
Dövlət Statistika Komitəsinin 2013-cü il üçün məlumatına əsasən ölkədə yaşı, 100-dən yuxarı olan 838 nəfərin yalnız 24-ü kişidir. Məlumatdan belə görünür ki, Azərbaycanda qadınlar kişilərə nisbətən daha çox yaşayırlar. Və bu, təkcə Azərbaycanda belə deyil. Dünya üzərində aparılan araşdırmalar da sübut edir ki, ümumiyyətlə qadınlar kişilərdən 6-8 il çox yaşayırlar. Bu isə bir sıra amillərlə əlaqəlidir.
Tibbi bilgilərə görə, kişilərin immuniteti qadına nisbətən aşağı olur. Qadın orqanizmi radiasiyaya qarşı 25-30% daha dözümlüdür. Həmçinin qadın damarları qoruyucu hormon - estrogenlər hesabına daha elastikdir. Elə buna görədir ki, qadınlar daha az infarkt keçirirlər. Əlbəttə ki, kişi ömrünün qısa olmasında onların zərərli vərdişləri də az rol oynamır. Misal üçün, siqaret çəkmək qan-damar xəstəlikləri və xərçəng yaradır. Həmçinin, passiv həyat tərzi güclü cinsin ömrünü qısaldan səbəblərdir.
Kişi və qadın genetikasının fərqliliyi də nəticədə az rol oynamır. Belə ki, kişilərin orqanizmində onlara çox yaşamağa imkan verməyən genin aşkar edildiyi bildirilir. Bununla da izah olunur ki, qadınlar kişilərlə müqayisədə stresslərə qarşı daha möhkəm və səbirli olurlar. Həmçinin, qadınlar kişilərin etdiyi fiziki işdən azaddırlar ki, bu da qadınların ömrünü uzadır.
ABŞ-dakı Nyukasl Universitetinin professoru Tom Kirkvudun rəhbərlik etdiyi qrupun əldə etdiyi nəticələrə görə, qadınların orqanizmi zərər görən hüceyrələri kişilərə nisbətən daha yaxşı bərpa edir. Bu tip pozuntular isə siqaret, içki, qeyri-sağlam həyat tərzi nəticəsində formalaşa bilir. Yaşlanma öncədən proqramlaşdırıla bilinməyən bir prosesdir. Çünki hüceyrələri təmir edən genləri dəyişdirmək mümkün deyil. Bundan əlavə, kişilərdə ölümlərin böyük əksəriyyəti ürək-damar xəstəliklərindən baş verir. Qadınlarda olan estrogen hormonu ürək problemlərindən daha yaxşı qoruyur.
Türkiyəli həkimlər isə bu nəticə ilə bağlı maraqlı araşdırma hazırlayıblar. Nəticələrə diqqət:
1. Qadınlarda ürək-damar problemləri 70-80 yaşlarda özünü göstərdiyi halda, kişilərdə bu yaş 50-60 yaşlardadır. Həkimlər bunun səbəbini araşdıranda ortaya maraqlı nəticələr çıxıb. Məlum oldu ki, buna səbəb qandakı dəmirin fərqliliyidir. Məhz bu səbəbdən kişilərə daha az qırmızı ətdən istifadə etmələri məsləhət görülür. Çox miqdarda qırmızı ət yeyənlərin yeməyənlərlə müqayisədə infarkt riski daha yüksəkdir.
2. Qadınların uzun yaşama səbəblərindən biri onlarda 2 X xromosomunun olmasıdır. Kişilərdə cəmi bir X və bir Y xromosomu var. Qadınlar yaşlılıq və xəstəliklərdən, gendəki ikinci X xromosomunun dəstəkləyici təsiri səbəbindən qoruna bilirlər. Kişilər isə bu lüksə sahib deyillər və belə bir seçim edə bilmirlər.
