Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun alimləri dünyada ilk dəfə olaraq yeni Günəş elementləri hazırlayıblar. Bununla da Günəşdən alınan enerjinin elektrik enerjisinə çevrilmə faizi artırılaraq 18-19%-ə çatdırılıb. Bunu Trend-ə Fizika İnstitutunun direktor müavini Cavad Abdinov deyib.
Onun sözlərinə görə, hazırda dünyada istehsal və istifadə olunan Günəş elementlərinin faydalı iş əmsalı 14-15 faizdir. Başqa sözlə, hazırkı Günəş elementləri Günəşdən aldığı enerjinin 14-15 faizini elektrik enerjisinə çevirir. Yeni elementlər xarici ölkələrdən alınan müasır qurğuların köməyi ilə hazırlanıb.
C.Abdinov deyib ki, müxtəlif yarımkeçirici birləşmələr əsasında Günəş elementlərinin yeni konstruksiyası yaradılıb və struktur sadələşdirilib. Nəticədə həm Günəş elementlərinin hazırlanmasının maya dəyəri aşağı düşüb, həm də faydalı iş əmsalı artırılıb: “Günəş elementi sadəcə bir lövhə deyil. Orada bir neçə təbəqədən ibarət müəyyən struktur elementləri var. Günəş şüası o təbəqələrdən keçib əsas elementin üzərinə düşür. Aydındır ki, həmin təbəqələrdən də keçəndə Günəş şüasının bir hissəsi udulur. Ona görə də Günəş şüasının müəyyən faizi gedib əsas təbəqəyə çatır və elektrik enerjisinə çevrilir. İnstitutun hazırladığı yeni strukturda isə həmin təbəqələrdən bir neçəsi ləğv edilib. Ona görə də Günəş elementlərinin faydalı iş əmsalını artırmaq mümkün olub”.
Onun sözlərinə görə, Günəş elementlərinin faydalı iş əmsalını 30 faizədək qaldırmaq olar. İnstitutun hazırladığı strukturun nəzəri potensialı da iş əmsalını tədricən 30 faizədək çatdırmağa imkan verər. Bunun üçün texnologiyanı getdikcə təkmilləşdirmək lazımdır.
Direktor müavini bildirib ki, yeni elmi nəticə artıq institut tərəfindən AMEA Rəyasət Heyətində məruzə edilib və bəyənilib. Bu elmi nəticədən respublikada yaradılan texnoparklarda istifadə etmək olar.
XƏBƏR LENTİ
Daha bir neftçi dəfn olundu
Fərqli bədən formasında eyni paltar
Putin “soyqırım” tədbirinə gəlmir?
Çöp şişdə fərqli kabab (foto resept)
Möhtəşəm kainat...
HAVA necə olacaq?
Həccin vaxtı açıqlandı
Balıq bürcünün ən əsas 6 xüsusiyyəti
Bu keksin 100 yaşı var, amma... - ONU İNDİ DƏ YEYƏ BİLƏRSİNİZ
Putin: Suriyanı Xəzərdən bombalayırıq
Kənan İmirzalıoğludan Sinem Kobala xüsusi jest
Ölmədən öncə bunları edin
Bakıda qida məhsullarının istehsalı artıb
Bizi bu torpaq yaşadır
Disney şirkətinin 10 idarəçilik prinsipi(2)
ABŞ ordusunda hicaba icazə verildi
Yıldız Tilbedən nazirliyə:"Dərmanlar pulsuz paylansın"
Dünyanın sonunun yeni tarixi
Bu gün beynəlxalq Yer Günüdür
Novruz bayramıyla bağlı daha bir etiraz
Can Yamanın yeni serialı məhkəməlik oldu-SƏBƏB
Abituriyentlər üçün VACİB XƏBƏR
İran Ermənistana xəbərdarlıq etdi
Rühəngiz Allahverdiyeva yeni imicdə-FOTO/VİDEO
Yeni KLİPİ 3 milyon dəfə izləndi-VİDEO
Ən gözəl üzə sahib olan qadınlar
2045-ci ildə bəşəriyyəti nə gözləyir?
Bakı yol polisindən sürücülərə müraciət
Sürətli dırnaq uzadan maska
Qozlu bükmə (foto resept)
Bürclərin asılılıqları
"Miss Brazil-2019" seçildi-FOTO
"Çin restoranı" sindromu
Divardan asılmış restoran
Məktəblilər üçün “güllə keçirməz” çantalar satılır
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İş görərkən niyə fikrimiz yayınır?
Əmizdirmə problemlərinin çarəsi
Doğru şampun istifadəsi
Lerikdə zəlzələ oldu
Məşhur müğənnidən hamiləlik AÇIQLAMASI
Öz-özünə danışmaq dəlilik əlamətidirmi?
Aleyna 158 minə avtomobil aldı-FOTO
Mövqelərimiz atəşə tutuldu - Ermənilərin gecə təxribatı
Ziyafət geyim modelləri
Orta məktəb müəllimləri bu qədər maaş alacaq - Məbləğ
Başın ağrılı bəlası
Parıltılı saçlar üçün lazımlı maska.
Bu məhsullar bahalaşdı - SİYAHI
Boş döl yumurtası sindromu və əlamətləri