Müsəlman dünyasının ən uğurlu siyası xadimləri sırasında tək kişilər deyil, qadınlara da rast gəlinir.Təqdim etdiyim siyahıda müsəlman siyasətçi qadınlarla sizləri tanış edəcəm.10 ən uğurlu xanımların sıralanması, siyası postda fəaliyyət müddətləri ,iqtisadi və siyası fəaliyyətlərinə uyğun sıralanıb.
Siyahıda aşağıdakı ölkələrin siyasi xadimləri təqdim edilib.İran (əhalisi 80 mln. 98%-i müsəlman), Kosova (əhalisi 2,2 mln, 90%-i müsəlman),Qambiya (əhalisi 1,7 mln,90%-i müsəlman), Əfqanıstan (əhalisi 28,15 mln, 90%-dən çoxu müsəlman), İndoneziya ( əhalisi 237,64 mln, 86%-i müsəlman), Türkiyə (əhalisi 73,72 mln, 90%-i müsəlman), Qırğızıstan (əhalisi 5,48 mln, 80%-i müsəlman), Pakistan (əhalisi 168,85 mln, 96%-i müsəlman ), Banqladeş (əhalisi 162,22 mln, 89,7%-i müsəlman)
10-cu yer.Məsumə Əbtəkar (8 iyul 1960-ci ildə dünyaya gəlib) – İranın keçmiş vitse prezidenti
İlk dəfə Məsumə Əbtəkarın adı 1979-cu ildə tanındı.O, inqilab zamanı ABŞ-ın irandakı səfirliyinin zəbtini həyata keçirən birləşmənin mətbuat katibi idi.1997-ci ildə İran prezidenti Muhəmməd Hatəmi onu vitse-prezident təyin edir.( milli ətraf mühitin mühafizəsi agentliyi).2005-ci ildə yeni prezident Mahmud Əhməd Nejatın hakimiyyətə gəlməsi ilə xanım Əbtəkar digər qadın siayətçi – Fatimə Cavadi ilə əvəz edildi. Lakin İran siyasətində ilk qadın olan Məsumə Əbtəkar indiki zamana kimi siyasi arenada fəaliyyət göstərir.hal-hazırda o Tehran şəhər şurasının üzvüdür.
Məsumə Əbtəkar ailəlidir, 2 uşağı var.
9-cu yer. Atifeta Yahyaqa (20 aprel 1975-ci ildə dünyaya gəlib) – Kosovo Respublikasının prezidenti.
Əvvəllər polis orqanlarında general-mayor rütbəsində fəaliyyət göstərib.2011-ci il 7 aprel tarixində parlamentin səsverməsinə əsasən Atifata Yahyaqa Kosovo respublikasının prezidenti seçilir. Xanım Yahyaqa 2012-ci il prezident seçkilərinə qədər prezident postunda qalir. Atifeta Yahyaqa ailəlidir,övladı yoxdur.
8-ci yer: İsatu Nyie Saidi (5 mart 1952-ci ildə dünyaya gəlib) Qambiyanın vitse prezidenti.
İsatu Nyie Saidi prezidentlikdən əlavə Qambiya qadınlarının səhiyyə və sosial fəaliyyətləri nazirliyinin dövlət katibidir. Xanım İsatu 1997-ci il 20 martdan bu günə kimi bu vəzifədədir.Ailəlidir 4 uşaqı var.
7-ci yer: Anaxita Ratebzad (1931 il doğumlu)Əfqanıstanın görkəmli siyasi və ictimai xadimi.
Kabul Universitenin tələbəsi ikən cadraya qarşı təşkil olunmuş hərəkatda fəal iştirak edib.Elə həmin zamanlarda da Babraka Karmaliyanın gizli dərnəyinə daxil olur.1965-ci ildə Anaxita Ratebzad Kabul əyalətlərinin birindən deputat seçilir.Parlamentdə fəaliyyəti illərində o yüksək natiqlik qabiliyyəti ilə seçilir. Sol demaokratik fraksiyaya daxil olmaqla və ölkədə orta əsr abu-havasını tənqid etməklə o özünə qarşı konservativ dairələrin nifrətini qazanır.1966-ci ilin noyabr ayında B.Karmaliya və digər demokratik yönlü deputatlarla birgə parlamentdən döyülərək uzaqlaşdırılırlar. Onun səylərini nəticəsində Əfqanıstan tarixində ilk dəfə 1969-cu ildə 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.1968- ci ildə xanım Ratebzad Əfqanıstan Milli Demokratik Partiyasının üzvü seçilir.1980-ci il yanvar aynda B.Karmeliyanın başçılığı ilə hakimiyyətə gələn yeni hökumət onu milli inkişaf naziliyinə təyin edir. 1986-ci ilin may ayında Nacibullah partiyasının başına Moskva keçəndən sonra B.Karmaliya və Anaxita Batebzad bütün dövlət və partiya pstlarından məhrum edilir. Nacibullah rejiminin çökməsindən sonra 1992-ci ildə Anaxita Ratebzad və ailəsi Hindistanda siyasi sığınacaq alırlar.
Anaxita Ratebzad boşanıb, 3 uşağı var (2 qız, 1 oğlan) Keşməkeşli siyasi fəaliyyəti üzündən ailəsi dağılmış xanımın qızları onunla oğlu isə atası ilə yaşamağı seçib.
6-cı yer: Meqavati Sukarnoputri ( 23 yanvar 1947-ci ildə dünyaya gəlib) İndoneziy anın 5-ci prezidenti.
Prezident postunda 23 iyul 2001-ci ildən 20 oktyabr 2004-cü ilə kimi olub.Ölkənin ilk prezidenti Əhməd Sukarnanın qızıdır. Keçmiş prezident Əbdülrəhman Vahidin hakimiyyətdən kənarlaşmasından sonra president postuna keçir.Bu zamana qədər isə vitse-prezident kimi fəaliyyət göstərir.Meqavati Sukarnoputri 3 dəfə ailəli olub.Birinci həyat yoldaşı böyük leytenant 1970-ci ildə aviaqəzada həlak olub, ikinci həyat yoldaşı misir diplomatı idi,Hal-hazlrda Meqavati Sukarnoputri siyasətçi ilə ailəlidir.3 uşaq anasıdır
Meqavati Sukarnoputri həyat yoldaşı və uşaqları ilə.
5-ci yer: Tansu Çillər ( 24 may 1946-ci ildə dünyaya gəlib) Türkiyənin ilk və hələki yeganə qadın baş naziri
1990-ci ilin noyabrından aktiv siyasi fəaliyyətə başlayır və Konservativ Düzgün yol Partiyasına daxil olur.1991-ci ildə istanbuldan deputat seçilir və Milli İqtiasid Nazir vəzifəsinə təyin edilir.1993-cü il iyul ayında Türkiyənin partiya lideri, baş naziri olur.(Bu postda 1996-ci ilə kimi qalır).1996-1997-ci illərdə Tükiyənin xarici İşlər Naziri vəzifəsində çalışır.1997- ci ildə hərbi çevriliş nəticəsində vəzifəsədn azad edilir.2002-ci il seçkilərində məğlubiyyətdən sonra siyasətdən gedir. Xanım Çillərin siyasi fəaliyyəti dövründə ən böyük uğuru Milli Ordunun təkmilləşdirməsi olur. Kürd partiyasının terrosrist qruplaşmalar siyahısına daxil edlməsi üçün ABŞ-ı razi salır.
Tansu Çillər ailəlidir, iki uşağı var.
4-cü yer: Roza Otunbayeva ( 23 avqust 1950-ci ildə dünyaya gəlib) Qırğızıstan prezidenti
1972-ci ildə MDU-nin fəlsəfə fakultəsini bitirb.1975-1981-ci illərdə Qırğızıstan Dövlət Universitetində işləyib. 1992-ci ildə Qırğızıstanın Xarici İşlər Naziri təyin edilir.1997-ci ildə ölkənin daha da totalitar olduğnu düşünərək Roza Otunbayeva hakimiyyətdən getməyi qərara alır.1997-ci ildən Böyük Britaniya və İrlandiyanda Qırğızıstanın səfiri təyin edilir.13 dekabr 2004-cü ildə Roza Otunbayeva “Ata-Jurt” adli müxalifət partiyası yaratdı,Ölkədə ilk qalmaqalda Otunbayevanın adı hallanırdı.Belə ki bundan sonra inqilabın mümkünlüyü gündəmə gəldi.2005-ci ilin martında baş verən Zanbaq inqilabından sonra Roza otunbayeva yenidən Qırğızıstanın xarici İşlər naziri olur.31 dekabr 2011-ci ilə kimi isə Qırğızıstanın prezidenti postunda qalır.
3-cü yer: Xaleda Zia (15 avqust 1945-ci ildə dünyaya gəlib) Banqladeşin baş naziri.
Banqladeş Milli partiyasının lideri.İctimai siyasi nüfuzuna hörmət əlaməti olaraq onun adına “Bequm” – xanım əlavə edirlər.1960-ci ildə general Ziaura Rəhmanla ailə qurur.Ziaura Rəhman daha sonra ölkə prezidenti seçilir və Banqladeş Milli Partiyasının əsasını qoyur.Ərinin öldürüldüyündən sonra xanım Zia partiya rəhbəri seçilir.1991-ci il prezident seçkilərində qalib gələn Milli Partiyası konstitusiyada dəyişiklik edir.Belə ki, Banql15 fevral 1996-cı il seçkilərində yenidən qalib gələn Xaleda Zianının seçilməsini digər iri partiyalar baykot edirlər və onu seçkilərdə saxtakarlıqda ittiham edirlər. Təşkil edilən yeni seçkilərdə digər Banqladeş partiyasından olan qadın siyasətçi- Şeyx Hasini qalıb gəlir.2001-ci ildə “Camaat-əl-İslam” partiyası ilə koalisiyaya daxil olur və həmin il seçkilərində yenidən qalib gəlir.2003-cü ildə parlamentdə 330 qadın deputatın seçilməsi üçün yer təyin edilməsi haqda qərar qəbul edilir. Xaleda Zianın hakimiyyətinin bitməsindən sonra onun oğlunu korrupsiyada günahlandırıb həbs edirlər.
2-ci yer: Benazir Bhutto ( 21 iyun 1953-27 dekabr 2007-ci il)1988-1990, 1993-1996-cı illərdə Pakistan İslam Respublikasının baş naziri
Müsəlman əhalisininin İlk qadın baş nazirdir.
Benazir Bhuttonun atası Zülfiqar Əli-xan Bhutto avropada təhsil almışdır.Qızını da islam ölkələrindəki kimi deyil, avropaya uyğun tərzdə tərbiyə etmişdi.Benazir Bhutto xatırlayarkən : "Mənim atam inanclı müsəlmandır.Anam mənə 12 yaşında çadra geydirərkən ona demişdi,qoy özü böyüsün və örtünüb örtünməməyi özü qərar versin.islam qadına şəxsi həyatını qurma azadlığı verir.Və bundan sonra mən heç vaxt çadra geymədim"
Benazir Bhuttonun uşaqlıq illəri:
Benazir Harvard (ABŞ) və Oksford (İngiltərə) Universitetlərində mükəmməl təhsil alır.Bu illər ərzində (1977-ci illərdə) onun atası Pakistanın əvvəl prezidenti daha sonra isə baş naziri postunu tutur.Pakistana döndükdən sonra Benazir atasının köməkçisi olur.
