Layihə: “Məktəb illəri”
“O vaxt bir rejissor haqqımda film çəkəcəkdi deyə, məktəb illərinə aid şəkillərimi verdim ona. İndi evdə məktəblə bağlı bir dənə şəklim yoxdu”. Bunu xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova deyir. Məktəb illərindən şəkilləri yoxdu, amma o illərinin xatirəsi var. Amaliya Pənahova Lent.az-a “Məktəb illəri”ni danışır.
- Birinci sinfə Gəncədəki 4 saylı məktəbə getmişəm. Bu məktəb elə indi də seçilən məktəblərdəndi. İlk müəlliməm Vera İvanovna olub. Rusca təhsil almışam. İlk dərs günüm deyəndə ağlıma aşırdığım vedrə düşür. İndi də yadıma düşəndə gülməyin gəlir. Xadimənin yadından çıxıb bir vedrə suyu koridorda, ayaq altında qoymuşdu. Mən də bilmirəm nə üçün dala çönəndə ayağım vedrəyə dəydi, aşırdım. Bir vedrə su koridorla bir oldu. “Su aydınlıqdı” dedilər. O aydınlıq, bu aydınlıq hələ də davam edir (Gülür).
Beşinci sinfi artıq Bakıda, 134 saylı məktəbdə oxudum. Atamın işiylə bağlı bura köçməli olduq. Bilirsiniz, Gəncədən ayrılanda elə bildim dünya mənim üçün qara geydi. Yadımdadır, o vaxt qatarla gəldik Bakıya. Bütün gecəni yatmadım, ağladım. Gözüm göydə, iri ulduzlarda, ayda qaldı. Mənim üçün böyük bir faciə idi. Tədricən alışdım Bakıya da, məktəbimə də. Bakıda radio-televiziyanın “Bənövşə” xorunun solisti oldum. Zamanla Bakı mənə doğmalaşdı. Amma məktəbi dəyişəndən sonra heç kimlə ünsiyyət qura bilmədim. Ondan sonra məktəbdə rəfiqəm olmadı. Ən yaxın dostlarım Gəncədə qaldı. Onda sonra onlarla da itirdik bir-birimizi. İndi heç “odnoklassnik”ə də girmək istəmirəm.
Dəcəl, şuluq, əlaçı...
- Balaca Amaliya da hamı kimi bir az dəcəl, bir az şuluq uşaq olub. Demək olmaz ki, ipə - sapa yatmazdım, amma dəcəlliyim vardı. Demirəm əlaçıydım. Çünki sevmədiyim, başa düşmədiyim fənlər vardı. Məsələn, həndəsəni başa düşmürdüm. Əvvəldən humanitar fənlərə meyilli idim. Yuxarı siniflərdə daha çox mütaliə etməyə başladım. Tarix, ədəbiyyat sevimli fənlərimi idi. Hətta botanikanı da çox oxuyardım. Təbiəti sevirdim. Qiymətlərimin hamısı əla olmasa da, dərslərə davamiyyətimə söz ola bilməzdi. Yaxşı müəllimlərim çox olub. Hamısının adını indi bir-bir saya bilmərəm. Amma tarix müəlliməmi çox sevirdim. Çox maraqlı aparırdı dərsi. O vaxtın müəllimləri çox savadlı, bilikli idilər. Dərs keçməkdə və uşaqlarla davranışda təcrübəliydilər. O vaxtın şagirdləri də başqa cür idi. Müəllimə xüsusi hörmət vardı. İndiki uşaqlarla işləmək çətindi. Müəllim həm savadlı, həm ünsiyyətcil olmalıdı. Uşaqlarla dil tapmalıdı. Mən məktəbə gedən illərdə qızlarla oğlanlar ayrı siniflərdə oxuyurdular. Elə oldu ki, dördüncü sinifdə oxuyanda ilk dəfə qaydalar dəyişdi. Sentyabrın birində dərsə gələndə gördük ki, qızlarla oğlanlar bir yerdə dərs keçəcəklər. İlk dərsə gecikmişdim. Hamı çoxdan öz yerində oturmuşdu, müəllim də dərsə başlamışdı. Qapını açıb içəri keçdim. Bütün sinif mənə baxdı. Çox tutuldum. Yanaqlarım od tutub yanırdı. O günü yadıma salanda, o qızartını indi də hiss edirəm yanağımda. İlk sevgi-məhəbbət də elə o vaxtdan başladı. Məktəb illərində necə sevgi-məhəbbətdən danışmaq olardı? Bir-birinin başına portfel çırpırdın, ya da kitab. Və beləcə başıma çox kitab dəyib, çox kitab çırpıblar (Gülür). Dərs qurtarandan sonra qızlar öndə, oğlanlar arxada gəlirdi. Guya ki, oğlanlar qızları müşayiət edirlər.
“Beşinci sinifdən aktrisa olmağı arzulayırdım”
- “Son zəng” günü sevinirdim. Məktəbi tez bitirmək istəyirdim ki, sevdiyim peşəmə yiyələnim. Beşinci sinifdən aktrisa olmağı arzulayırdım. Bizim vaxtımızda elə dəbdəbəli son zənglər keçirilmirdi. Sadə bir tədbirlə məktəbdə son zəngimiz oldu. Məktəb illərimə qayıtmaq istəmirəm. Sevdiyim peşəmlə məşğulam. Şablonda olsa, yenidən həyata gəlsəydim yenə bu peşəni seçərdim. Mən işimdən, sənətimdən razıyam. Mən bu peşədə çox uğurlar qazanmışam. Xalq artisti, Dövlət Mükafatı Laureatı adına layiq görülmüşəm, “Şöhrət”, “Şərəf” ordeni almışam. Hazırda Bakı Bələdiyyə Teatrının direktoru, bədii rəhbəriyəm. Daha nələr, nələr... Niyə də razı olmayım?
