Avstriyanın Melk şəhərində ölkədə ilk “ağıllı küçə”nin (smart stree) açılışı olub.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, müasir texnologiyalar əsasında yaradılan pilot layihə çərçivəsində işıq dirəkləri və nəqliyyat üçün işıq siqnalları texnikasının idarə edilməsi, elektrik avtomobilləri və mobil telefonlar üçün enerji yükləmə qovşağı, hüquq-mühafizə orqanlarının nəzarətində olan videonəzarət kameraları, bərpa olunan enerjidən istifadə və digər yeniliklər təqdim olunub.
“Düşünən” küçədə quraşdırılmış səkkiz ədəd işıq dirəyi ilkin mərhələdə altı əsas funksiya üzrə fəaliyyət göstərəcək. Avtomobil və piyadaların küçədə hərəkət etmədiyi gecə saatlarında dirəklərdə işıq zəifləməli, hərəkət edən obyektlər əraziyə yaxınlaşdıqda isə işıq gurlaşmalıdır. Bütün bunlar gələcəkdə bələdiyyələrin enerji sərfiyyatını aşağı salmağa kömək edəcəkdir. Eyni zamanda dirəklərdə quraşdırılmış videokameralar küçələrin təhlükəsizliyini təmin etməyə şərait yaradacaqdır. Mikrofonlar vasitəsilə yaxınlaşmaqda olan təcili yardım, polis və ya yanğınsöndürən maşınların səsini qəbul edən akustik sistem vasitəsilə isə nəqliyyatın hərəkətini dəyişmək üçün işıqforlar müvafiq rejimə keçəcəklər.
Dronlar, elektrik avtomobilləri və velosipedləri, həmçinin mobil cihazlar üçün enerji mənbəyi ilə təmin edilən dirəklərdə ənənəvi nəqliyyat lövhələrinin yerləşdirilməsi də nəzərdə tutulur. Bununla da ənənəvi lövhələrdən rəqəmsal lövhələrə keçidin axıcı şəkildə baş tutması təmin edilir.
Aşağı Avstriya federal əyalətinin qubernatoru Yohanna Mikl-Laytner açılış mərasimində bildirib ki, ən müasir texnologiyalardan istifadə edilməsi rəqəmsal çevrilişin baş verdiyi dünyamızda zamanın tələbidir və bu imkan gələcəkdə vətəndaşlara daha çox xidmətlər təklif etməyə şərait yaradacaqdır.
Melk şəhərində on şirkətin birgə həyata keçirdiyi layihənin 2021-ci ilədək 40-50 işıq dirəyini əhatə etməsi planlaşdırılır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
3 Axmaq (2009)
Təklik nədir?!
Vanqa haqqında bilmədikləriniz
"Benim tatlı yalanım" serialı FİNAL edir-SƏBƏB
Bu da Toyota Avalon
"ASAN xidmət"dən möhtəşəm yenilik
Azərbaycanda prestijli nömrələrin qiymətləri açıqlandı
"Ermənistana əl uzatdıq, lakin əlimiz havada qaldı"
Dəbli qızıl sırğalar
Gün ərzində Azərbaycanda ikinci zəlzələ
Heyrətamiz mikrodünya
Zəngilanın daha bir kəndindən görüntülər - VİDEO
Çempionat bitdi, olimpiyaçımız birinci oldu
Timoşenko əleyhinə etiraz aksiyası keçirildi
Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın
Dünyanın ən gözəl qadını
“Bakı-2017” 58 ölkədə yayımlanacaq
Soyuq havadan saçınızı qoruyun
Tilavət nə deməkdir?
Günün ulduz falı
Almaniyanın ən gözəl qızı seçildi
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
İtaliya şokda
Çağatay və Duyğu ilk dəfə yan-yana - FOTO
Arıqlayarkən üzdəki dərinin sallanmaması üçün nə etməli?
Pınar Altuğ TƏHQİRLƏRƏ tək-tək cavab verdi-FOTO
Bakıda uşaq bağçalarının açılması üçün hazırlıq işləri başladı
Azərbaycanda nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub, biri ölüb - RƏSMİ
Dodaqlara qulluq
Ziyafət üçün baş örtükləri
Zeytun yağlı badımcan (foto-resept)
Kişilərin qadınlardan az yaşamağının səbəbləri
Emal edilmiş ətdən uzaq durun - xərçəng riskini xeyli artırır
Ən uzun körpüdə - FOTO
Ramazan ayının 25-ci gününün duası
Qatardan nə vaxt düşəcəyini bilməyən insan nə etməlidir?
Bu kəşf alimləri qorxutdu
Kıvanç Tatlıtuğ Bodrumda dincəlir-FOTO
Öncə xidmət, sonra ali təhsil
""Formula 1" yarışında 5 min dollarlıq bilet satışı kifayət qədər olub"
Venesuelaya meteorit düşdü
Qar yağacaq, külək əsəcək
Doldurulma toyuq budları (foto-resept)
Paşinyandan ŞOK ETİRAF: "Uzun illər səhv etmişik"
Vladimir Putin böyük tədbirə dəvət edilmədi
Yağışlı, qarlı, şaxtalı hava gəlir
"Titanik" yenidən hazırlanır-2022-ci ildə təhvil veriləcək
Sevgiyə ağlayan qadınlar
Dünyanın gözü yenə Bakıda oldu
Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək














