Mən müəllim ailəsində anadan olmuşam, yəni həm anam, həm də atam müəllim olub. Hələ bu azmış kimi babam, əmilərim, dayılarım - hamısı müəllimlik fəaliyyəti ilə məşğul olublar. Amma qəribəsi budur ki, heç vaxt ziyalı ailəsinə mənsub olmağımla fəxr etməmişəm. Daha doğrusu, fəxr edə bilməmişəm və ən qəribəsi isə odur ki, müəllim ailəsindən olduğum üçün həmişə mənə yuxarıdan aşağı baxıblar. Valideynlərimin nə işlə məşğul olduğu ilə maraqlananda isə hamının bir cavabı olub: “Müəllimdir də, acından ölən müəllim”. Bu sözlər ömrüm boyu qulaqlarımda cingildəyib. Valideynlərimin bizi necə əzab və məhrumiyyətlərlə böyütdüklərini məndən yaxşı heç kəs təsvir edə bilməz. Ona görə də bu şərəfli və məsuliyyətli peşəyə lap uşaqlıqdan nifrət etmişəm. Ona görə nifrət etmişəm ki, o günləri bir də həyatımda yaşamayım. Mən çəkdiyim əzab-əziyyəti övladlarım çəkməsin. Evimiz məktəbi xatırladardı. Təsəvvür edin ki, qohumlarımız bizə qonaq gələrdilər və ancaq dərsdən, dərs bölgüsündən, məktəb rəhbərliyinin haqsızlığından danışardılar. Bir də çatışmazlıqlar. Bəlkə də bu sənətə nifrət etməyimin səbəbi bununla bağlı idi. Amma ən əsas səbəb isə barmağımdakı döyənək idi. Məktəbi bitirməyimə az qalırdı. Test imtahanları hələ yeni tətbiq olunmağa başlayırdı. Şəhər uşaqlarından fərqli olaraq biz – kənd uşaqları testin nə olduğunu, necə işləndiyini bilmirdik. Müəllimlərimiz əllərindən gələni edirdilər ki, şagirdlər imtahanda öz biliklərini lazımınca nümayiş etdirə bilsinlər. Bizim sinif uşaqlarından Fərman kimyaya aid test tapşırıqları kitabçası əldə etmişdi. Sinfə gətirəndə hamının marağına səbəb oldu. Kitabça əl-əl gəzdi. Təbii ki, istəyən də çox oldu. Uşaqlar Fərmandan xahiş etdilər ki, onlar üçün də kitabça gətirsin. Pulunu da verəcəklər. Siyahı tutuldu. Hamının adı yazıldı, təkcə məndən başqa. Çünki evdəki vəziyyəti bilirdim. Bilirdim ki, mənə üç min manatı (o vaxtkı pulla) verə bilməyəcəklər. Ona görə istəmədim.
Nəhayət, test kitabçaları gəldi. Bütün sinfə paylandı, məndən başqa. Sinfin əlaçı şagirdi idim. Müəllimlərin sevimlisi! Mənim kitabça almamağım hamını təəccübləndirdi. Uşaqlar hərə bir söz dedi: "Özünə arxayındır", "Testi neyləyir, bilir ki, qəbul olacaq!", "Bizim kimi deyil ki!" Amma əsl səbəbi heç kim bilmədi, demədim. Özümə sığışdırmadım bunu. Heç valideynlərimin də xəbəri olmadı. Kimdənsə kitabçanı baxmaq üçün istəyə bilmirdim. Daha doğrusu, necə istəyəcəyimi bilmirdim. Elə bu zaman sinif yoldaşım Adilə mənə yaxınlaşdı: "Sənə bir işim düşüb, amma heç kim bilməsin." Təəccübləndim. Maraq məni bürüdü. Çünki Adilə, adətən, mənə yaxınlaşmazdı. Bəzən salamı da dilucu verərdi. Onun öz “kruqu” var idi. İndi mənə yaxınlaşıb belə deməsi maraqlı idi. Kənara çəkildik. Pıçıltı ilə: "Test kitabçasını sənə versəm, cavabları mənim üçün yazarsan?" Sevincimdən özümü itirdim. Çünki bayaqdan kitabçaya baxmaq istəyirdim. Amma kimdən istəyəcəyimi bilmirdim. İndi Adilənin belə deməsi mənim üçün göydəndüşmə oldu. Nə deyəcəyimi bilmədim. Susduğumu görən Adilə: "Yazmaq istəmirsənsə..." Tez-tələsik dilləndim: "Yazaram, niyə yazmıram." "Səhər verərsən." "Yaxşı". "Amma heç kim görməsin ha!" Bunu deyib əlindəki dəftərin arasında gizlətdiyi testi gizlincə mənə verdi. Alıb tez gizlətdim. Uçmağa qanadım yox idi. Evə gəldim. Paltarımı dəyişib, yemək yeyən kimi tapşırıqları həll etməyə başladım. Bu zaman ağlıma qəribə fikir gəldi: kitabı bütövlükdə köçürtmək! Bütün gecəni yazdım. Bütün gecəni! Səhər dərsə getmək üçün məni yuxudan güclə oyatdılar. 16 yaşlı uşaq üçün bütün gecəni yatmayıb yazmağın necə əzab olduğunu özünüz təsəvvür edin! Məktəbə gəldim. Testi cavablarla birlikdə Adiləyə qaytardım. Heç “Sağ ol” da demədi. Mən də incimədim. Dərsdə otura bilmədim. Yuxu məni aparırdı. Həm də barmağım ağrıyırdı, şişmişdi. Yazı yaza bilmədim. Çünki sağ əlimin orta barmağı döyənək olmuşdu! İcazə alıb evə gəldim. İndi də o döyənək barmağımdadır.