3. Bəzən siqaret və ya spirtli içkidən istifadə etməsinə baxmayaraq, 100 yaşına qədər yaşamış kişilərlə qarşılaşa bilərsiz. Amma bu, çox nadir hallarda olur. Nəyin kimə nə qədər zərər verəcəyi hələ bilinmir. Bədəndəki uzun yaşam genləri həqiqətən də çox özəldir və 80 yaşadək yaşamağı təmin edə bilir. Amma digər xəstəlik genləri uzun yaşam genlərinizə neqativ yöndə təsir edə bilir. Bu xəstəlikli genlər X xromosomu sayəsində bəzi xəstəliklərə səbəb ola bilir. Sözügedən vəziyyətdə qadınlarda iki X xromosomunun olması üstünlük olduğu halda, kişilərin nəyə görəsə belə bir şansları yoxdur.
Qadın haqları müdafiəçiləri isə hesab edirlər ki, bu məsələdə daha fərqli detallar rol oynayır. Bütün ekstremal vəziyyətlərdə birinci qadınlar və uşaqlar xilas edilir.
Qadın olmaq onu kişiləri görüşə çağırıb, hesab ödəməkdən çəkindirir. Həbsxanalarda azadlıqdan məhrum edilən qadınların sayı kişilərdən üç dəfə azdır. Qadınlar özlərini xoşbəxt hiss etdirməyi bacarırlar. Bəzən bir şoppinq, bəzən saç rənglərinin dəyişməsi onları xoşbəxt edir. Qorxmaq qadınlar üçün ayıb sayılmır. Buna görə də özlərini stressə salıb, hisslərini boğmurlar. Yəni onlar stress və depressiyadan daha rahat çıxa bilirlər.
Daha çox pul qazanmaq kimi bir öhdəlikləri də yoxdur. Qadınlar kişilərə nisbətən daha ağıllı düşünüb hərəkət edirlər. Maşın sürərkən qadınlar daha diqqətli sürürlər. Yol qəzalarının törədənlərin 77%-ni kişilər təşkil edir.
Qadınlar pulu haraya və nə üçün sərf etdiklərini daha yaxşı bilirlər. Ona görə də pulsuz qalaraq bəzi riskləri etmirlər.
Qadınlar daha mübariz olurlar.
Rusiyanın lenta.ru saytında isə ekspert araşdırmalarından ibarət maraqlı dosye hazırlanıb. Dosyeyə görə, qadınlar sağlamlıqlarına qarşı kişilərdən daha diqqətlidirlər. Fizioloji baxımdan daha gücsüz, əzələləri daha az, sümükləri daha zəif olsa da, bioloji olaraq qadınların kişilərdən daha güclü olması da faktdır. İş qəzaları qadınların başına daha az gəlir. Bundan başqa, həyati risk daşıyan əməllərdən uzaq dayanırlar: kəmər taxmadan maşın sürmür, cinsi münasibətlərdə təhlükəsizlik qaydalarına əməl edirlər. Duyğularını kişilərlə müqayisədə daha yaxşı idarə edə bilirlər, uşaqlarına, qohum-qardaşına, yaxın ətrafına münasibətdə daha həssas və insani davranırlar. Bu da onların mənəvi dünyasına daha da çox rahatlıq qatır.
Siqaret çəkmək alkoqol və həddən artıq qida qəbulu kişilərdə daha çox təsadüf etdiyindən onlar arasında ölüm hallarına daha çox rast gəlinir.
Burada fizioloji amillər də var: kişilər arasında ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. Bu, hormonal faktorla əlaqələndirilir. Yəni qadınlarda olan estrogen hormonu onları ürək problemlərindən daha yaxşı qoruyur, eləcə də estrogen və progesteron hormonları mikrobları məhv edər. Ancaq kişilərdə olan testosteron hormonu belə təsirə malik deyil. Qadınların daha çox yaşaması, həm də psixoloji amillərlə də bağlıdır. Psixoloqların fikrincə, qadınların həddindən artıq emosional olması və işgüzarlığı onların ömürlərinin uzun olmasına kömək edir. Zərif cinsin nümayəndələrinin çox yaşamasının tez-tez ağlamaları ilə əlaqəli olduğu kimi fərziyyələr də var. Qadınlar paylaşmağı sevirlər. Qadınla kişi mübahisə edir, qadın rəfiqəsinə zəng vurub ürəyini boşaldır. Kişi isə bunu içində saxlayır və bu mənfi enerji yeni konfliktlərə, mübahisələrə yol açır.