1977-ci ilin iyulunda Pakistanda general Muhəmməd Ziya-ul-Xaqın başçılığı ilə hərbi çevriliş olur.Həmin ilin sentyabrında devrilmiş Bhutto və qızı həbs edilir.1979-cu ildə Zülfiqar Bhutto siyasi müxalifətə sifarişlı qətllər təşkil etməkdə günahlandırılıb edam edilir.Zülfiqar Bhuttonun edamından sonra əsasını qoyduğu Milli partiyanın başına onun oğulları Mürtəza və Şahnəvəz həmçinini qızı Benazir keçir.1980-ci ildə Şah Nəvəz müəmmalı şəkildə öldürülür.Bu hadisə ilə bağlı bir çox mülahizələr gəzir.Hətta onu Benazir Bhuttonun sifarişi ilə öldürüldüyüdü deyilirdi. 1987-ci ildə Karaçidə Bhutto Asif Ali Zərdari ilə ailə qurur.Zərdari də Bhutto kimi nüfuzlu Sind ailəsinin nümayəndəsi idi.Zərdari də Bhutto kimi şiə idi.Mətbuata sızan məlumata görə isə bu evlilik məntiqi evlilik idi.Ailə qurduqdan sonra Benazir atasının soyadında qalmağı tərcih edir.Evlilikdən onların 3 uşağı dünyaya gəlir-oğlu-Bilavəl, və qızları Bəxtəvər və Asifə.
Bhutto və Zərdarinin toyu
16 noyabr 1988-ci il parlament seçkilərində Benazir qalib gəlir və baş nazir olur.Bhuttonun əri isə maliyyə naziri olur.Yeni hökumət sosial və siyasi reformlarda bir çox uğurlar qazanlr.Bhutto illərlə rəqabətdə olduğu Hindistan ilə əlaqələrini nizama sala bilir.Ölkədə mövcud korrupsiyanın qarşısnı alır.Korrupsiya qalmaqallarındda ərinin də adı hallanır və ona “Cənab 10 faiz” ləqəbi qoyulur.Belə ki, o investorlardan yatırımların 10 faizini tələb edirdi.Bu qalmaqallar Pakistanın xarixinə kimi gedib çıxır. Nəticədə 1990-ci ildə prezident Qulam İsax Xan, Benaziri istefaya yollayır.
1993-cü il seçkilərində korrupsiya və yoxsulluq ilə mübarizə lozunqu ilə Benazir yenidən qalib gəlir.Və ikinci dəfə ölkənin baş naziri olur.O, neft yataqlarını milliləşdirdi və sosial proqramların inkişafına maliyyə qoydu.Nəticədə əhalinin savadlanmasına dair tədbirlər görüldü,ölkənin ucqar yaşayış məntəqələri işiq və içməli su ilə təchiz edildi.Onun idarə etdiyi dövrdə ölkədə daxili investisiysa yüksəldi Pakistanın iqtisadi inkişafı, qonşu Hindistana nisbətdə xeyli yüksəldi.
1996-cı ildə Bhutto beynəlxalq siyasi xadim kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilir.Oksford Univesitetinin fəxri doktoru, Fransanın “Fəxri leqion” və bir çox mükafatlara layiq görülür.Daxili siyasətdə Benazir Bhutto azadlıq nümayiş etdiridi.O nüvə silahının istehsalını maliyyələşdirirdi.”Taliban” əfqan qruplaşmasının köməyi ilə dirçəlmiş olan çox narkoticarətin qarşısını aldı.İkinci dövr hakimiyyəti zamanı bir çox uğurlar qazanılsa da onun dövründə ölkədə korrupsiya daha da dərinləşdi.Həyat yoldaşı Asif Ali Zərdari yenidən korrupsiyada təqsirləndirildi.Bhuttonun qardaşı bu təqsirləndirməni dərindən araşdırdığına görə Karaçidə polis ilə müəmmalı atışmada həlak olur.Bu cinayətdə Bhutto və onun əri şübhəli bilinir.Get-gedə Bhuttonun nüfuzu zəifləyir, əksinə ölkədə islam fundamentalistlərinin nüfuzu artırdı.Bu üzdən 1996-cı ildə Əfqanıstanda “Taliban” rejimi bərqərar oldu.Həmin ilin sonunda Bhuttonun rəhbərlik etdiyi nazirlik istefaya göndərildi. 1997- ci il seçkilərində Bhutonun partiyası məğlubiyyətə uğradı.Bhuttonu maliyyə fırıldaqlarında və sifarişli qətllər təşkil etməkdə təqsirləndirdilər.Və buna görə də o, ökləni tərk etmək məcburiyyətində qaldı.Əri isə rüşvətxorluqda ittiham edilərək 5 il həbsxanada yatır. 8 illik Məcburi sürgündən sonra 18 oktyabr 2007-c ildə Benazir Bhutto ilk dəfə vətənə dönür. Prezident Müşərrəf ona və digər müxalifətçiləri əhf fərmanı ilə korrupsiyada ittihamdan azad edir.
