Bakı şəhəri ərazisində yerləşən çimərliklərdə monitorinqlər aparılır.Milli.Az bildirir ki, bu barədə ailəm.Az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, mərkəz tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəriciləri laboratoriya tədqiqat üsullarının tətbiqi ilə yoxlanılır: “Yoxlamalar zamanı çimərliklərdə dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəriciləri öyrəniləcək. Mərdəkan, Şüvəlan, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan və Novxanı çimərliyindən dəniz suyunun nümunələri götürülüb. Müayinələrin cavabları bir həftə ərzində açıqlanacaq”.
Z.Kazımov onu da qeyd edib ki, hələlik ötənilki müayinələrin nəticələrinə əsasən, çimərliklər haqqında qəbul edilmiş qərar qüvvədədir: “Ötən il müayinələr zamanı müəyyən edilib ki, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəriciləri norma səviyyəsində olub. Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin isə sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları üzə çıxıb. Həmin çimərliklərdə dəniz suyu bakterioloji çirklənmələrə məruz qalıb. Bu nöqsanlar aparılmış laboratoriya müayinə nəticələri ilə də təsdiq edilib, Səbail rayonunun Şıx və Qaradağ rayonun Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub”.Şöbə müdirinin sözlərinə görə, ötən il Şıx çimərliyinin, Qaradağ rayonun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsi qadağan edilib.Qeyd edək ki, artıq Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) çimərlik mövsümü ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Müraciətdə bildirilir ki, əhali rəsmi çimərliklərdən istifadə etsin. Ölkə üzrə rəsmi çimərliklərdə fəaliyyət göstərən DSXX-nin 42 struktur bölməsi gücləndirilmiş iş rejiminə keçib. Qeyd olunub ki, çimərlik mövsümündə baş verə biləcək xoşagəlməz halların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çimərliklərdə xilasedicilərin işləmələri üçün hər cür şərait yaradılıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Maraqlı təsadüflər
İqlim fəlakəti sürətləndi
Günün ulduz falı
Sensasiya: Marsda həyat tapıldı
Sünnət əməliyyatına dair məsləhətlər
Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı
Düşbərə (foto-resept)
Karbon pilinqi
Çimərliklərə axın başlayıb
Azərbaycanda xəstəlik səbəbindən ölənlərin sayı çoxalıb
Nazirlik avtomobillər payladı
Ana südü haqqında 10 yalan
Günün qoroskopu: Könül qırmayın!
Azərbaycanın ən yaşlı kitabxana oxucusunun 91 yaşı var
2013-cü ilin dəbdə olan rəngi
Hadisə evinə girən fanatını bağışlamadı
Sızanaqları yox edən meyvə maskaları
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
3 günlük bahar detoksu proqramı (II hissə)
İstanbul su altında
Peris Hilton izləyicilərini bu yolla sevindirdi
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Son 60 ilin əfsanə və rekordları
İşsiz qalmamaq üçün CV-yə bunları mütləq əlavə etməlisiniz
Novruz Yarmarkasının vaxtı məlum oldu
Göz qamaşdıran donlar
Gözəlliyinə doymadığım Dubay (2-ci hissə)
1 həftəyə 5 kiloqram arıqladan qarışım
Toy edənlərin nəzərinə
Məşhur aktyor evləndi-FOTO
Kökəlmək üçün nə etməli?
Paşinyan biabır oldu: Müsahibə zamanı hökumət evinin işığı söndü - VİDEO
Tarkan qızının FOTOsunu paylaşdı
Ezgi Mola 10 kq arıqladı-FOTO
Bakıda dollar ajiotajı
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
HAVA necə olacaq?
"Fənərbaxça"dan şok addım
Psixoloji problemlər zamanı dərman qəbulu
Günün ulduz falı
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Hava haqqında - 12.10.2013
Şüşədə buzlu naxışlar
Can verən rubl bu ölkəni dilənçiyə çevirir
Gigi Hadid ana olacaq-FOTO
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı
Telefondan ayrı qalmamaq xəstəlikdirmi?
Multibişiricidə Türk aşı (foto-resept)















- ŞƏRHLƏR