Mövsüm dəyişdikcə geyimlər də dəyişir. Əksər insanlar brend mallara üstünlük verir, hər nə olur-olsun bahalı və keyfiyyətli mal almağa çalışır. Əksəriyyət üçün isə malın orijinal olub-olmamasının o qədər də əhəmiyyəti yoxdur, əyinlərinə oturub, yaraşması onlar üçün kifayətdir. Belə olan halda çox vaxt ucuz geyimlər geyinmiş insanlar bahalı geyimlər geyinənlərlə müqayisədə daha gözəl görünür. Çünki keyfiyyətini tez itirsə də ucuz mal geyinmək həm də tez-tez geyim dəyişmək deməkdir.
Son zamanlar gənclər daha çox internet üzərindən alış-verişə daha çox üstünlük verirlər. Virtual dükanlar malın şəkillərini göstərərək hansı parçadan olması, necə hazırlanması, uzunluğu, eni haqqında məlumat verirlər. Belə dükanlardan birinin təşkilatçısı Zülfiyyə Cəlilovanın sözlərinə görə, onlar artıq 4 ildir bu işlə məşğuldurlar. Dediyinə görə, əvvəllər mallar ucuh olduğundan seçim az, satış da çox yüksək olurdu: "2012-ci ildən Çin pulu yuanda nəsə dəyişikliklər oldu, malların qiyməti bahalaşdı. Bahalaşmasına baxmayaraq, seçim də artdı".
Müsahibimiz bildirir ki, onların işi malları sosial şəbəkədəki səhifəyə yerləşdirib sifariş almaqdan ibarətdir. "İlk müştərilərimizdən malın yarı pulunu alıb, sifarişi edirik. Çünki onlar riskli insanlardır, mal gələndən sonra telefonlarımıza cavab vermirlər. Bir-iki dəfə sifarişini aldığımız insanları isə yormuruq, malı gətirəndən sonra münasib yer təyin edib görüşürük, təhvil-təslim edirik".
Z.Cəlilovanın sözlərinə görə, təzə başlayanda təkcə bijuteriya sifarişi alınırdı: "Çünki böyük mal üçün böyük pul ödəmək lazımdır. Buna isə risk etmək olmurdu. Biz Çinin saytından malı seçib sifariş edirik. Bunun üçün kartla pul ödəyirik. Mal 1 ay müddətinə bizə çatdırılır. Daha sonra onun üstünə də pul gəlib müştəriyə veririk. Zəhmət haqqı, gömrüyü, yolu, izi hesablayıb hər mala 5-15 manat arası əlavə pul qoyuruq. Sifariş həddindən artıq çoxdur. Qızların əksəriyyəti sifarişli məhsullar istifadə edir".
Ekspert Taleh Hacıyevin sözlərinə görə, Çin malları bazarda özünə asanlıqla yer tapır. Buna səbəb isə Çində istehsal olunan malların digər ölkədən gətirilən mallarla müqayisədə olduqca ucuz olmasıdır. Baxmayaraq ki, keyfiyyət baxımından onların səviyyəsi yox dərəcədədir: "Məlumdur ki, Çin saxta geyim, texnika, bijuteriya və bu kimi malları çıxarmaqda artıq məhşurdur. Elə bir marka ola bilməz ki, onun eynisi "Made in Chine" etiketi ilə satışa çıxarılmasın. Belə əşyalara maraq böyük olur. Çünki orijinal maldan qat-qat ucuz olan onun oxşarı insanların diqqətini cəlb edir. Çin məhsulları keyfiyyət baxımından digər xarici istehsal nümunələrinə uduzur. Qiymət və çeşid bolluğu imkan verir ki, bu geyimlər gündəmdə qalsın. O halda yerli istehsalın satışı arta bilər ki, Çindən gətirilən malların da qiyməti bahalaşsın. Çünki əksər idxal məhsulları ölkə daxilində istehsal edilən zaman onlarla müqayisədə daha ucuz başa gəlir".
Həmsöhbətimizə görə, Çindən gətirilən bu cür geyimlərə gənclərin marağının olması əslində real təhlükədən xəbər verir. "Çünki bu geyimlərin hansı parçalardan hazırlanması, necə hazırlanması bəlli deyil. Əsasən sintetik materialdan hazırlanan geyimlər hava keçirmədiyi üçün, eləcə də dəriyə birbaşa təmas etdiyindən təhlükəli ola bilir.
Dermatoloq Sahib Rzayev də Çindən gətirilən köynək, şalvar və xüsusən ayaqqabıların təhlükəsinin çox böyük olduğunu düşünür. Onun sözlərinə görə, sintetik parçalar dəridəki qaşınma, qızarmaların səbəbkarıdır. Bu qaşınmalar bir müddət sonra açıq yaralara da çevrilə bilər: "Qış geyimlərinə yenə də göz yummaq olar, amma yayda xüsusən hicablı xanımlar Çin istehsalı olan baş yaylıqlarını alırlar. İsti, tərləmə və sintetik parça birlikdə boyun və boğazda allergiya yaradır. Nəfəs almayan sintetik parçalar istinin də təsirindən bədənə yaxın olduğu və bağlandığı yerlərdə, boyunda və sinədə dəriyə ziyan verir. Belə sintetik geyimlər pambıqdan 4-5 dəfə ucuz olduğundan bu geyimləri almaq cibə daha uyğundur. Lakin dəri də bədənin geyimidir və ipək və ya pambıqla örtülmədikdə yaralar yarana bilər" deyən dermatoloqun bildirdiyinə görə, Çindən gətirilən ayaqqabıların da keyfiyyəti o qədər yaxşı olmur: "Ayaq hava almır, sintetik parçalarla örtülür, qaşınma, mikrob artımı, göbələk və digər xəstəliklərin yaranmaması sadəcə mümkün deyil".
Ümumdünya Səhiyyə Təşkilatı Çində istehsal olunan geyimlərdə icazə veriləndən 900 dəfə artıq formaldehit istifadə olunduğunu bildirərək alıcıları ehtiyatlı olmağa çağırıb. Paltarların tərkibində kimyəvi maddələrin olması artıq faktdır. "Gözəllik ondur, doqquzu dondur" deyiblər. Təbii ki, geyim seçərkən onun bizə yaraşıb-yaraşmadığına fikir verməliyik. Ancaq bu geyimin faydalı olub-olmamasına da diqqət yetirmək olduqca əhəmiyyətlidir. Ən azından ən gözəl nemət olan salamlığımız üçün.
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR