Bu gün Bakının atmosfer havasında tozun miqdarı normadan 1.7-2 dəfə çoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova APA-ya açıqlamasında bildirib ki, həftənin birinci günü atmosfer havasında tozun miqdarı normadan 3 dəfə çox olub. Onun sözlərinə görə, ötən günlərlə müqayisədə havada tozun miqdarında azalma gedib: “Amma yenə də tozun miqdarı normadan artıqdır və həddi bir az aşır. Şimal-qərb küləyinin əsməsi nəticəsində toz dənizə tərəf getdiyi üçün artıq udulur və bir də dövriyyəyə qayıtmır. Türkmənistan tərəfdən Abşeron yarımadasına yeriyən toz buludu və dumanı artıq dünəndən şəhərin üzərindən dənizə tərəf gedib. Şimal-qərb küləyi əsdiyi üçün xeyli udulma və təmizlənmə baş verib. Bir az hündür təbəqələrdə bu toz-duman nisbətən müşahidə olunur. Yağıntı olsaydı bu toz-duman daha tez baş çatardı. Yəqin ki, bu günün sonuna tamam səpələnər”.M.Avazova qeyd edib ki, Türkmənistandan toz burulğanlarının axını keçən həftədən peykdən müşahidə olunub. Onun sözlərinə görə, 3-4 gün ərzində mülayim şərq küləkləri əsdiyi üçün onlar toz dumanını Xəzərin üzərinə tərəf gətirdi: “Xəzərdə formalaşan vaxt külək şimal-şərq küləyinə keçdi və sürəti də bir az artdı. Bunun nəticəsində də axını Abşeron yarımadasına gətirib çıxardı. Əgər şərq küləkləri davam etsəydi və ya şimal-qərb küləkləri hakimlik etsəydi, bəlkə də toz paytaxta gəlib çıxmayacaqdı və dənizdə də udulacaqdı”.Nazirlik rəsmisi qeyd edib ki, yaxın vaxtlarda prosesin təkrarlanması gözlənilmir. Onun sözlərinə görə, Türkmənistan səhrasında sabitlik və stabillikdir. Bu analoji halla bağlı araşdırma aparıldığını deyən M.Avazova vurğulayıb ki, son 15 il ərzində may ayında belə bir hal müşahidə olunmayıb: “Avqust və sentyabr ayında səhraların ən qızmar vaxtı, küləklərin aktivləşdiyi, nisbi rütubətin artdığı dövrdə atmosferdə tozun miqdarının artması daha çox müşahidə olunurdu. May ayı yağıntıların gur vaxtı olduğu üçün belə hal müşahidə olunmur. Amma yağıntıların da az olması, iqlim dəyişikləri belə halın may ayında baş verməsinə gətirib çıxarıb”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Ağıllı" zibil vedrəsi təqdim olundu-VİDEO
Üzə parlaqlıq verən maska
“Jazz”-ın yaranması
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Agentlər bu gözəlin izinə düşdülər
Dişləri də ağardan süd pəhrizi
Uşaq sahibi olan cütlər
Yerin yaxınlığından daha bir ASTEROİD keçdi-FOTO
Ordubad rayonu
Özünə güvənən uşaq böyütməyin 5 yolu
Kəlbəcərin İstisuyunun yeni görüntüləri - VİDEO
Qəbələdə torpaqla bağlı sənədlər vətəndaşlara təqdim olundu
Pendirli pomidor dolması (foto-resept)
Adi yumurta İnstagram-da rekord vurdu - VİDEO - FOTO
Xəzərdə nərə yoxa çıxır
Kobe ölümündən sonra cinsi təcavüz xəbəri ilə gündəmdə - FOTO
Konçita Vüst YENİ İMİCDƏ-FOTO
3 addımda köynəklərinizi yenidən yaradın
Amsterdam
Yanlış bildiyimiz məlumatlar
Torpaqda yetişdirilməyən gül
“Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqdən olan erməni əsilli muzdlular da var” - RƏSMİ
Hava haqqında - 06.10.2013
130 ölkədə 14 milyard ağac əkən gənc
Uşaqların təhsilində bağçaların rolu – sosial adaptasiya
Fransada ara qarışdı
Məşhur aktyor həyat yoldaşından şikayətləndi
HAVA necə olacaq?
Kəlbəcər rayonunun Zivel kəndi - VİDEO
İlk kosmik turist təqdim edildi
Davudoğlunun Ermənistana səfərdədir
"Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir
Qadınların nifrət etdiyi 7 kişi geyimi
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Google-dan yeni xidmət
"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi"
Türkiyənin yeni azərbaycanlı baş naziri
Neft yenə bahalaşır
Dj Siena Xəyanət açıqlaması
Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
Bədxərcsiniz, yoxsa qənaətcil?
Azərbaycanda nağıl kimi hadisə: ilan qıza vurulub
Ən məşhur taksi servisi Azərbaycana gəldi
Dünyanın ən varlı adamı məlum oldu
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 802 yeni yoluxma
Almaniyadan böhrandan çıxmaqla bağlı təklif: İş həftəsi dörd günə endirilsin
Qadın.Netlilərin ixtisas arzuları (son)
Qozlu bulka (foto resept)
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
"Facebook" "Like"dan reklam məqsədilə istifadə edəcək















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]