
İnsanın keçirdiyi stress orqanizmin sensor həssaslığını hədsiz artırırSon dövrlərdə artan xəyali zəng sindromu mütəxəssislərin diqqətini çəkib. Xəyali zəng sindromu - insanın vaxtaşırı, heç bir əsas olmadan sanki zəng səsi eşitməsidir. Müxtəlif əsəb xəstəlikləri olan və ya stress keçirən insanlar bu halı hətta hallüsinasiya kimi qəbul edərək psixoloq və psixiatrlara müraciət edirlər.
Psixoloq Ceyran Həsənli bildirib ki, bu sindrom keçirilən hər hansı bir stress nəticəsində orqanizmin sensor həssaslığının artması kimi ortaya çıxır:
"Məlum olub ki, bu sindromdan əziyyət çəkənlərin 60%-i bir müddət əvvəl mühüm və həlledici zəng gözləyib və bu zəng əsasən xoşagəlməz bir halla bağlı olub. Maraqlıdır ki, həmin insanlar sonralar da xoşagəlməz bir vəziyyət və ya söhbət zamanı bu sindromu yenidən hiss ediblər. Və həmin anlarda mənfi emosiyalar yaşamış, bunu gizlətməyə məcbur olublar. Belə ki, güclü neqativ emosiyaların basılması bu sindromu yaradan şərtlərdəndir. İnsanın keçirdiyi stress orqanizmin sensor həssaslığını hədsiz artırır və bu da öz növbəsində sağlamlığa öz mənfi təsirini göstərir".
C.Həsənlinin sözlərinə görə, xəyali zəng sindromu çox vaxt yüngül hallarda öz-özünə keçir: "Yalnız 40% hallarda isə kənar müdaxilə lazım gəlir. Belə ki, bu hal 1 həftə və ya daha artıq bir zaman davam edərsə, bu, orqanizmin əsəb sisteminin hədsiz zəiflədiyindən xəbər verir. Təbii ki, belə hallarda psixiatr və psixoloq yardımından faydalanmaq vacibdir".
Müsahibimiz onu da bildirib ki, son illər ərzində xəyali zəng sindromundan əziyyət çəkənlərin sayı artmaqdadır: "Xəyali zəng sindromundan əziyyət çəkənlərə elə gəlir ki, kimsə zəng vurur. Tez-tez qulaqlarına telefon zəngi gəlir. Dəstəyi qaldıranda isə heç kimin zəng etmədiyinin şahidi olurlar. Bu hal mütəmadi baş verir və ağır hallarda uzun müddət sürür".
Mütəxəssis qeyd edib ki, insanlar nəinki xəyali zəng eşidirlər, həm də mobil telefonun vibrasiya etdiyini də hiss edirlər. 80%-ə yaxın insanlar telefon sakit durduğu yerdə onun vibrasiya etdiyini hiss edir.
Araşdırmalara görə, yalnız telefon deyil, digər elektron vasitələrdən də xəyali zəng və ya mesaj səsi eşidənlər olur.
Qərbi Avropa, ABŞ və Yaponiyada aparılan təcrübələr əsasında məlum olub ki, xəyali zəng sindromundan əziyyət çəkən insanların əksəriyyəti günün çox hissəsini kompüter arxasında və ya mobil telefonunu qurdalayaraq keçirir. Bu ölkələrdə əhalinin 60-80%-i xəyali zənglər eşidir. Eləcə də məlum olub ki, Yaponiyada xəyali zəngləri eşidənlər daha çoxdur.
Psixoloq bildirib ki, xəyali zəng və ya vibrasiya hallüsinasiya şəklində olan gurultu səsi, güllə səsi, fışıltı ilə bağlı deyil: "Pis xəbəri telefon vasitəsilə eşidənlər də xəyali zəng səsi eşidə bilərlər. Onlar çox həyəcanlanır və yenə də pis xəbər eşitdiklərindən ehtiyat edirlər. Yenə zəng gələcəyindən qorxurlar. Ona görə onlara elə gəlir ki, zəng səsi gəlir".
