Qadin.NET / Qarın ağrısı səbəbləri və müalicə üsulları

Qarın ağrısı səbəbləri və müalicə üsulları

 

Qarın ağrısı səbəbləri və müalicə üsulları

 

Nədir?

Qarın ağrısı ayrıca bir xəstəlik deyil, bir əlamətdir. Xüsusilə ani başlayan qarın ağrılarında mütləq həkimə müraciət edilməsi və məsləhət edilmədən ağrı kəsici dərman qəbul edilməməlidir.

Ağrı cəmiyyətdə ən çox görülən şikayətlərdən biri olub, qarın ağrıları da demək olar ki hər kəsin həyatı boyu ən az bir dəfə rastlaşdığı bir vəziyyətdir. Qarın ağrısının bir çox səbəbi vardır. Artıq qida qəbulu, nizamsız qidalanma və yüngül infeksiyalar da qarın ağrısı səbəblərindəndir.

Qarın ağrısının səbəbləri

Qarın ağrısı bir xəstəliyi ifadə etməz. Ancaq bir çox səbəbə bağlı olaraq ortaya çıxa bilər. Bəzi xəstəliklər qarın içindəki orqanlardan ortaya çıxmasa da qarın ağrısına səbəb ola bilər. Bunun üçün ən tipik nümunə ağciyərlərin aşağı hissələriilə əlaqəli infeksiyalardır. Sətəlcəm (pnevmoniya) olaraq adlandırılan bu kimi hallarda öskürək kimi əlamətlər ilə birlikdə qarın ağrısı da bu vəziyyətə əlavə edilə bilər. Digər bir məsələ isə infarktdır (miyokard infarktı). İnfarkt adətən sol çiyinə və qola əks olunan sinə ağrısına səbəb olarkən nadir olaraq qarın ağrısı ilə də əlamətini göstərə bilər.
Qarın ağrısının şiddəti ilə xəstəliyin şiddəti əsasən paralel seyr etməz. Məsələn, qaz sıxması və ya gastroenterit kimi öz-özünə keçən və ya sadə bir müalicə ilə sağala biləcək hallar şiddətli, qıvrandırıcı şəkildə, şiddətli qarın ağrısına səbəb ola bilər. Buna görə yoğun bağırsaq xərçəngi və ya erkən dövrdə bir appendisit çox daha əhəmiyyətli xəstəliklərdir və daha az şiddətdə qarın ağrısına səbəb olur.
Qarın ağrısı toksinlərə, infeksiya, öd yolları, böyrək, xəstəliklərinə, sidik yolu infeksiyalarına, qadınlarda adət dövrünə, ovulasiyaya, damar xəstəliklərinə, mədə, qaraciyər, pancreas, bağırsaq sistemindəki xora, xərçəng və infeksiyalara bağlı olaraq inkişaf edə bilər. Burada sayılması mümkün olmayacaq daha bir çox səbəbə bağlı olaraq da inkişaf edə bilər.

 

Qarın ağrısı səbəbləri və müalicə üsulları

 

 

Qarın ağrısına səbəb ola biləcək əsas xəstəliklər

Sidik yolu infeksiyaları
Öd kisəsi daşı, öd kisəsinin daşa bağlı iltihabı
Körpələrdə ilk 4 ayda görülən qaz ağrıları
Qaz sıxması
Endometriozis
Ərzaq allergiyası
Qida zəhərlənməsi (salmonella, şiqella)
Qrıja
Mədə pozğunluğu
Böyrək daşı
Laktoza intoleransı (süd allergiyası)
Adət qanaxmaları
Yumurtalıq kisti
Pelvik inflamatuar xəstəlik
Sətəlcəm (adətən uşaqlarda)
Üst tənəffüs yolu infeksiyalarından sonra
Peptik xora
Gastroenterit
Uşaqlarda tez-tez görünən səbəblər
Gastroözofagial reflyuks
Xroniki qəbizlik
Parazitlər
Həddindən artıq meyvə şəkəri qəbulu
Qan xəstəlikləri

 

Qarın ağrısı səbəbləri və müalicə üsulları

 

 

Həkimə müraciət ediləcək vəziyyətlər

Şiddətli, təkrar olunan, artan və davamlı xarakterdə ağrılar
Ağrı ilə nəfəsin kəsilməsi, huşunu itirmə hissi, qanaxma, qusma və yüksək temperatura olması
Qarın ağrısının sinəyə, boyuna və çiyinə yayılması
Nəcisdə qan görülməsi
Qarında gərginlik və şişmə olması

Uşaqlarda qarın ağrısı

Özünü yaxşı hiss etdiyi mövqedə uzanıb dinlənməsinə icazə verin.
Yedirtməyə çalışmayın. Əgər içə bilirsə, az-az maye içməsini təmin edin.
Həkiminizlə məsləhətləşmədən hər hansı bir dərman verməyin.
Həkimə getmədən qarın ağrısıyla birlikdə olan əlamətləri (ishal, qəbizlik,temperatura kimi), ağrının yerini, azaldan, yaxud artıran amilləri qeyd etsəniz diaqnozun qoyulmasına yardımçı olacağınızı unutmayın.
Uşaqlarda funksional qarın ağrısı da olur.

Fuad Nəzərov

19 yanvar 2016
GO BACK