Məktəblərdə COVİD-19 xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması, sağlamlığın qorunması və eyni zamanda “Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının təsdiq edilməsi barədə” 10.09.2020-ci il tarixli 332 nömrəli Qərarının tələblərinin əməl olunmasının araşdırılması məqsədilə Bakı şəhərinin bir sıra rayonlarında (Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və s.) fəaliyyət göstərən məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən monitorinqlər aparılıb.
Bunu Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib. O bildirib ki, aparılmış yoxlamaların nəticəsində məktəblərin tibb heyətləri və eyni zamanda xidməti ərazi uşaq poliklinikaları tərəfindən tibbi xidmətin göstərilməsinin gücləndirilməsi məqsədilə əlavə olaraq həkim pediatrlar və tibb bacıları cəlb ediliblər:
“Məktəbə gələn hər bir şagird və müəllimə termometriya aparılması, hərarət aşkar olunduğu halda həmin şəxsin xüsusi ayrılmış karantin otağına aparılıb, yerləşdirilir. Bundan sonra bu haqda dərhal məktəbin və ərazi poliklinikasının rəhbərliklərinə, uşaq xəstələnən halda isə onun valideynlərinə məlumat çatdırılır. Bundan əlavə, tibbi məntəqələr spirttərkibli dezinfeksiyaedici məhlullarla təmin edilib, ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman preparatları ilə təmin edilməsi də qeyd olunub”.
Sektor müdiri bildirib ki, COVİD-19 xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə aparılan işlər üzrə uşaq səhiyyə və təhsil müəsissələrinin rəhbərlikləri arasında qarşılıqlı sıx əlaqəli iş təşkil edilib.
Esmira Hacıyeva bildirib ki, aparılmış yoxlamalar nəticəsində məktəblərin tibb məntəqələrinin iş prosesində bir sıra çətinliklər aşkar olunub. Onun sözlərinə görə, çətinliklərin aradan qaldırılması istiqamətində tapşırıqlar verilib və tibb müəssisələrinin rəhbərliklərinin nəzərinə çatdırılıb:
“Oktyabrın 12-də Bakı şəhər Baş Səhiyyə İdarəsində uşaqlara ambulator-poliklinik xidmət göstərən bütün tibb müəssisələrinin rəhbərliyinin iştirakı ilə geniş iclas keçirilib, aşkar olunmuş çətinliklər haqqında ətraflı məlumat və iş prosesi təşkilinin gücləndirilməsi haqqında tapşırıqlar verilib.
COVİD-19 pandemiyası dövründə təhsil müəssislərində şagirdlərin ilkin diaqnostikasını məhz məntəqədə çalışan tibb işçiləri həyata keçirir. Odur ki, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Onu da qeyd edim ki, bizim həkim və tibb bacılarımız bu vəzifənin öhdəsindən şərəflə gəlməkdədirlər”, - deyə Esmira Hacıyeva bildirib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Artıq ət" nə vaxt kəsilməlidir?
Maska mədəniyyəti: Onlarda və bizdə - VİDEO
Ali Baş Komandan işğaldan azad edilən əraziləri açıqladı
Hadisədən daha bir FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Bahar yorğunluğuna müqavimət göstərin
Azərbaycanda yeni idman federasiyası açıldı
BMW-dən yalnız avropalılar üçün
Kibritdən hazırlanan əşyalar
Bakıda bayramqabağı "endirim" oyunu
Günün qoroskopu: qəfil dönüşdə xeyir var
"Azərbaycan və Türkiyə arasında mövcud birlik bölgədə sabitliyin təminatçısıdır"
Yaşlarını göstərməyən qadınların gözəllik sirləri
Paxlava rekordlar kitabına düşdü
Gec gələn hamiləlik zamanı omega 3-ün xeyiri
"Arka Sokaklar"ın Zeynəbi evini satdı-SƏBƏB
Misir Mərdanov Mikayıl Cabbarovdan danışdı
Seda Sayan geyimi ilə diqqət çəkdi-FOTO
Gələcəyin maşını
Saçlarınız vaxtından əvvəl ağarırsa, mütləq oxuyun!
Qaranlıqda saxlanılan ölüm
Qazaxıstan latın əlifbasına keçir
Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”
Qadın.Netlilərin ən sevdiyi geyimləri
Günəşdə baş verən güclü partlayış Yerdə qasırğalara səbəb olub
Qadının özünü təqdim etməsi
amfAR Kan Qala 2019
Tom Cruise yeni filmə çəkildi-FOTO/VİDEO
Əkiz uşaqlar üçün arabalar
Tökülən saçlara qulluq
Ayının balasını “danlaması” görüntüləri böyük maraq yaratdı - VİDEO
Sevil Əliyeva yubileyini qeyd edir
Bakı bulvarı ərazisində Wi-Fi şəbəkəsi işə salınacaq
İrina Şeyk:"Qızım doğulandan özümü əsl qadın kimi hiss edirəm"
Xəstəxana otağı (ibrətamiz)
Amerikalı iqtisadçılar dolların çökəcəyi proqnozunu verdilər: son 40 gün
Manatın MƏZƏNNƏSİ
Azərbaycan Ermənistana ilk əsirləri təhvil verib
Bu qadağa sabahdan qüvvəyə minir
Bizim Maşa dünyada birincidir
Yunanıstan hökumətinin Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
"Azərbaycanda parlament seçkilərində tam şəffaflıq təmin edilib"
Britni Spirs yenidən məhkəməlik oldu-SƏBƏB/FOTO
Castin Biber xanımından danışdı-FOTO
HAVA necə olacaq?-17 İyul
Gəlin saç düzümləri
İnsan üzlü balıq görüntüləndi - FOTO
Dəyərli xanımlar üçün möhtəşəm ayaqqabılar
Üz quruluşuna görə sırğa seçimi
Radar obyektivdir, yoxsa obyekt?