Bircə onu deyim ki, sinfimizdən ali məktəbə təkcə mən qəbul oldum! Ali məktəbə hazırlaşanda özüm-özümə söz vermişdim ki, nə olursa-olsun müəllim olmayım. Amma heyhat, sən saydığını say, gör fələk nə sayır. Fələk mən saydığımı saymadı. Bu bəlkə də həyatın bir istehzası idi. Mənim və valideynlərimin hər cür müqavimətinə baxmayaraq müəllim oldum. Fikirləşməyin ki, peşmanam. Əksinə, indi sevirəm bu peşəni. İndi valideynlərimi daha yaxşı başa düşürəm. Başa düşürəm ki, az əməkhaqqı almalarına, hər cür çətinliklərə baxmayaraq, onlar da seviblər bu sənəti. Bəlkə də bu bir alın yazısıdır. Mən indi “Müəllim olmaq istəyirəm” deyən şagirdlərimə bir cavabım var: ”Düşünün! Çünki bu peşə şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir!”
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
8 Martda Bakıda hava necə olacaq?
Artıq çəkidən necə xilas olmaq olar?
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
İngilis dili-Tt
Beren Saatın ayaqqabısı heyvansevərləri qəzəbləndirdi-FOTO
Svarovski daşlı bijuteriyalar
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı
Yoqurtu sevməyin 10 səbəbi ( 2-ci hissə)
Dünyada ən çox onun ayaqqabısı var
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Çağatay Ulusoy serialdan imtina etdi
Alişan sevgilisinə 4 min xərclədi
Beren Saat başqa evə köçür
8 Martda Hava necə olacaq?
Qız uşaqları üçün otaq dekorasiyası
7 noyabradək telefon və kompüterdən uzaq DURUN!
Kıvançın baxışları jurnalistlərin diqqətini çəkdi-FOTO
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Heydər Əliyev və Azərbaycan ədəbiyyat
İdman paltarlarını necə yumalı?
Bayramınız mübarək!
Qonşusu ilə dalaşan Ed Şiran pandemiya dövründə yeni evlər aldı
23 yaşında aldığı qəsri təzələdi - FOTO
İşğaldan azad olunan Mincivanda son vəziyyət... - VİDEO
Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər
Günün ulduz falı
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
İki məşhur eyni filmdə -FOTO
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Yeni il gecəsi üçün makiyaj tövsiyələri
Müştərilər azalıb?
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Xərçənglə mübarizə aparan 4 ərzaq
Sabahın HAVAsı
Kiçik vanna otaqları necə dekorasiya edilir
Yeni şəbəkə istifadəçiləri artır
Solyari dəri xərçəngi əmələ gətirir?
Dünyanın ilk smart eynəyi satılır
5 kilometrlik qızıl zəncir nümayiş etdirildi-video
Ən böyük arzusu Vətən uğrunda döyüşmək olan şəhidimiz - VİDEO
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Amazon yeni servisi işə saldı
Dollarda qəfil ucuzlaşma
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Binalara istilik nə vaxt veriləcək?
Telefonla film çəkdi 25 min qazandı-FOTO
30 gün əvvəldən bilet almaq mümkündür!
- ŞƏRHLƏR