Yeni koronavirus qocalara rəhm etmir, ancaq uşaqlara dəymir.
Qadin.Net bildirir ki, “Gazeta”nın məlumatına görə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzindən bir qrup tədqiqatçı bu qənaətə gəlib. Onların tədqiqatları “New England Medicine Journal”da nəşr olunub və digər ölkələrin həkimlərinin diqqətini çəkib.
Çin koronavirusundan təxminən 30 min insan zərər çəkib, ancaq yanvar ayının ortalarına qədər 15 yaşdan kiçik uşaqlarda yoluxma halları qeydə alınmayıb. Tədqiqatçılar uşaqların yoluxmaya daha müqavimətli olduğunu, xəstələndikdə isə simptomlardan daha az əziyyət çəkdiklərini deyirlər.
Son vaxtlara qədər yalnız bir neçə uşaqda koronavirus infeksiyasına yoluxma qeydə alınıb, üstəlik simptomlar onların hamısında müşahidə edilməyib.
“Anlamadığımız səbəblərə görə virus ilk növbədə böyüklərə təsir göstərir”, - deyə infeksion xəstəliklər üzrə mütəxəssis Riçard Martinello bəyan edib.
“Uşaqlar müdafiə altındadırlarsa, bu həm onlar üçün, həm də ümumi əhali üçün yaxşıdır”, - deyə pediatr Aaron Milstoun bildirib.
Həkimlər bununla bağlı iki ehtimal irəli sürürlər: ya uşaqlar yoluxmaya daha az meyillidir, ya da orqanizmləri virusla daha effektiv mübarizə aparır.
Alimlər bildirirlər ki, istənilən halda adi qrip bütün dünyada uşaqlar üçün daha təhlükəlidir.
“Hazırda qrip və digər mövsümi xəstəliklər barədə narahat olmaq lazımdır. Qrip epidemiyası zamanı uşaqlar onu böyüklərdən daha sürətli yayırlar”, - deyə elm adamları bildirib.
Uşaqlar nadir hallarda əllərini yuyur və asqırdıqda ağızlarını örtürlər, daha çox başqalarına toxunurlar, bu isə mikroorqanizmlərin yayılmasına kömək edir.
Beş yaşa qədər uşaqlar qripin ağır komplikasiyaları üçün risk altındadır, onlar sətəlcəm və tənəffüs çatışmazlığından əziyyət çəkə bilərlər. Aydındır ki, bu, uşaqların immunitet sisteminin xüsusiyyətlərindən asılıdır - orqanizm infeksiya ilə mübarizə aparanda, böyüklərdən çox uşaqlar qızdırma və toxumaların zədələnməsinə məruz qalırlar.
Bununla belə, qripdən fərqli olaraq koronavirusdan vaksinlər yoxdur.
“Biz bu virusu uşaqlarımızdan kənar tutmalıyıq. O zaman onun qarşısını ala bilərik”, - deyə Milstoun bildirib
XƏBƏR LENTİ
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə başlayır
Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirildi
Facebook daha bir yeniliyi sınayır
“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası və zərfləri dövriyyəyə buraxıldı
Bütün dünyanın inandığı yalanlar
Xoşbəxt əlaqə üçün məsləhətlər
Həftənin ilk iş günü yağışlı olacaq
Pinqvin salati (foto resept)
Azərbaycana qış gəldi
Meksikanın artefakt muzeyi (2)
Hamilə olduğunu düşünürdü əslində isə 18 kq-lıq...-FOTO
Xalçadakı qəhvə ləkələrinə son
Ağdamda Pənahəli xan sarayı erməni işğalından əvvəl və sonra... - FOTO
Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarıldı
Ədviyyatlar haqqında bilmədiklərimiz (2)
Şəhər həyatından bezən Kıvanç bu evdə yaşayacaq -FOTO
Yeni messencer yaradılır
"Tbilisi" salatı (foto resept)
Cennifer Lourens evini satışa qoydu-rekord məbləğ-FOTO
Uzun illər düşmən işğalında qalan Qarabağ yenidən necə qurulacaq? - RƏSMİ AÇIQLAMA
Uşaq istismarı yoxsa sənət?
Bitkilər və təbabət (2)
Həyatınızın sıfırlanması və əsaslı təmizliyi
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Darçın almasının faydaları nələrdir?
"Qanlı Yanvar" həqiqətləri
Zeytun yağlı sabunun faydaları
İlin ən yaxşı idmançılarının adları açıqlanıb: Ronaldu ikinci, Messi - üçüncü
Qəribə qadağalar
Bu müsəlman qız Fransa prezidenti ola bilər
"Çelsi" forvardı İtaliyaya göndərdi
Ucqar kənd məktəblərində işləyəcək gənc müəllimlərə şad xəbər
Gənc qızlar üçün pijamalar
İdmanın uşaqlara xeyri
Lily-Rose Deppin gözəllik sirləri
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
ÜST rəhbəri: “Dünyada pandemiya güclənir”
Fendən istifadə edərkən yol verilən səhvlər
İdmançımız Çində möhtəşəm qələbə qazandı
Rus cheesecake (foto resept)
İlham Əliyev Qırğızıstanda səfərdədir
Saçlara parlaqlıq qatacaq tövsiyələr
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
Vulkan püskürməsi və zəlzələ eyni gündə yaşandı
Dəri geyimlər
Bala dadı-bal dadı
Uşaqlarda yetkinlik dövrü
Yeni saç modelləri
Məryəm Üzərlidən gözlənilməz etiraf
Münasibətlərdə dürüstlüyün əhəmiyyəti















- ŞƏRHLƏR