Çimərlik mövsümünün açılması paytaxt çimərliklərində vəziyyəti yenidən gündəmə gətirib. Hər il Şıx, Sahil, Novxanı, Hövsan çimərliklərinin insanların sağlamlığına ciddi təhlükə yaratdığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən xəbərdarlıqlar yayılsa da, insanlar həmin çimərliklərə getməyə davam edirlər. Ötən gün təhlükəli çimərliklərdən bir neçəsində olub, oradakı vəziyyəti öyrənməyə çalışdıq.
Öncə Şıx çimərliyində yerləşən bir neçə istirahət mərkəzinə baş çəkdik. Məlumat üçün qeyd edək ki, Şıx çimərliyi hələ Sovet vaxtı ən təhlükəli çimərliklərdən biri hesab edilib. Bunun səbəbi isə dənizə axıdılan çirkab suları, neft məhsulları və məişət tullantılarıdır. Xüsusilə, Bayıl qəsəbəsinə yaxın yerləşən bu çimərlik daha çox çirklənməyə məruz qalıb. Əvvəllər burada açıq xalq çimərlikləri fəaliyyət göstərib. Son 10 ildə isə həmin ərazilər ayrı-ayrı istirahət mərkəzləri tərəfindən zəbt edilərək, özəlləşdirilib. Ərazidəki çimərliklərə giriş və orada müştərilərə təklif olunan xidmətlər pulludur.
“Min bir gecə”də durğunluqdur
Çimərlik mövsümü açılandan havaların qeyri-sabit keçməsi Şıx çimrəliyində yerləşən “Min bir gecə” istirahət mərkəzində durğunluq yaradıb. Orada olarkən öyrəndik ki, gələn müştərilərə bəzi endirimlər edilir. Məsələn, əvvəllər giriş üçün qapıda adambaşı 3 manat ödəyib içəri girən müştərilər, çardaq, duş kimi xidmətlərə əlavə pul ödəyirdilər. Amma indi bu xidmətlər pulsuzdur. Maşınla istirahət mərkəzinə girmək istəyənlər isə 5 manat ödəməlidirlər. Ödənilən pulun müqabilində müştərilərə çek ödənilir. Həmin çek vasitəsi ilə onlar istirahət mərkəzindəki xidmətlərdən yararlana bilirlər.
Burada stolların qiyməti 5-10 manat arası dəyişir. Müştərilər özləri ilə yemək gətiriblərsə, stolları 10 manata kirayələyə bilərlər. İstirahət mərkəzində restoran da fəaliyyət göstərir. Amma qiymətlər elə də ucuz deyil. Azərbaycan mətbəxinin təamları az qalsın şəhərdəki restoranlardan ikiqat baha qiymətə təqdim olunur. İstirahət üçün bu məkanı seçən paytaxt sakini Vüqar deyir ki, Şıx çimərliyi zonasında xidmətlərinə görə ən ucuz yer buradır: “Ramada”ya getdik, maşına görə adambaşına 20 manat aldılar. Üstəlik, restorandakı qiymətlər əl yandırır. Çimərlikdə çardaq, duş kimi xidmətlər pulludur. Çardağa görə 10 manat, duşa görə 2 manat alırlar".
Bir başqa paytaxt sakini Əli isə dəniz suyunun təmizlənməməsindən şikayətləndi: “Əvvəllər xüsusi katerlər vasitəsi ilə çimərlik sonası yosun, məişət və neft tullantılarından təmizlənirdi. İndi baxan yoxdur. Çimib çıxanda görürsən bədənin mazutdur. Çimərliyi hasarlayıb, pul qazananlar dəniz qumunu təmizlətdirmirlər. Qumda gəzəndə qarpız qabığından tutmuş boş su qablarına kimi müxtəlif tullantılara rast gəlmək olur. Sadəcə biabırçılıqdır...”
“Min bir gecə”dəki restoranın inzibatçısı isə bildirdi ki, yay mövsümünə ciddi hazırlaşıblar: “Menyumuz boldur. Xüsusilə, Azərbaycan mətbəxinin ləziz təamları keyfiyyəti və ucuz qiymətə müştərilərimizə təqdim olunur. Kabablar şişi 3-4 manatdan, mineral sular 1-3 manatdan, salatlar 1-2 manatdan, isti təndir çörəyi 1 manatdan, spirtli içkilər isə 5-25 manat arası müştərilərimizə təqdim olunur”.
Ərazidə təmizlik işlərinə nəzarət edən “Sanitar-yoxlanış briqadası”nın rəisi Qafur Əliyev deyir ki, əsas problem qumda olan şüşə qırıntılarıdır: “Əllərinə nə keçdi, atırlar quma. Daha fikirləşmirlər ki, o şüşə qırıntısı kiminsə ayağına, bədəninin müxtəlif nahiyəsinə ziyan vura bilər. Fikrimiz var ki, yaxın günlərdə xaricdən dəniz qumunu təmizləyən xüsusi aparat alaq. Hər 4 saatdan bir sahili təmizləyək”.
