Şuşanın işğal tarixini araşdıran xüsusi müxbirimiz Ləman Ələşrəfqızı ANS-in qızıldan qiymətli arxivinə istinad edərək növbəti reportajını hazırlayıb. Bu öldürülmüş erməni zabitinin ailəsinə yazdığı məktubdur. Şuşanı necə üzük qaşı kimi mühasirəyə alacaqlarını yazdığı məktubda izah edir. Şuşaya hücum əmri isə hələ mayın 4-də Qarabağ cəbhəsinin komandanı Arkadi Ter Tadevosyan tərəfindən imzalanır. Əməliyyata “Dağlarda toy” adını verən Todevosyanı səbəbsiz yerə “Meşə tülküsü” adlandırmırdılar. Bakı Hərbi Məktəbinin, Leninqrad Hərbi Akademiyasının yetirməsi olan Tadevosyan uzun illər Əfqanıstanda işləyib və dağ döyüşlərində qazandığı təcrübə, ona həm də “Meşə tülküsü” ləqəbi qazandırıb. Bu tülkünün hazırladığı əməliyyat da Şuşanı Azərbaycandan qoparmağa hesablanmışdı.
Ötən il "Ermənistanın səsi” qəzetinə verdiyi müsahibədə Tadevosyan hücumun mayın 5-nə təyin edildiyini, amma güclü qar yağdığı üçün əməliyyatın, mayın 8-nə təxirə salındığını bildirib. Hər halda, Tadevosyanın bu tülkülüyündən bizimkilər baş çıxara bilməyib. Halbuki, ayrı-ayrı yüksəkliklərdən bunu müşahidə etmək olurdu. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədovun məlumat vardı ki, hücum ya mayın 9-da, ya da genosid günü gözlənilir. Amma buna rəğmən hər kəsdə bir arxayınlıq, etinasızlıq müşahidə olunurdu. Könüllü batalyonlardan birinin komandiri Nail Kazımov Kirsdəki yüksəkliyi, Şuşanın icra başçısı Nizami Bəhmənov Şuşanı başsız qoyub Bakıya gəlmişdi, döyüşçüləri isə ailələrilə görüşməyə buraxmışdılar. Könüllü batalyonda döyüşən Yaşar Məhərrəmov deyir ki, bizə əməkhaqqı paylamışdılar. Hamıya da imkan yaratmışdılar ki, aparıb ailələrinə versinlər. Maraqlıdır ki, “Dağlarda toy” əməliyyatına hazırlaşan ermənilər həmin günlərdə şəhəri heç ara-sıra da atəşə tutmurdu. Amma bu, o demək deyildi ki, düşmən tərəfi kəşfiyyat işlərini aparmırdı. Əksinə, vaxtaşırı 366-cı alayda hansısa, narazılıq baş verirdi və orada xidmət göstərən əsgərlər qaçıb məhz Şuşaya gəlirdilər. 1992-ci ildə batalyon komandiri Fərman Xəlilovun sözlərinə görə, 366-cı alaydan qaçıb gəlirdilər: “Ruslar, aralarında özbəklər də vardı. Mənim fikrimcə, onlar kəşfiyyat üçün gəlirdilər. Niyə Ağdama getmirdilər, məhz Şuşaya gəlirdilər. Heç biri də minaya düşmürdü”. Hərçənd, Şuşa-Xankəndi yolunun minalanmasını ANS-in çəkiliş qrupu lentə almışdı. Əməkdaşlarımız işğaldan əvvəl sonuncu dəfə Şuşada, apreldə olmuşdular. Onda şəhər intensiv atəşə tutulurdu. Qarabağ müharibəsini lentə alan jurnalist Vahid Mustafayev bildirir ki, mən onda İcra hakimiyyətinın binasının yanında yaralanmışdım: “Və bu vəziyyət var idi. Bir növ Şuşanı çox ciddi təhlükə gözləyirdi. Lakin Şuşanın alınmasına mən inanmırdım. Mayın 8-nə qədər inanmırdım". Bəli, buna Şuşada da heç kimi inandıra bilməzdin. Baxmayraq ki, artıq Şuşa məscidi də ziyan çəkmişdi, məscidin həyətindəki qəbrlər də. Allahın işinə bax ki, zaman da Allah evini viran qoyanların xeyrinə işləyirdi. Bu balacalarsa, kameraya işləyirlər. Onlar müharibədən, silah səsindən yorulublar, istəyirlər ki, bir az da uşaqlıqlarını yaşasınlar. Əslində isə burda heç kim öz həyatını yaşamır. Müharibə qur-quşu da hürküyə salıb. Uçub sığınacaqlara dolublar. Amma bütün bunlara rəğmən Şuşa hələ ki, nəfəs alır. Onun nəfəsini kəsmək planına isə artıq iki gündür imza atılıb. Şuşanın işğalına imza atanlar İranı vasitəçi kimi danışıqlara cəlb edirlər. Mayın 6-da Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov İran prezidenti Rəfsəncaninin dəvətilə qonşu dövlətə yola düşür. Mayın 7-də o, ermənilərlə ortaq sənədə imza atır. O, sənəd nə sənəd idi? Həmin gün Şuşaya ATƏT və Qırmızı Xaçın nümayənədlərinin gəlişi xəbərini, bu səbəbdən də yolun minadan təmizlənməsi göstərişini kim vermişdi?
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Əliboş: yenə alınmadı
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Brent nefti ucuzlaşıb
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı YENİLİK
Saxta məktəbli formasını necə fərqləndirməli?
Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdülər
Evdə hazırlanan bədən spreyi
Qalıcı makiyaj ilə tətilin dadını çıxardın
İnsan bədəni haqqında bilmədikləriniz
Toxunma hissini gücləndirən əlcək
Qarpız tumunun faydaları
Növbəli işin zərəri
İnfeksiya xəstəliklərinə faydalı bitki çayları
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Monika Belluçi Etirafları ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanda tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı - RƏSMİ
"Ronaldu olmayan yerdə Beyl əla oynayır"
Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti davam edəcək
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Qusarda gül bayramı keçirilib
Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə-FOTO
İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək - CƏDVƏL
İlham Əliyev erməni xalqına müraciət etdi
Kompüter oyunlarını kim ixtira edib?
İlham Əliyev Ərdoğanın şərəfinə ziyafət verib
Ehtiyatlı olun: Yerə doğru nəhəng tırtıl gəlir
Rulet formasında lazyana (foto resept)
Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsi qəbul olundu
Həccin vaxtı açıqlandı
Avropanın ən məşhur balı keçirildi
Qalaktikada biz tək deyilik: elm təsdiq etdi
HAVA necə olacaq?-30 Sentyabr
Bölgə müəllimlərinin imtahan verəcəyi vaxt məlum oldu
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Rusiyaya işləməyə gedənlərin nəzərinə
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA
Vitaminli xörəklər(1)
Məşhur aktrisanın yeni imici sevənlərini qorxutdu-FOTO
15 dərəcə isti olacaq
Süni uşaq qidaları: nəyi bilmək mühümdür?
Məşhurların təəccübləndirən geyimlər
Hicab qadağası ləğv olundu
Mehriban Əliyeva Lahıc sakinlərinə təşəkkür etdi
Məşhur aparıcını canlı yayımda tok vurdu-VİDEO
Ətli boxçalar(foto-resept)
Yuxuya tez getməyin yolları
Şir bürcü qadını
Smartfon bazarında lider dəyişdi
Məşhur aparıcının əri həbs olundu-SƏBƏB
Koronavirusla bağlı son STATİSTİKA















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]