“Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim”.
Bunu Prezident İlham Əliyev bu gün Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
“Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı.
Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.
Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir.
Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir”, - deyə prezident bildirib.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gecə lampaları
Ayaqların kökdürsə
8 Martda hava necə olacaq?
Özünüzü dələduz "FHN işçilərindən" qoruyun
Dəri tonikinizi evdə edin
"Eurovision" ləğv edildi - YENİLƏNDİ
6 yaşlı uşaq mənzildə gizli otaq tapdı - Qapını açanda GÖRDÜKLƏRİNƏ İNANMADI/VİDEO
Trendi özünüz yaradın
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
Şərf bağlamağın 25 üsulu
Dünya qocalara qalacaq
Azərbaycanda pensiyaçıların kreditləşməsi dayandırılıb
Şakiradan gözlənilməz addım
Manikurdə yaz trendi-FOTO
Uşaqlıq xatirələri
Hadisenin cavabı gecikmədi:"Onun da..."
Səudiyyə Ərəbistanında qadınların pilot olmasına icazə verildi
Azər Mirzəyev vəfat etdi
Meyvəli-qaymaqlı tort (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İkinci dalğa başladı: Ölkə sərt karantinə gedir
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 139 yeni yoluxma
Günün ulduz falı
п»їİş yerində utancaqlıq və komplekslərinizdən necə xilas olmalı
Quşqonmazın faydaları
Azərbaycanlı zəvvarlar hacı olublar
Uşaqlarınız üçün maraqlı yataqlar
Stuldan yıxıldığına görə 1 milyon dollar istəyir
Qurban bayramı ilə bağlı Açıqlama
BÜRCLƏR bizə nə vəd edir?- 23 Dekabr
Öz qapımıza yenə qol vuracağıq?
"Diriliş Ərtoğrul"la bağlı şok iddia: Engin serialdan ayrılır?
Oscar tarixinin ən ikonik tərz sahibləri
Ermənilər təndiri də əlimizdən alır
Azərbaycan üçün qorxulu proqnoz
107 yaşlı nənə koronavirusdan sağaldı
Günün qoroskopu:Səbrsizlik etməyin!
Metropolitenin sözçüsü: "Metroda külək də əsir..."
Saç ağarmasına qarşı ən təsirli maska
Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz
Bakı sakinlərinə XƏBƏRDARLIQ - FOTO
Atəş səsləri altında qurulan şəhər
“Ağıllı” saatlar üçün antivirus
Yazmağa başlayıram - 3
Müəllimləri izləyən xəstəliklər
Angela Merkel Rusiyaya qarşı sanksiyaları uzatmağa çağırdı
Mimoza salatı (foto-resept)
Mustafa Ceceli dənizə girmək istəmədi-SƏBƏB
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
14 Fevralın tarixi