
Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda yaşayan insanlar dini biliyə, savada malik olmaları üçün heç də kütləvi şəkildə məscidlərə axın etmirlər. Çünki məscidlərdə dini dərslər verilmir, insanların dini maariflənməsi üçün kifayət qədər tədris imkanları yoxdur: "Məscidlərdə tədris olmur, insanlarda əxlaq, mənəviyyat, Vətənə sevgi formalaşdırmaq üçün yalnız cümə xütbələri, moizələr olur. Bəs yaranan problemin qarşısını almaq üçün çıxış yolu nədir? Fikrimcə, orta və ali məktəblərdə mütləq şəkildə dini dərslər tədris edilməlidir. Əgər İslamın, digər dinlərin əsasları ilə bağlı tədris və təlim bərpa edilməsə, biz bu problemin qarşısını ala bilməyəcəyik. Bu sahəyə mütəxəssislərin cəlb edilməsi üçün xaricə müraciət etməyə də ehtiyac yoxdur. Məsələn, pilot layihələr ola bilər. Bunun üçün Bakı İslam Universitetinin və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunlarından istifadə edərək orta və ali məktəblərdə dini dərslər keçmək, dinlərin əsasları ilə bağlı kompleks təlimlər keçmək mümkündür. Bu məsələdə çox gecikmişik və gecikməkdə davam edirik".
F.Nurulayevin fikrincə, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda problemlərin çoxu gənclərin İslam dinini düzgün anlamaması, yalançı təbliğat səbəbindən yaranır: "İslamı düzgün dərk etməyən gənclər yanlış yollara gedir, qeyri-ənənəvi dinləri seçirlər. Əgər onlar orta və ali məktəblərdə düzgün dini təhsil alsaydılar, təbii ki, bu gün belə hal yaranmazdı, onlar xaricdən gələn missionerlərin fətvalarına, yalan təbliğatlarına aldanmazdı, cavanlarımızı da itirməzdik".
İlahiyyatçının sözlərinə görə, hazırda Azərbaycanda yerli təhsil ocaqlarının yetişdirməsi olan savadlı ruhanilərə ehtiyac var. Lakin bu ruhanilərin gələcək fəaliyyəti üçün bəzi problemlər var:
"QMİ-nin 1989-cu ildə təsis etdiyi Bakı İslam Universitetindən hər il 100-dək tələbənin məzun olmaq imkanı var. Yüz məzunun müəyyən qismi daha sonra dini fəaliyyətini davam etdirsə də, bir hissəsi bunu edə bilmir. QMİ tərəfindən məscidlərə yerləşdirilən ruhanilər arasında elə yaşlı din xadimləri var ki, onlar özləri müxtəlif yollarla dərin dini biliklərə yiyələniblər. Amma reallıq ondan ibarətdir ki, bu gün ölkədə kifayət qədər ruhani fəaliyyət göstərmir. Artıq bir müddətdir ki, QMİ tərəfindən din xadimlərinin attestasiyası keçirilir. Məqsəd də budur ki, din xadimləri savadlı olsun, məscidlərdə yer tutmuş savadsızlar yavaş-yavaş aramızdan çıxsın, onların yerini yeni, savadlı nəsil tutsun. İnsan xəstə olanda ona ilk növbədə yaxşı həkim və dərman lazımdır. Dini maariflənmə üçün də hərtərəfli, elmli ruhanilər olmalıdır. Lakin bu gün Bakı İslam Universitetinin 2010-cu ilə qədər olan məzunlarının elmi müdafiələrinə icazə verilmir. Bu ruhanilər xalqın dini maariflənməsi üçün elmi işlər götürür, tədqiqatlar aparırlar. Dissertasiyaların mövzuları AMEA-nın Əlyazmalar İnstitutunun Problem Şurası tərəfindən təsdiq edilir, lakin Ali Attestasiyası Komissiyası tərəfindən qəbul olunmursa, bu məzunlar nə etməlidir? Artıq bununla bağlı Təhsil Nazirliyinə məktub göndərmişik. Lakin hələ də nazirliyin bu məktuba cavabı yoxdur. Bildirilir ki, bu universitet dövlət qeydiyyatından keçmədiyinə görə onun diplomları tanınmır. Qeyd edim ki, əvvəla bu universitet ulu öndər Heydər Əliyevin xeyir-duası və imzaladığı sənədə əsasən açılmış təhsil ocağıdır. İkincisi, əgər universitet qeydiyyatdan keçməyibsə, deməli, bu iş qanuniləşdirilməli və təhsil müəssisəsi reyestrdən keçirilməlidir".
