Azərbaycan alimləri işıqlandırmada istifadə olunan göy işıq diodları üçün yeni effektiv şüalanan lüminessent materiallar əldə ediblər. Bu materiallar mövcud işıq diodları ilə kombinasiya edildikdə müxtəlif rəngdə işıq mənbələri yaratmaq olur.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun baş elmi işçisi, akademik Bahadır Tağıyev deyib.
Onun sözlərinə görə, göy işıq diodlarının üzəri əldə olunan yeni materialla örtüldükdə göy rəng materialların rəngindən asılı olaraq həmin materialın rəngində işıqlanır: “Qırmızı maddə çəkdikdə diod qırmızı rəngdə işıqlanır, ağ rəng çəkdikdə isə ağ rəngdə işıqlanır”.
Göy işıq diodlarının işıqlandırma üçün istifadə olunan digər lampalardan daha üstün olduğunu deyən B.Tağıyev bildirib ki, közərmə lampalarında elektrik enerjisinin 90 faizi istiliyə sərf edilir, yalnız 10 faizi işığa çevrilir. Göy işıq diodları isə az enerji sərf edır və onlar ekoloji cəhətdən təmiz və bərpa olunandır: “Adi közərmə, lüminessent, ion lampası xarab olur, yanırsa, onu atırsan. Amma bu lampalar elə keyfiyyətlərdən uzaqdır. Bu lampalarda kontaktı yenidən bərpa etmək mümkün olur. Digər tərəfdən, onların həcmi kiçikdir, tətbiq olunan gərginlik 3-5 volta qədərdir. Küçələrdə bunlardan istifadə etməklə nə qədər enerjiyə qənaət etmək olar”.
Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Cavad Abdinov isə Trend-ə bildirib ki, ilk dəfə olaraq, mürəkkəb yarımkeçirici birləşmələr əsasında ağ işıq mənbələri yaradılıb. Artıq bu kəşf patentləşdirilib və bu barədə xarici ölkələrin jurnallarında məqalələr dərc edilib: "Yaxşı olardı ki, respublikada bu işıq mənbələrini istehsal edən zavod olsun".
Direktor müavini qeyd edib ki, adi közərmə lampalarında ağ işığı almaq üçün insan orqanizmi, canlılar üçün lazım olan Günəş şüalarının 7 rəng elementindən istifadə edilib. Amma lüminessent işıqlarda ağ işığı almaq üçün Günəş elementinin 3 rəng elementindən istifadə edilir. Qalan 4 rəng elementinin olmaması isə canlılar üçün müəyyən ziyanlı nəticələrə gətirib çıxarır: “Çünki canlı aləmdə hər rəng elementinin öz funksiyası var. Məsələn, qırmızı rəng istilik effekti verir, ultrabənövşəyi şüa mikrobları öldürür. Göy diodlarda isə Günəşin 7 rəng elementinin hamısı var”.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR