Azərbaycanda orta məktəblərdə tədris ilinin müddətinin dərs ilinin sonuna əlavə günlərin artırılması hesabına uzadılacağı gözlənilir. Trend-in məluamatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib ki, tədris ilinin müddətinin artırılması məsələsi Təhsil Nazirliyi tərəfindən irəli sürülüb.
Nazir müavini deyib ki, tədris ilinin müddətinin növbəti dərs ilində uzadılacağı gözlənilir. Ancaq bu il dərs ili planlaşdırılmış vaxtda başa çatacaq. Çünki dərs ilinin uzadılması tədris proqramları ilə bağlı olduğundan bunu dərs ilinin ortasında etmək düzgün olmaz: "Bizim apardığımız analizlər onu göstərir ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu, aşağı göstəricidir. Digər ölkələrdə bu müddət 38, bəzi ölkələrdə 40-43 həftəyə çatır. 32 həftə kifayət qədər qısadır. Tədris proqramları isə ağırdır, zaman keçdikcə bu yüngülləşmir. Dərs həftəsini azaltmaqla biz bir günə düşən dərs yükünü artırırıq. Bu da bir çox hallarda valideynlərin haqlı narazılığına səbəb olur".
C.Bayramov deyib ki, əlavə tədris həftələrinin dərs ilinin əvvəlinə, yaxud sonuna artırılacağı ilə bağlı dəqiq qərar yoxdur: "Ancaq böyük ehtimalla bu, dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına olacaq. Dərs ilinin 3 həftəyədək artırılması nəzərdə tutulur".
Nazir müavini orta məktəb şagirdləri arasında ekstremist dini cərəyanların yayılmaması üçün din fənninin tədrisi məsələsinə də münasibət bildirib. C.Bayramov qeyd edib ki, hazırda din orta məktəblərdə ayrıca fənn kimi tədris olunmur. Ancaq müəyyən fənlər hesabına, məsələn, "Həyat bilgisi" dərsliklərində dini bilgilər şagirdlərin yaş qruplarından asılı olaraq verilir. Burada müxtəlif dünya dinləri barədə məlumatlar verilir: "Tolerantlıq, bütün dinlərə hörmətlə bağlı dərsliklərdə məlumatlar var. Bundan sonra da biz bunları nəzarətdə saxlayacağıq".
trend.az
XƏBƏR LENTİ
Dünya bu uşaqdan danışır - FOTO
Əlamətlərinə görə uşağınızın cinsini müəyyən edin
Evlilikdə maddiyyat
Ronaldo İbisada dincəlir-FOTO
Ölkənin dilini dəyişdilər: "Qərar qətidir və ondan şikayət etmək olmaz!"
Bakı yaşıllaşacaq
Meyvəli Parfe (foto resept)
Hava haqqında - 10.03.2014
Gözəl saç aksessuarları
Zövqlü toy donları
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Əsgərlərimiz Qafan aeroportunun qarşısında Azərbaycan bayrağı qaldırdılar - VİDEO
Pasport və şəxsiyyət vəsiqələrini itirənlər xərcə düşəcək - YENİ RÜSUMLAR
Məryəm Uzərli hicab bağladı
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
Uşaqların sosial-psixoloji inkişafı-9
Sevimli uşaq şəkilləri
Dünya İqtisadi Forumunun daha bir irəliləyiş
Kişilər banan kimidir
Məşhur filmdən Azərbaycana Təşəkkürlər-FOTO
Şeron Stoundan yeni FOTOsessiya
Can Yamanın şəxsi həyatı yenidən gündəm oldu-FOTO
Yaponiya Aya aparat yollayacaq
Hər kəs bu tarixi gözləyir-10 Yanvar
Qazax benzini alacağıq
Dövlət qulluğunda hər vəzifə üzrə 5 ildən bir attestasiya keçiriləcək
Hava haqqında
Ali Sunal Kamal Sunal üçün paylaşım etdi-FOTO
Çəhrayı rəngli salon dekorasiyası
2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan olundu
Soyuducuda faydası artan məhsullar
Yay fəslinin klassik geyim tərzi
Hikmət Hacıyevdən “Sərhədsiz Reportyorlar”a və ATƏT-ə çağırış
40-cı illərin yataq geyimləri dəbə minir - FOTO
Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb
Saxlama müddəti ötmüş mallar aşkarlandı
Çərəzli piroq (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? -18 İyun
Qazdan qorunmaq üçün bunu mütləq edin!
Erməni diversantın məhkəməsi barədə qərar verildi
Rusiya tarixində bir ilk
HAVA necə olacaq?
Xoşbəxt evliliyin 6 nişanəsi
Sevgilisi ilə dalaşıb burnunu dişlədi və yedi - FOTO
Zəngilan rayonunun ermənilər tərəfindən işğalından 20 il ötür
Apple yenidən lider oldu
Vanqanın proqnozu: dünyadakı bütün canlılar məhv olacaq
Bu il daha uzun olacaq
Əkiz hamiləliyin yaranma səbəbi və riskləri
Qaxda qış turizmi