Psixoloqlar isə məsələyə fərqli rakursdan baxırlar. Ağlamaq, ev işləri görmək, doğramaq, kəsmək və qida məmulatını bişirmək qadınların stressini azaldır. Amma kişilər passiv həyat tərzi keçirdikləri və rasional tip olduqları üçün o enerjini içlərindən ata bilmirlər. Onlar sevgilərini, yaşantılarını az paylaşırlar. Müsbət enerjini almaqda belə kompleks keçirirlər. Bu da onların sağlamlığına, həyat tərzinə çox ciddi təsir edir. Amma məyus olmağa dəyməz. Çünki nə qədər yaşayacağımız özümüzdən asılıdır. Yetər ki, orqanizmimizi amansızcasına məhv etməklə məşğul olmayaq.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sürüşmə zonasında yol tikintisi başa çatır
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
On il müddətində sərt qış olacaq-XƏBƏRDARLIQ
Alimlər pendirin faydasını sübut etdilər
Gül qurabiyəsi (foto resept)
Roma papası Azərbaycana gələcək
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Qırış əleyhinə 6 qızıl qayda
Ezgi Mola ərə gedir-FOTO
Necə bir evliliyiniz var?
Zelenskinin oğlu koronavirusa yoluxdu
Venesuelada hökumət istefa verdi
Nəhayət ki: itmiş təyyarə tapıldı - FOTO
Bir vaxtlar yer silirdi, indi 130 milyard dolları var - FOTO
Xokkey, futbol, raketa... - bizdə niyə yoxdur?
Bakteriyaların müxtəlifliyi
Kölgələri tap
Çöp şiş (foto-resept)
Qadin.Netlə birlikdə ARIQLA!-layihəsi (4)
ATV və Lider TV-nin yayımı 1 saatlıq dayandırılacaq - MTRŞ-dan cəza
Həyatımızı necə yaxşılaşdıraq?
Coca-Cola-da təhqir çıxdı
Smartfonların zərərli şüasından qoruyan EKRAN YARADILDI
Kəndi işğaldan azad olan Şəhriyar Məmmədyarov: “Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur”
Smartfonla təyyarə idarə olunur
Sərin yay donları
Qabaqlı kekslər (foto resept)
Onkoloqdan XƏBƏRDARLIQ!-Bu kosmetik vasitələr xərçəng yaradır
Bakı məktəblərinin tibb məntəqələrində bir sıra çətinliklər aşkarlanıb
"Milli Atlas" qeydə alındı
Ankarada güclü partlayış: 28 ölü, onlarla yaralı
Riqa sammiti: əsassız ümidlər, siyasi boşluq və Azərbaycanın məxsusi fikri
Kıvanç Tatlıtuğ yeni biznesə başladı
Həftəsonu Bakıda hava necə olacaq?
Keti Perrinin hamiləlik xəbərləri yayıldı- FOTO
Hər yaşa uyğun çətirlər
Koronavirus səbəbindən çinli həkimlərin dərisi qaralıb
İndoneziyada güclü daşqın baş verdi
Qadınların vəhşi döyüşü: burada heç bir qayda yoxdur - FOTO
Şəki işıqsız qalıb
Övladını qorumaq üçün ana nə etməz ki.
Adam Levinin dəri gödəkçə sevgisi
Ayla Raydan möhtəşəm klip-VİDEO
Goranboyda qeyri-adi buzov dünyaya gəldi
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Kələmli, üzümlü və almalı salat (foto resept)
Gəlinlik donları
Qonşunun haqqı
100 dollarlıq kompüter təqdim olundu
Prezident Qubadlıda şəhid Milli Qəhrəman Şükür Həmidovdan danışdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]