Hər an bir zorakılığa qurban getmək qorxusu, dəhşət filmlərində yaşananların adamın başına gəlmə ehtimalı, bir virusun bütün bəşəriyyətə bulaşması və s. kimi ehtimallar, bunların yavaş-yavaş reallaşdığını görəndə insan gündən-günə daha çox qorxur, pessimistləşir. Belə olanda insanlar dünyanı qorxulu bir yer olaraq görməyə başlayır və "pis dünya sindromu"na qapılır. "Pis dünya sindromu" ünsiyyət qurma məhrumluğunun ən əhəmiyyətli nəticələrindən biridir və bu sindrom ictimai duyğuların zərər görməsi ilə ortaya çıxır.Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, "pis dünya sindromu"na yoluxmuş insanlar tez-tez dünyanı köhnə dünya ilə müqayisə edirlər. "Pis dünya sindromu" cəmiyyətin psixologiyasına birbaşa təsir edir. Belə ki, bu sindromun nəticəsində insanlar arasında zorakılıq və cinayət halları artır. "Qadına və uşağa istiqamətlənmiş zorakılıq hadisələrində, uşaqlara qarşı cinsi istismar hadisələrində də xeyli artım müşahidə edilir. Buna görə də insanlar təhlükəsizlik vasitələrinə üstünlük verir. Silah və qoruyucu vasitələrin satışının artması da təhlükəsizliyin zəiflədiyini və pis dünya daxilində yaşadığımızı ortaya çıxarır. Vəziyyəti belə görənlər 3 cür reaksiya göstərir. Bəzilərində postravmatik stress pozuntusu müşahidə edilir. Bu zaman şəxslərin qorxuları artır. Bu xəstəlik zamanı insan yaşadığı hadisəni, zədəni unuda bilmir, hər zaman yaddaşında olur. Hətta həmin hadisəni yuxuda görməkdən qorxub yatmaq istəməzlər. Buna psixologiyada "Vyetnam sindromu" da deyilir".Müsahibimiz bildirir ki, "pis dünya sindromu"nun ikinci əlaməti startel adlanır. Belə insanlarda səs-küyə və səsə həssaslıqlar daha çox müşahidə edilir. Qapı döyüləndə diksinmə, hər hansı bir səsə ayağa qalxmaq, rahat ola bilməmək, davamlı narahat olma hissləri "pis dünya sindromu" yaşayanlarda müşahidə edilən əlamətlərdəndir.
Sindromun üçüncü əlaməti funksionallığa təsir edir. Belə ki, iş qabiliyyətinin zəifləməsi, ictimai uyğunlaşma pozulur və bunlarla yanaşı insanda bacarıq itirmə də müşahidə edilir. İş məhsuldarlığı azalır.
Əlibəyliyə görə, "pis dünya sindromu"nun inkişaf etməsində birbaşa medianın da rolu var. Onun sözlərinə görə, mediada hücum görüntülərinin davamlı verilməsi, Fələstin və Suriya görüntüləri, İŞİD əməlləri insanlarda özlərinin də qurban ola biəcəyi hissini yaradır. "Bu görüntüləri görən insanların 90 faizi dünyanı günahlandırır. Çünki insanlarda artıq reallıq və fantaziyanı fərqləndirmə duyğusu yox olub. Baş verən hadisələr insanlarda hər gün olacaq duyğusu yaradır".
Həmsöhbətimiz deyir ki, xaraktercə zəif insanlarda bu qorxma, qaçma, güclü insanlarda isə qorunma, zorakılıq etmə hissi ilə müşahidə edilir.
Onu da qeyd edək ki, "pis dünya sindromu" daha çox şəhər əhalisində müşahidə edilir. Çünki şəhər əhalisi xəbərə, informasiyaya daha yaxındır. "Kənd əhli xəbərdən uzaqdır. Amma hadisə çox zaman kənd yerlərində baş verir. Baş verən hadisələrdən isə təsirlənən şəhər əhli olur. Yəni hadisələr çox zaman regionlarda yaşanır, psixi təsirlənən isə şəhərli olur. Bunun qarşısını almaq üçün ilk əvvəl mediada bəzi xəbərlərə məhdudiyyətlər qoyulmalıdır. Kriminal, zorakılıq, xəyanət xəbərləri daha az yayılmalıdır. Baş verən hadisələr şişirdilməməlidir. O zaman aramızda "dünya pis dünyadır", "çox çətin zamanda yaşayırıq" deyənlərin sayı nisbətən azalar".
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İstehlaka yararsız məhsullar məhv edildi
Ünvanlı sosial yardım üçün sənədlər sadələşdirildi
Yemək masalarının tərtibi
Noutbuk satışı dünyada azalıb, Hindistanda iki dəfədən çox artıb
Hava haqqında - 15.02.2014
Mustafa Sandalın həyat yoldaşından ayrılmasının SƏBƏBİ BİLİNDİ - FOTO
Davamlı kitab alırsınızsa...
Bakıda yeni yol ötürücüsü istifadəyə verildi
Stiv Cobsun evi ziyarət məkanına çevrilir
İşsizlərə sığorta pulu veriləcək - YENİ QANUN- VİDEO
WhatsApp-la bağlı sirr açıldı
Ədliyyə orqanlarında işləmək istəyirsiniz?
Ceff Bezos yenidən Dünyanın Ən Varlı Adamı Oldu
Azərbaycan ordusunun giziri şəhid oldu
Abituriyentlər keçirilən imtahanlardan narazıdırlar - VİDEO
La Liqa: "Barselona" öz meydanında, "Real" Madrid səfərdə döyüşə çıxır
Smartfonun işini dayandıran yenilənmələr açıqlandı
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
AZAL Berlinə birbaşa aviareys açır
Bakıya hava müjdəsi
Ziynət əşyalarına hərisliyi olan şəhzadə
Günün qoroskopu: münasibətlər pozularsa...
Kağızdan saat düzəldilməsi
Erkən yaşlarda qeydə alınan abortlar
İnsanı viruslar qarşısında güclü edən qan qrupu açıqlandı
Koronavirus mutasiyaya uğrayıb: 260 dəfə daha təhlükəli hal alıb - VİDEO
Dama-dama çantada həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi
Rusiya bir həftədə 3,7 milyard dollar kasıbladı
İkinci dalğa təşvişi: siqaret çəkmək qadağan edildi
İlaxır çərşənbəyə aid el adətləri
Qadın.Net-lilərin ilk şərhləri (2-ci hissə)
Köhnə paltarlarınızı atmayın!
"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi"
Bu günün tarixi (01.09.2014)
Əvəzlənən smart-kart sayğaclarının balansında qalan pullar necə olacaq?
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
İki həftəyə 9 kilo arıqladı
Xoşbəxt olmaq üçün ən asan yol
Xurmalı toplar (foto-resept)
Messiyə inanılmaz təklif
Azərbaycan 4 ölkə ilə Anlaşma Memorandumu imzalayacaq
Günün ulduz falı
Zarafatla da olsa, boşanma sözünü dilinizə gətirməyin!
İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi
Şeyma Subaşı yeni FOTOsunu paylaşdı-FOTO
İngilis çayı (foto-resept)
Bu il aşura günündə qan veriləcək ünvanlar açıqlandı- VİDEO
Yod çatışmazlığı hansı fəsadları törədir?
Qaz olmayacaq - SİYAHI
Artıq düşmən cəbhəyə qadınlarını göndərir
- ŞƏRHLƏR