Nədir?
Qarın ağrısı ayrıca bir xəstəlik deyil, bir əlamətdir. Xüsusilə ani başlayan qarın ağrılarında mütləq həkimə müraciət edilməsi və məsləhət edilmədən ağrı kəsici dərman qəbul edilməməlidir.
Ağrı cəmiyyətdə ən çox görülən şikayətlərdən biri olub, qarın ağrıları da demək olar ki hər kəsin həyatı boyu ən az bir dəfə rastlaşdığı bir vəziyyətdir. Qarın ağrısının bir çox səbəbi vardır. Artıq qida qəbulu, nizamsız qidalanma və yüngül infeksiyalar da qarın ağrısı səbəblərindəndir.
Qarın ağrısının səbəbləri
Qarın ağrısı bir xəstəliyi ifadə etməz. Ancaq bir çox səbəbə bağlı olaraq ortaya çıxa bilər. Bəzi xəstəliklər qarın içindəki orqanlardan ortaya çıxmasa da qarın ağrısına səbəb ola bilər. Bunun üçün ən tipik nümunə ağciyərlərin aşağı hissələriilə əlaqəli infeksiyalardır. Sətəlcəm (pnevmoniya) olaraq adlandırılan bu kimi hallarda öskürək kimi əlamətlər ilə birlikdə qarın ağrısı da bu vəziyyətə əlavə edilə bilər. Digər bir məsələ isə infarktdır (miyokard infarktı). İnfarkt adətən sol çiyinə və qola əks olunan sinə ağrısına səbəb olarkən nadir olaraq qarın ağrısı ilə də əlamətini göstərə bilər.
Qarın ağrısının şiddəti ilə xəstəliyin şiddəti əsasən paralel seyr etməz. Məsələn, qaz sıxması və ya gastroenterit kimi öz-özünə keçən və ya sadə bir müalicə ilə sağala biləcək hallar şiddətli, qıvrandırıcı şəkildə, şiddətli qarın ağrısına səbəb ola bilər. Buna görə yoğun bağırsaq xərçəngi və ya erkən dövrdə bir appendisit çox daha əhəmiyyətli xəstəliklərdir və daha az şiddətdə qarın ağrısına səbəb olur.
Qarın ağrısı toksinlərə, infeksiya, öd yolları, böyrək, xəstəliklərinə, sidik yolu infeksiyalarına, qadınlarda adət dövrünə, ovulasiyaya, damar xəstəliklərinə, mədə, qaraciyər, pancreas, bağırsaq sistemindəki xora, xərçəng və infeksiyalara bağlı olaraq inkişaf edə bilər. Burada sayılması mümkün olmayacaq daha bir çox səbəbə bağlı olaraq da inkişaf edə bilər.
Qarın ağrısına səbəb ola biləcək əsas xəstəliklər
–Sidik yolu infeksiyaları
–Öd kisəsi daşı, öd kisəsinin daşa bağlı iltihabı
–Körpələrdə ilk 4 ayda görülən qaz ağrıları
–Qaz sıxması
–Endometriozis
–Ərzaq allergiyası
–Qida zəhərlənməsi (salmonella, şiqella)
–Qrıja
–Mədə pozğunluğu
–Böyrək daşı
–Laktoza intoleransı (süd allergiyası)
–Adət qanaxmaları
–Yumurtalıq kisti
–Pelvik inflamatuar xəstəlik
–Sətəlcəm (adətən uşaqlarda)
–Üst tənəffüs yolu infeksiyalarından sonra
–Peptik xora
–Gastroenterit
–Uşaqlarda tez-tez görünən səbəblər
–Gastroözofagial reflyuks
–Xroniki qəbizlik
–Parazitlər
–Həddindən artıq meyvə şəkəri qəbulu
–Qan xəstəlikləri
Həkimə müraciət ediləcək vəziyyətlər
–Şiddətli, təkrar olunan, artan və davamlı xarakterdə ağrılar
–Ağrı ilə nəfəsin kəsilməsi, huşunu itirmə hissi, qanaxma, qusma və yüksək temperatura olması
–Qarın ağrısının sinəyə, boyuna və çiyinə yayılması
–Nəcisdə qan görülməsi
–Qarında gərginlik və şişmə olması
Uşaqlarda qarın ağrısı
–Özünü yaxşı hiss etdiyi mövqedə uzanıb dinlənməsinə icazə verin.