Lakin bir sıra mütəxəssislər - otorinolarinqoloq və auidioloqlar bu qənaətə gəliblər ki, xəyali zəngləri eşitmə iri şəhərlərdə, səs-küyün çox olduğu yerlərdə eşitmə analizatorun reseptor aparatın qıcıqlanması ilə bağlıdır. Belə ki, çox səs-küylü yerlərdə çox adam yalançı səslər eşidir. Tam sakitliyin sürdüyü yerlərdə də insan xəyali səs-küy eşidə bilər. Bu ona görə baş verir ki, müasir həyatda daim informasiya qəbulundan yorulan beyin müvəqqəti səssizlik şəraitində səs eşitməyə başlayır. Məşhur işgəncədə də belədir. İnsanı tam səsdən izolyasiya olunmuş otaqda tək saxlayırlar. Müəyyən vaxtdan sonra insan səs eşitməyə başlayır.
Həmsöhbətimizin dediyinə görə, insanların daim zəng, internetdə yazışarkən mesaj səsini gözləməsi, oxşar səs eşidən kimi bunu zəng səsinə bənzətməsi ilə nəticələnir. Həm də insan özünü lazımlı və vacib hiss etmək istəyir. Bu səbəbdən də insan zəngi gözləyir. Zəng gəlməsə belə, telefonu açıb yoxlayır, elektron poçtunu və çatı tez-tez açıb baxır. Bu da sonda xəyali zənglərin eşidilməsi ilə nəticələnir. Bu cür təəssürat öyrəncəklik nəticəsində də yarana bilər.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Demet Özdemir müsahibə verdiı-FOTO
Dünya liderləri Sarkisyanı məyus etdi
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Yeni trend: yandan düyməli
Sahurda nə yeməli, nə yeyilməməli?
Badımcanlı, pendirli pide (foto-resept)
Qadınlara xas psixoloji sindromlar
Süni intellekt bazarı böyüyəcək
3 tələbə böcək yeyib sağ qaldılar
Günün qoroskopu: bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır
Hərbçilərimiz Laçının ən hündür nöqtəsinə şanlı bayrağımızı sancdılar - VİDEO
Qaraciyəriniz sağlamdırmı?
Akın Akınözün 120 kq-lıq halı-FOTO
Hər xalqın qadını müəyyənləşdi
Şəhidimizin ailəsinə yazdığı son məktub
Meqan Markl ABŞ prezidenti olmağa hazırlaşır
Nemtsovun qətlindən sonra ölüm hökmünün bərpası təklif olunur
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
İsveç şahzadəsi xəstəxanada işə başladı-FOTO
Mavi rəngli balıq fantastik qiymətə satıldı
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Gicitikanın faydası və çayı
Nobel mükafatına namizədlər açıqlandı
Dünya çempionatının səbət tərkibi bəlli oldu
Putin azərbaycanlıları maraqlandıran KRİTİK QƏRAR İMZALADI - VİDEO
ABŞ İraqda İŞİD-in mövqelərinə aviazərbələr endirib
Qat-qat xəmirə bükülmüş kotlet (foto resept)
Uşaq qidasının içindən qurd çıxdı - Bakıda
Demet Özdemir geyimi ilə diqqət çəkdi-FOTO
“Google”un qadınlara sürprizi
Dünyanı dəhşətə salan öldürücü virus
Qurani-kərim nə zaman indiki formasında toplanılıb?
Çin mədəniyyəti
XİN-dən “Euronews”un çəkiliş qrupunun düşmən hücumuna məruz qalması ilə bağlı paylaşım - VİDEO
Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI
Taksi dayanacaqları ləğv ediləcək
Yaddaşı gücləndirən 6 qida
Bakıda korluq yaradan gün eynəkləri satılır
Dünyanın 10 ən nüfuzlu İT iş adamı
Xaçmaz rayon Mərkəzi Kitabxanasına 80 adda yeni kitab gətirilib
Məşhur model avtobioqrafik kitab yazır
"Meydanda can qoyan futbolçu varsa, o da Messidir"
Şəhid əsgərimiz təltif edildi
Alimlər xərçəngin və qocalmanın qarşısını alan maddə tapdılar
Azərbaycanlılar ermənini xilas etdilər
Bəlkə lazımınız olar
Keyt Holmsun metro "səyahəti"-FOTO
Mənim əl işlərim
Valideynlərin NƏZƏRİNƏ: Birinci siniflərə elektron qaydada qəbulun tarixi açıqlandı
2014-cü ilin dəbli çantaları