Bütün Qafqazın şeyxinin müavini hesab edir ki, cəmiyyətdə dini maariflənmənin səviyyəsini qaldırmaq işini hər hansı qurumun və mərkəzin boynuna qoymaq düzgün deyil. Cəmiyyət bütünlüklə dini biliyə və savada malik olması üçün çalışmalıdır: "Hər bir imkanı olan şəxs vətəndaşlarımızın orta və ali məktəblərdə dini təlim və tədrisi üçün əlindən gələni etməli, istəkli olmalı, ortaya təkliflər qoymalıdır. Valideynlər var ki, gəlib deyir ki, övladım məndən icazəsiz, xəbərsiz çıxıb Suriyaya gedib və indi də oradan ölüm xəbəri gəlir. Bunun kökündə övladın valideynini eşitməməsi, ona tabe olmaması, dini dərindən bilməməsi durur. Əgər övlad valideyn haqlarından xəbərdar olsaydı, atasından-anasından halallıq almadan belə bir addım atmazdı. Amma onun beynini doldurublar ki, sənin valideynin xəvaric, vəhabi deyilsə, deməli, o kafirdir və ona qulaq asmaya da bilərsən. Günlərin birində də övlad valideynlərindən imtina edir, hətta onun qanını, canını da halal hesab edir. Sonra da gedib hərbi münaqişələrə cəlb olur ki, guya Allah yolunda şəhid olacaq. Müsəlman o zaman döyüşlərdə şəhid olur ki, din, dövlət rəhbəri Vətənin, torpağın, dinin yolunda cihad əmri verir. Bu gün Azərbaycan torpaqları işğal altındadır. Biz sabah əmr verilən kimi öz torpaqlarımız uğrunda mübarizəyə hazır olmalıyıq. Övladlarımızı bunun üçün yetişdirməli, bunun üçün hazırlamalı, gənclərimizi sağlam təfəkkür, düşüncə, mənəviyyat və əxlaqla yetişdirməliyik. Bunun üçün Allahın, Quranın, peyğəmbərin dedikləri təlim edilməlidir. Təlim isə orta və ali məktəblərdə olur. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət qarşısında məsələ qaldırmalıdır. Dinin əsasları və özəllikləri məktəblərdə təlim və tədris olunmalıdır. Biz artıq çox şeyi itiririk, əgər bu olmasa yenə də itirməkdə davam edəcəyik".
İlahiyyatçının fikrincə, hazırda dini maarifləndirmə məsələsində KİV-lərin, xüsusilə televiziyaların işləri qənaətbəxş səviyyədə deyil: "Əgər Jurnalistika fakültəsində təhsil alan tələbəyə dinin əsasları tədris edilərsə, o, gələcəkdə hər hansı KİV-də işlədiyi zaman dinə necə xidmət etmək lazım olduğunu biləcək. Bu məqsədlə müvafiq ədəbiyyatın hazırlanması üçün Bakı İslam Universiteti və ya BDU-nun İlahiyyat fakültəsinə təkliflər verilə bilər. Bu sahədə proqramların, dərsliklərin hazırlanması mümkündür. QMİ-nin Elmi-dini şurası var və onun rəhbəri akademik Vasim Məmmədəliyevdir. Bu vaxta kimi İslamın əsasları ilə bağlı bir neçə yığcam təlimlər olub. Lakin həmin proqramlar qəbul edilməyib. Ona görə də dövlətin müvafiq qurumları bu məsələdə maraqlı olmalıdırlar. İnsanlarımızın dini baxımdan sağlam düşüncəyə malik olması üçün bu məsələdə heç kim biganə qalmamalı, yaxasını kənara çəkməməlidir".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Narı necə təmizləmək lazımdır?
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
"1918-ci ilin mart hadisələri azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməlidir"
Uzun ömürlü qadınların sirri
Qız toyu və nişan gəlinlikləri
Hava haqqında
Hansı halda qapanmaya gedilə bilər?
Boşanmaq istəmirsinizsə, davanı dayandırın!
Məhsullarımıza tələbat artıb
Xurmalı şəkərsiz keks (foto-resept)
Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirilir
Bu şəhərlərin sakinləri zənglə evdən çıxa biləcəklər
Gül kələmi salatı (foto-resept)
Qış üçün üzüm yarpağı tədarükü (foto resept)
Türkiyədə heyvanlara pasport veriləcək
İşğal illərində Aşağı Gövhər ağa məscidinin düşdüyü vəziyyət - VİDEO
Selena Gomezdən gözlənilməz açıqlama- VİDEO
Cavan olmam bir də mən?
Oruc əmrinə görə Allaha şükr etməliyik
Günün qoroskopu: sizə təzyiq göstərməyə çalışan adamlar tapılacaq
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlar
Azərbaycanın bu ərazisində su olmayacaq
Həkimlərin maaşları artırılıb
Kiçik mətbəxlər üçün xüsusi mebellər
Günün ulduz falı - 19.01.2014
“Jazz”-ın yaranması
Alimlər xəbərdarlıq edirlər: "Yatağınızı yığmayın!"
Qara rəngli geyim dəstləri
Özünüzə dəyər verin
Övladlarına yaxşı baxa bilməyən valideynlər azadlıqdan məhrum edilə bilərlər
Koronavirusa yoluxma riski ilə genetika arasındakı əlaqə açıqlanıb
Bit bazarından aldığı şifonerdən sərvət çıxdı - FOTOLAR
"Uğursuz" dahilər
Bu ərazilərdə Qaz Olmayacaq!
Qarabağda Qurumlararası Humanitar Mərkəz öz fəaliyyətinə başlayıb
Sürücülərə XƏBƏRDARLIQ: "Diqqətli olun"
Valideynlərlə bağlı həqiqət lazımdırmı?
Hande Erçel və Muradın romantik gecəsi qalmaqalla BİTDİ - FOTO
Autizmin simptomları
Yahoo! Vizify-i alır
Türkiyədəki səfirliyimizin mühafizəsi GÜCLƏNDİ
48 yaşlı Cennifer Lopesdən yeni fotosessiya(FOTO)
Alaq otları allergiyaya səbəb olur
Uşaqlara bu dərmanları verməyin!
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
Tez arıqladan meyvələr
Məşhur tərzi: Rihanna
16 yaşlı qızın mədəsindən 300 qramlıq tük topası çıxarıldı
Bürclər hansı dodaq boyalarına üstünlük verirlər?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]