“Azərbaycan bölməsinin uşaqları özünə qapalı olurlar”
- Rus bölməsinin şagirdi ilə Azərbaycan bölməsinin şagirdini müqayisə edin. Rus bölməsinin şagirdi daha aktiv, danışqan, Azərbaycan bölməsinin şagirdi isə kompleksli olur. Bunlar hamısı mental qaydalar, böyük yanında danışmaq olmazlardı çıxır qarşımıza. Mən ataların “danışmaq gümüşdürsə, susmaq qızıldı” fikri ilə razı deyiləm. Biliyə gələndə susmaq olmaz. Bunlar hamısı gətirib ona çıxarır ki, Azərbaycan bölməsinin uşaqları özünə qapalı olurlar. Bu qapalılıq onlara çox ziyan verir.
“Bolonya sistemini ləğv etmək lazımdır”
- Müasir təhsil metoduna gəlincə, bu Bolonya sistemindən narazıyam. Bizim şüurumuz hələ o günə çatmayıb ki, şagird özü oturub dərs keçsin, özü mütaliə eləsin. Kompüter gəncləri robotlaşdırır. Demirəm manqurtlaşdırır, amma robotlaşdırır. Ünsiyyətsiz, isti nəfəssiz, bir-birinin gözünə baxmadan sutkalarla otururlar onun qarşısında. Düzdü, çox bilik verir. Amma oyun oynayacaqsansa, avara-avara işlərlə məşğul olacaqsansa, kompüter sənə heç nə verməyəcək! Təhsildəki yeniliklər bəlkə də sonralar özünü büruzə verəcək. Bildiyim qədər bir neçə ölkə artıq bu sistemdən imtina edib. Sistem özünü doğrultmayıb. Biz gərək indidən imtina edək. Tez aralanaq bu sistemdən. Bu gedişlə olanı da itirə bilərik. Mən həmişə rus təhsilini, mədəniyyətini, səhiyyəsini yüksək tutmuşam.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Azərbaycanda zəlzələ baş verdi
Sürüşmə sahələri aktivləşib
Bayquş kimə ağlayır?
Yengəci hərracda 2 milyona satıldı
Həmişə cavan qalmaq mümkündür?
Yaşam tərziniz xərçəngə təsir edir
Dünyada koronavirusa yoluxanların sayı 43 milyona yaxınlaşıb - STATİSTİKA
Həyatı səhv düşən adamın faciəsi
Baş nazirdən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı DƏYİŞİKLİK
Məşhur aktyor itinə ad günü etdi-FOTO
Selin Şekerci ilk dəfə onunla görüntüləndi-FOTO
Buzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidirlər? - Həkimdən AÇIQLAMA
Alina Kabayevanın əkizləri doğuldu
İlham Əliyev şəhid generalımız və polkovnikimizin ailələrinə başsağlığı verdi - YENİLƏNİB + FOTO/VİDEO
Keçmişdə yaşadığını sübut edən insan
Demet Özdəmir sosial şəbəkədə jurnalistlərə qəzəblənib
2012-ci ilin gəlinlikləri
Bürcə görə kişilərin eşqdə tərzləri
Kişilər diqqətli olun!
Meqan Marklın adı NARKOTİK qalmaqalında hallandı-FOTO
Bir-birindən maraqlı Jennifer Lawrence filmi
İzləməli olduğunuz möhtəşəm filmlər
Hava haqqında
Məşhurların milyon dollara satılan əşyaları
Nazirlik azyaşlıları necə sınağa çəkir?
Astroloq Kazanovadan 2018-ci il üçün - Proqnoz
Saçları sürətlə necə uzatmaq olar?
Qaymaqlı kabak şorbası (foto resept)
Bir zamanlar milyonların pərəstişkarı idi - Yoxsulluqda öldü - FOTO
Şəffaf eynək dəbi
Su da bahalaşdı
Onurğanızı düzəltmək üçün 3 idman
Özü yıxıldı - 7.5 milyon təzminat istəyir
Bu körpəni görənlər gözlərinə inanmır
Angel Sanchez gəlinlikləri
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
Dünyanın ikinci ən böyük almazı -FOTO
Bu gündən I sinfə qəbul başlayır
Kottiqli pəriləri (3-cü hissə)
Qabartma tozunun kosmetik faydaları
Beren Saat Kənanı təbrik etdi-FOTO
2014-cü ilin nişan üzükləri
Bu azərbaycanlılar "Ginnes Rekordlar"kitabına niyə salınmır?
Həftənin ən zövqsüz ulduzu oldu-FOTO
İmtahan proqramından bu mövzular çıxarılacaq- Rəsmi
İnsanlar sizi necə tanıyır?
Xüsusi souslu toyuq (foto resept)
Megan bir daha diqqət mərkəzində-FOTO
Kütahya porselen
Günün qoroskopu - 01.11.2013
- ŞƏRHLƏR