göbələkli kartof peraşkisi (foto resept)
Ərəb rəqsinin üstünlükləri
Dünya Yeni ili necə qarşılayır?
Məşhur müğəninin saçları 35 min dollara satıldı
Qoxulu şamlar sağlamlığı təhdid edir
Təhsilini bitirə bilməyən şagirdlər üçün şans
Sadə rulet (foto resept)
Madonna özündən 35 yaş kiçik rəqqasla sevgilidir - FOTO
Dərini qidalandıran maska
Buse toydan sonrakı ilk fotosunu paylaşdı-FOTO
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Stadion istismara verildi
Pandemiya dövründə 460 nəfər ev dustaqlığına buraxılıb - NAZİR
Almalı balqabaq şorbası (foto resept)
İmam Əlidən (ə) mübarək tövsiyələr
Əmək Məcəlləsində dəyişiklik edildi
Aslı Enver məşhur aktyorla görüşdü-SƏBƏB/FOTO
Çingizdən bir daha olmayacaq...
İrina Şeyk geyimi ilə diqqət çəkdi-FOTO
Kişilərin burnu qadınlarınkına nisbətən daha böyük olur
Instagram vasitəsilə diaqnoz qoyulacaq
Maddələr mübadiləsini sürətləndirək
Bu ticarət köşklərində SATICILAR YOXDUR - FOTO
Leysan qiymətlərə də təsir etdi
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ
Bakıda qəzaya uğramış maşından sürücünün xilas edilməsi anları - YENİLƏNİB + VİDEO
Türkiyəli general: "Hərbi yol ən çox Ermənistana zərbə vuracaq"
Bütün zamanların ən darıxdırıcı filmi seçildi
Dibçək bitkiləri haqqında
Mənim uşaqlıq arzum gerçəkləşdi!
İnsanı COVID-19-dan ən yaxşı müdafiə edən maska məlum oldu