1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan həkimlər pandemiya dövründə çalışdıqları üçün onlara ödənilməli olan əlavələri almadıqlarını deyirlər.
Qadin.Net bildirir ki, bu barədə Oxu.Az-ın redaksiyasına ünvanlanan şikayətdə qeyd olunub. 1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan tibb işçiləri iddia edir ki,COVID-19 infeksiyasına yoluxan xəstələrlə işləyən personala yalnız iyun ayında əlavələr ödənilib:
“Bəzi tibb işçilərinə heç iyun ayında da ödəniş edilməyib. Lakin iyul-avqust ayları üzrə heç bir əlavə ödənişlər almamışıq. İyul-avqust aylarının ödənişinin hansı səbəbdən köçürülmədiyini bilmirik. Bizə nə klinikadan, nə də aidiyyəti qurumdan heç bir məlumat verilmir. Problem tək bizdə yox, ümumi personalda da belədir. Həyatımızı riskə atırıq, əziyyət çəkirik, gecəmiz-gündüzümüz yoxdur. Bu bizim peşə borcumuzdur, canla-başla görürük, bizi də düzgün başa düşün. Amma bizim də ailəmiz var, övladlarımız var. Neçə aydır onlardan uzaqda, gərgin iş rejimində çalışırıq, haqqımız olandan artıq heç nə tələb etmirik. Ölkə başçımız bizim zəhmətimizi yüksək qiymətləndirib və zəruri tapşırıqlarını verib. Biz də aidiyyəti üzrə haqqımız olan əlavə ödənişlərin verilməsini istəyirik”.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il 18 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən iyul, avqust və sentyabr aylarında da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi barədə qərar verilib:
“Müddətli əlavənin ödənilməsi ilə bağlı bundan əvvəl verilən müvafiq qərarlar isə mart, aprel, may və iyun aylarını əhatə edirdi. Nazirlər Kabinetinin cari ilin 18 avqust tarixli Qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən iyul ayı üzrə 15 min 200 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 19,1 milyon manat məbləğində müddətli əlavə ödənilib.
Hazırda iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesi davam edir. İyul ayı üzrə ödənişlər başa çatdıqdan sonra isə dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq avqust ayı üzrə də ödənişlərə başlanılacaq”.
Agentlikdən iyun ayında neçə tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənildiyinə dair suala isə belə cavab verilib:
“ İyun ayı üzrə 1 saylı Kliniki Tibbi Mərkəzin 1 237 nəfər tibb və qeyri-tibb işçisinə 1 milyon 72 min 883 manat qəpik müddətli əlavə ödənilib. Məlumat üçün bildirək ki, iyun ayı üzrə ümumilikdə 14 min 784 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18,2 milyon manat məbləğində müddətli əlavə ödənilib”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sarımsaq-limon möcüzəsi
Azərbaycanlı zəvvarlardan xəbər var
Yeni doğulmuş uşaqda xaya problemi - kriptoorxitizim
2017-ci ilin ən çox gözlənilən filmləri
20 yaşlı qız xərçəng şişini doğdu
Dadlı salat (foto resept)
Rədd edilən eşq
Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu
Geyim seçərkən etdiyimiz səhvlər
Goranboyda çay daşdı, 10 kəndi su basdı
Yağlı dəriyə qulluq necə olmalıdır?
Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib
Aysel Teymurzadə
Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ Dövlət katibi arasında görüş keçirilib - VİDEO
Məşhur müğənni ifa zamanı səhnədən yıxıldı - FOTO/VİDEO
TƏBİB bugünkü test sayını açıqladı
Dabanlarınıza yod çəksəniz...
Olivye salatı (foto resept)
Ceki Çanın oğlu narkopriton saxlamaqda ittiham olunur
Bakının yarısı işıqsız qaldı
Dəbli və gözəl görünmək üçün stil dərsləri
Qadın.Net-lilərin ilk məktəb həyəcanı (2-ci hissə)
Sumqayıtda evlərin qiyməti kəskin ucuzlaşıb - SƏBƏB
Varenna şəhəri
Buddadan 14 dərs
Daxili sülh üçün sakitləşdirici texnikaları
Şeyma Subaşı ETİRAF ETDİ-FOTO
Kələm salatı (foto resept)
Erməni nazir: "Biz Bakıya getməliyik"
Rafael Santinin "Afina məkbəti" əsəri
Qorxunc statistika: Azərbaycanda cinsi tarazlıq pozulur
Günün qoroskopu:Istirahət edin!
Acun "Survivor" iştirakçısını oyundan kənarlaşdırdı-SƏBƏB/VİDEO
Hündür daban yay ayaqqabıları
Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA
Əgər uşaq oğurluq edirsə...
Hər xalqın qadını müəyyənləşdi
Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?
Hindistana səyahət
Azərbaycan tarixindən yüz şəxsiyyət-93
Keçmişin dəbi: gəlinin rəfiqələri
Ən varlı terrorçular
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Yanukoviç jurnalistlərin qarşısına çıxacaq
Tacikistanda vəhhabilik yasaqlandı
Hamilə qadınlardan gözlənilməz hərəkət
Uşaqda inam duyğusu
İlham Əliyevdən Pərviz Bağırova qızıl medal
23 yaşında aldığı qəsri təzələdi - FOTO














