Cəbhə bölgəsində yerləşən hərbi hissələrə döyüş bayraqları təqdim olunub.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.
Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.
Sonra müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.
Təntənəli mərasimdə çıxış edən birlik komandiri general-leytenant Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin komandanlığı tərəfindən hərbi hissələrə göstərilən etimada görə xüsusi minnətdarlığını bildirib.
Əlamətdar gün münasibətilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyəti təbrik edərək deyib: "Bu gün sizin hərbi hissələrə döyüş bayraqları təqdim olundu. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Döyüş bayrağı hərbi hissənin şərəf və şöhrət rəmzidir. Biz istəyirik ki, döyüş bayraqlarımız bütün döyüşlərdən şərəflə keçərək işğal olunmuş bütün torpaqlarımızı azad etməklə Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağda dalğalansın. Biz hamımız buna inanırıq və əminik!
Bu gün Silahlı Qüvvələrimiz Möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib çıxarır.
Biz xüsusilə qeyd etmək istəyirik ki, ön cəbhədəki qəhrəman əsgər və zabitlərimiz düşmənə bu gün layiqli cavab verir. Düşmənin uğursuz əməliyyatları onlar üçün sonda böyük itkilərlə nəticələnir. Bu da düşmən ordusunda, ümumilikdə Ermənistanda problemlər yaradır.
Bir daha bildiririk ki, qısa bir müddətdə öz torpaqlarımızı azad edəcəyik. Möhtərəm cənab Prezident xüsusi qeyd edib: "Biz heç zaman razı olmarıq ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin.Yoxsa nəticəsi bundan da ağır olacaq"".
Müdafiə naziri qeyd edib ki, əsgərlərin hərbi birliyin xidməti döyüş fəaliyyətini yüksək qiymətləndirir: "Tam əminəm ki, siz qarşınızda duran bütün vəzifələri indiyədək olduğu kimi bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəksiniz. Bir daha sizi təbrik edir və xidmətinizdə uğurlar arzulayıram".
Mərasimin sonunda hərbi hissələr təntənəli marşla tribuna önündən keçiblər.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
Şeyma ərə getsə, Acun pul verməyəck - SƏBƏB
Manat nə vaxt ucuzlaşacaq?
Almaniya Dağlıq Qarabağla bağlı 7 bəndli sənəd təklif etdi
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçiriləcək
Faydalı məsləhətlər
Heyvanların qəribəlikləri
Bu ölkədə Facebook bağlandı
Türk zabitlər Azərbaycana gəliblər
Artıq çəki depressiyaya səbəb olur
Azərbaycanda 4 minlik fayton
Hande Erçeldən Gözlənilməz Qərar
Psixologiya ilə bağlı bilməli olduğumuz 7 qaydası
Nazirlik gecikən pulları ödətdirdi
-67 dərəcədə şaxtada 6 saat dayanmadan QAÇDI-FOTO
Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Emin Sabitoğlunun ad günüdür
Hava haqqında
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Dövlət başçıları Minskdə MDB sammitində iştirak etmək üçün Müstəqillik Sarayına gəliblər
"Xocalıya ədalət" kampaniyası Koreyada
Yediyimiz kolbasalar necə hazırlanır? - ARAŞDIRMA
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı
Uşaqlar üçün hellouin kostyumları
Qadin.Netlilərin ixtisas arzuları (2-ci hissə)
Azərbaycan məktəblərində yenilik
Günün Ramazan təqvimi (2 iyul)
Diqqət! 13-14 yaş çox təhlükəlidir
Ermənistan mülki vətəndaşlara qarşı qadağan edilmiş silahlar tətbiq etməyə başladı
Köpüklü cupcake (foto resept)
Boksçumuz sensasiya edərək finala çıxdı, Məcidov tanış rəqibə qarşı
Dünya şöhrətli müğənni öldü
Məşhur müğənni boşana bilmədi-SƏBƏB
Bu itlər xərçəng xəstələrini müəyyən edir
Sara Cessika Parker bu dəfə də təəccübləndirdi-FOTO
Müdafiə Nazirliyində kadr dəyişikliyi
Bu adaya gələnlər yoxa çıxır
Həftəsonu yağış var
Nəyə sıx bağlısınız?
Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu - FOTO/VİDEO
Azərbaycan idman sarayı açdı
Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər
Vanqanın proqnozu: dünyadakı bütün canlılar məhv olacaq
İnstaqram yenilik etdi
Keçibuynuzunun faydaları
Həftənin ilk iş günü hava necə olacaq?
Daha bir ayrılıq nişanəsi-FOTO
Kendal Jennerin gözəllik sirləri
Dünyanın ən qorxulu yerləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]