Benazir Bhutto 27 noyabr 2007-ci ildə mitinqdə öz tərəfdarları qarşısında çıxış edərkən terror aktı nəticəsində öldürülür.
1-ci yer: Şeyx Hasinə Vazəd (28sentyabr 1947-ci ildə dünyaya gəlib)1996-2001-ci illərdə,2009-cu ildən bu günə kimi Banqladeşin baş naziri.
“Avami Liqası” partiyasının lideri, Müstəqil Banqaldeşin ilk rəhbəri “Mİllətin atası” Şeyx Məcubir Rəhmanın 1969-cu ildə Dəkkədə tələbə hərəkatlarında iştirak etmişdi.1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda müharibədə Pakistan ordusu tərəfinfən həbs edilir.1975-ci il 15 avqustda hərbi çevriliş nəticəsində Şeyx Məcubir Rəhman və 20 nəfərə yaxın qohumları öldürülür.Şeyx Hasina və bacısı ölkədə olmadıqlarına görə sağ qaldılar.1981-ci ildə ölkədən kənarda (Hindistanda) olduğu dönəmdə vaxtı ikən atasının başçılıq etdiyi Avami Liqasına onu başçı seçirlər.Elə həmin ili Banqladeşə qayıdır.Ölklədəki Ərşad rejiminə qarşı qatı müxalif mövqe tutaraq bir neçə dəfə hakimiyyəti devirmək üçün aksiyalar keçirilir.1991-ci ildə Ərşadın hakimiyyətdən getməsi nəticəsində demokratik sistemin bərqərar olması baş tutur.Lakin seçkilərdə Xaleda Ziyaya məğlub olur.
1996-ci ilin martında növbəti seçkilərdə Banqaldeşin ilk baş naziri seçilir.5 illik hakimiyyəti dövründə Hindistan ilə münasibtlər nizama salınır.Qanqın bölüşdürülməsi ilə bağlı razılıq əldə edilir.
Şeyx Hasinənin hakmiyyəti zamanı ölkədə iqtisadi inkişaf ləngiyir və tez tez baş verən sel fəlakatləri ölkəyə böyük zərbə vurur.
2001-ci ilin seçkilərində məqlub olan Şeyx Hasinə rəqibi olan Xaleda Ziyanın partiyasını ittiham edir.Buna baxmayaraq yenə də istefaya gedir.2004-cü ildə Dəkkədə Şeyx Hasinəyə qarşı sui-qəsd təşkil edilir.Nəticədə 19 nəfər həlak olur.Şeyx Hasinə özü isə yüngül xəsarət alır.2007-ci ilin seçkiləri ilə əlaqədar öklədə fövqəladə rejim təyin edilir.Bu müddətdə Şeyx Hasinə korrupsiyada ittiham edilib həbs edilir.2008-ci ilin iyun ayında azad edilir və ölkəni tərk etməyə müvəffəq olur.
2008-ci ildə yenidən ölkəyə dönür. 2008-ci ilin dekabrın 29-na təyin edilmiş seçkilərdə iştirak etmək üçün öz partiyasının başına keçir.Avami liqası partiyası qalib gəlir və ölkədə hakimiyyəti formalaşdlrlr.2009-cu ilin 6 yanvarından Şeyx Hasinə baş nazir postunu tutur.Hakimiyyəti dövründə ölkəni texniki və informasiya cəhətdən inkişaf etdirəcəyinə söz verir.Və sözünün üstündə də durur.
Şeyx hasinənin Hindistana səfəri.
Şeyx Hasinənin həyat yoldaşı nüvə alimi idi.2009-cu ildə dünyasını dəyişib.Hasinənin bir oğlu və bir qızı var.
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR