
“Qocalmanın səbəbləri fiziki metodlarla molekulyar səviyyədə araşdırılacaq və tədqiqatlar aparılacaq. Burada dərman preparatları ilə aparılan tədqiqatdan söhbət getmir”
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov Biofizika və Smart Materiallar Mərkəzinin işi ilə bağlı danışarkən deyib.
C.Abdinov Biofizika və Smart Materiallar Mərkəzində işlərin iki mərhələdə aparılacağını bildirib: “Birinci mərhələdə fiziki metodlarla molekulyar səviyyədə orqanizmin qocalmasının səbəbləri araşdırılacaq və buna qarşı hansı üsulla mübarizə aparmağın yolları müəyyən olunacaq. Məsələn, bir oynağı hansı maddə ilə əvəzləmək olar ki, o elə oynaq kimi işləsin. Deyək ki, ayrı-ayrı orqanların süni şəkildə əlavə edilməsi və sair məsələlər nəzərdə tutulur. Yəni biotexnologiyadan istifadə olunacaq. Bu iş üçün 15 laboratoriyanın təşkil olunmasını planlaşdırırıq. Mərkəzin işinə ABŞ-da yaşayan azərbaycanlı elmlər doktoru nəzarət edəcək. O, on ildir ABŞ-da birgə laboratoriyamıza rəhbrəlik edir. Əlbəttə, ilk növbədə, kadların hazırlanması istiqamətində də işlər gedir. Sonra iki korpusumuzun təmiri, yenidənqurulması lazımdır. Lazımi avadanlıq alınmalıdır. Bundan sonra tədqiqatların aparılmasına başlanacaq. Hazırda dünyada sümüyü süni materiallarla əvəz edir, diz qapağını dəyişirlər. Biz də bu prosesə qoşulmaq istəyirik”.
Akademik Biofizika və Smart Materiallar Mərkəzinin fəaliyyətə başlamasının Nazirlər Kabinetinin müvafiq qərarından asılı olduğunu da əlavə edib: “Mərkəzin fəaliyyətə başlaması birbaşa Nazirlər Kabinetinin qərarından asılıdır. Nazirlər Kabineti bu işə maliyyə ayırmalıdır. Dediyim kimi, iki korpusumuz var ki, onların təmirə ehtiyacı var. Daha sonra tədqiqat işlərinə başlamaq üçün cihazlar alınmalıdır. Maliyyə nə vaxt ayrılsa, biz də o zaman işə başlayacağıq”.
Qeyd edək ki, AMEA Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması haqqında AMEA Rəyasət Heyəti ötən il qərar qəbul edib. Biofizika və Smart Materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətini qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi təşkil edəcək. Mərkəzin iki mərhələli fəaliyyət planına əsasən yaradılması nəzərdə tutulur. Birinci mərhələnin müddəti 2 il, ikinci mərhələnin müddəti isə 3 il nəzərdə tutulub.
XƏBƏR LENTİ
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Kişilər smartfonlarla daha çox nə çəkirlər?
Elnur Aslanov nazirlikdə şöbə müdiri oldu
Ömrümüzün 20 ili: bu kabus da ola bilər, rahatlıq da
Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?
24 il əvvəlki fotosunu paylaşan müğənni tənqid olundu
Bu əlamətlər qaraciyərdə problem olduğunu göstərir
Ərdoğan: "Türkiyə Suriyada qan tökülməsini dayandıracaq istənilən addımı dəstəkləyir"
Günün qoroskopu: Könül qırmayın!
Kamran Əliyev yeni vəzifəyə təyin edildi
Nikahdankənar münasibət yaşayanları gözləyən BÖYÜK TƏHLÜKƏ
Mehriban Əliyeva qızları ilə bayram şənliyində - FOTO
Balıq pəhrizi
Müəllif hüquqları harada çox pozulur?
Günəş eynəkləri
Alişandan Buse Varola bahalı hədiyyə-FOTO
Dubay sonuncu koronavirus xəstəsini evə buraxdı
Murat Boz Bakıya gəlir-SƏBƏB
Ət kəsimi və satışına nəzarət gücləndirilir
Hava haqqında - 20.02.2014
Acunu məhkəməyə verdi-SƏBƏB
Yatmadan əvvəl dəri baxımı
Hava haqqında
Mətbəxdə qırmızı havası
Cennifer Lopez növbəti dəfə villa aldı-FOTO
Məsuliyyətsiz valideynlər cəzalandırılacaqlar: VALİDEYNLƏR DİQQƏT
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Prezident: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi”
Belə səyyah görməmisiniz - Nəhəng çarxını fırlada-fırlada dünyanı gəzir
Hava haqqında
Kosmetikadan istifadənin təhlükəli nəticələri açıqlandı
Azərbaycanda 182 min nəfər şəkərli diabet xəstəliyindən əziyyət çəkir
Qan şəkərini salan 5 qidalanma səhvi
Əhməd Davudoğludan şok açıqlama
Dövlət Turizm Agentliyi nələri dəyişəcək?
Günün ulduz falı
İş axtaranların nəzirənə
Ermənilərə qan udduran qaçaq qadın: Kişi Tavat”
“İstanbullu gəlin”in aktrisası ərindən boşandı - FOTO
Payız aksesuarları
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL
Suyun əhəmiyyəti
İkiqat göy qurşaqları
Məşhur model onunla görüntüləndi-FOTO
Cavidin əsərlərindən ibarət türkcə kitab AMEA-nın Mərzəki Elmi Kitabxanasının fonduna daxil edilib
Azərbaycanın sürüşmə və subasma təhlükəsi olan əraziləri AÇIQLANDI
Nemtsovun xatirə marşı Moskvanı titrətdi
Dünyanın super güclərinə sahib heyvanları
Qadın. Netlə birgə hamiləlik (2-ci ay)
Ermənilər Şəmkiri “Toçka-U” ilə atəşə tutdu - RƏSMİ















- ŞƏRHLƏR