Çimərlikdə istirahət edənlərlə söhbət edirik. Məlum olur ki, onların əksəriyyəti burdakı reallıqdan xəbərdardırlar. Məmməd adlı şəxs dözülməz istilərə görə dənizə gəldiyini söyləyir: “Ona görə Şıxa gəlirəm ki, bura digərlərinə nisbətən yaxındır. Özüm də Bayılda qalıram. Düzdür, bahaçılıqdır. Amma hara getsən, eyni şeydir. Qiymətlər ceyran belində, xidmət sıfır. Sonra da deyirlər ki, Azərbaycanda turizm inkişaf etmir. Hər gələn müştərini soğan qabığı kimi soyub buraxırlar. Başqa necə olmalıdır? Bir gələn ikinci dəfə gəlmir. Sağlam rəqabət mühiti belə yoxdur”.
Hövsan sahillərində suiti cəsədləri
Təhlükəli çimərliklərdən biri də Hövsandır. Burada dəniz sahilinə yaxın ərazilərdə su altında qayalar olduğundan çimmək olduqca təhlükəlidir. Hövsan çimərliyində olarkən hər addımbaşı “Çimmək qadağdır” kimi lövhələrlə qarşılaşırıq.
Burada da çoxlu istirahət mərkəzləri var. Hər birinin də xidmət səviyyəsi və qiymətləri fərqlidir. Elə istirahət mərkəzləri var ki, beş addımlığında zibillik yerləşir. Üfunətdən beş dəqiqə durmaq olmur. Nizami rayonundan çimmək üçün Hövsana gələn Əli deyir ki, gələndən cəmisi iki dəfə suya girib: “Sahilə yaxın yerlərdə ölmüş suiti cəsədləri var. Heç kim onları sahildən təmizləmir. Biz də qorxuruq çimməyə. Keçən dəfə dedilər ki, qayalıq olan yerlərdən qəfil suitiləri çıxır. Onlar insanlara qəfil hücum edə bilərlər. Ona görə də çalışıram qadağan olunan yerlərdə üzməyim. Hava küləylidir, dəniz dalğalı. Müəyyən olunmuş yerdən o tərəfə keçməməyə çalışıram”.Gördüklərimizdən bu qənaətə gəldik ki, Bakıdakı çimərliklərdə istirahət etmək həm səhhətimizə, həm də ki, cibimizə ziyandır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq
Bağırsaq parazitləri və müalicəsi
Castin Biber izləyicilərinə səsləndi
"Neft bu qiymətə olsa daha ədalətli olar"
Sürücülərə YAŞ MƏHDUDİYYƏTİ qoyulacaq
Azərbaycanda daha 7 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ + VİDEO
Bildirçin əti və yumurtası nəyə dərmandır?
2017-ci ilin çanta modelləri
Şəhər həsrətli kəndlilər
Bakıda təhsil sərgisi keçirilib - FOTO
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Küçəyə çıxmaq qadağan edildi
Günün ulduz falı
Balıq piroqu (foto resept)
Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ
Hovuzda üzərkən gözlərinizi infeksiyadan qoruyun
Hansı ərzaqlarla ehtiyatlı olmalıyıq?
Tələbələrə bunu geyinmək qadağan olundu!
Kim Çen In ictimaiyyət önünə pop ulduzla birgə çıxdı
Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır
Azərbaycanda ali məktəbdə bir ilk
Rus general erməniləri şoka saldı: "Qarabağda müharibə olarsa..."
Canlıların kamuflyaj bacarığı
"Twitter" istifadəçilərinə xoş xəbər
Bu avtobuslarda nağd pul işləməyəcək
Məşhur cütlük evlənir
Bakıda külək yenidən coşacaq
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Girovlar qaytarıldı
Azərbaycanın və Çexiyanın birinci xanımlarının görüşü olub
Meray Keri ad gününü belə qeyd etdi - FOTO
"Real Madrid"ə pis xəbər
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
Romanı ayaqyalın fəth edən afrikalı(3)
Bu fotolara diqqətlə baxın
İran kapitalı Azərbaycana gələrsə...
Azərbaycanda uşaqlara qoyulan ən populyar adların siyahısı açıqlandı
Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort- FOTO/VİDEO
Bu gün növbəti qəbul imtahanları keçirilir
Göründüyü kimi olmayan sosial media
Bu fotolara baxmağa dəyər
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
Xrizontema piroqu (foto resept)
Anormal istilər normaya çevriləcək
Şal bağlamağın müxtəlif üsulları (FOTO)
Hava limanına Fərman Salmanovun adı verildi
Yeni TV-lər
Çində növbəti koronavirus yoluxması qeydə alındı: Hərbi vəziyyət elan edildi
Qadın elə bir ayaqqabı geyindi ki...
Azərbaycanda insan adlarının düzgün yazılışının göstərildiyi kitab hazırlanacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]