–Yedirtməyə çalışmayın. Əgər içə bilirsə, az-az maye içməsini təmin edin.
–Həkiminizlə məsləhətləşmədən hər hansı bir dərman verməyin.
–Həkimə getmədən qarın ağrısıyla birlikdə olan əlamətləri (ishal, qəbizlik,temperatura kimi), ağrının yerini, azaldan, yaxud artıran amilləri qeyd etsəniz diaqnozun qoyulmasına yardımçı olacağınızı unutmayın.
–Uşaqlarda funksional qarın ağrısı da olur.
Fuad Nəzərov
XƏBƏR LENTİ
Hava haqqında - 26.08.2013
Bakının enerji operatoru abonentlər üçün GSM sayğaclar quraşdırır
“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO
Bayrağımızdan necə istifadə edək?
Ulduzun gitarası 6,7 milyona satıldı-FOTO
Bədbəxt qadın siqaret çəkməz, yorğanı başına çəkib ağlar”
Saxta ətiri necə tanımalı?
3 aya 22 kq arıqladım
Yeni plastik maddə yaradılıb
İlham Əliyev Xalq artistinə mənzil bağışladı
Prezidentdən Ağdamdakı Ortaq Mərkəzlə bağlı AÇIQLAMA
Xaricdən gətirilən mal-qara sərfəlidirmi?
Bu ailə evdə nəhəng öküz saxlayır
Hamburger (foto resept)
Hamiləliyin uyğun dövrü müəyyənləşib
Süreyya Yalçın arıqladı
"Arka sokaklar"ın aktyoru nişanlandı - FOTO
Parazitlər artır, həkimlər azalır?
Google rouminqsiz plana keçir
Xəstəliklərin dəf olunması (1)
Seçki təşviqatı aparmaq istəyən KİV-lərə ayrılan vaxt başa çatır
Həyat dərsi
Baş dərisindəki sızanaqlar üçün qarışım
Salman Xan həbs oluna bilər-FOTO
Dünyanın tanınmış moda brendləri
19 yaşlı qızın bu addımı hər kəsi Heyrətləndirdi-FOTO
Bu gün imtahandır
Quran oxumağı öyrənin
Whatsapp məhz bu telefonlarda işləməyəcək - SİYAHI
Azərbaycanlı deputatlar ermənilərə görə ayağa qalxdılar
Ən bahalı saatları taxan məşhurlar
Günün ulduz falı
Noyabrı şaxta ilə yola salırıq
Ermənistan MN: Hadrutda döyüş başladı
Sahibsiz heyvanları peyvəndlədik
Feuerbach haqqında tezislər
Xoşbəxtlik axtarışı
Sadə tutmac (foto-resept)
Şokoladlı "Napoleon" tortu (foto resept)
Zümrüd adası- İrlandiya
Rusiya dünyanı QİÇS-dən xilas edə bilər
Tom and Jerry
Ovuntulu bulka (foto resept)
Xoşbəxtlik üçün qidalar
Azərbaycan apardığı irimiqyaslı arxeoloji qazıntılara görə MDB üzrə ilk yerləri tutur
Səhiyyə Nazirliyindən Qızılca AÇIQLAMASI
Ermənilərin “Köçəri” oğurluğuna cavab
2014-2015-ci il qış dəbi
Bu şəxslərin maaşı 25 faiz artdı
Bircə Akalay jurnalistləri təəccübləndirdi-FOTO















- ŞƏRHLƏR