“Bir dəfə ağlayırdım, övladım yaxınlaşdı, gözlərimin yaşını sildi və boynuma sarıldı. O zaman hiss etdim ki, o, məni anlayır, hətta qayğıma qalır”.
Bu sözləri bir təlim zamanı autizm sindromlu övladı olan ana dedi.
Bunu deyərkən çox qəhərlənmişdi. Titrək səsindən bunu asanlıqla hiss etmək mümkün idi. Üstəlik qeyd edəndə ki, tənha anadır, işləyir və övladına özü baxır, bu qəhrəman qadına heyran qaldım.
Deməli, bu qadın bacarıb. Övladına sevgi, qayğı göstərməyi, onun yanında olduğunu, onu atmadığını, ona qüsurlu olmadığını göstərməyi...
Normal, tipik bir uşağı böyüdərkən min bir əziyyət çəkirik, ona həyat qaydalarını öyrədənə qədər müxtəlif şikayətlər edirik, yemək yeməyəndə əsəbləşirik, bir az boğazı ağrıdımı, hələ hərarəti qalxdımı, elə bil, dünya başımıza uçur.
Bir də autizmli uşaqları və onların valideynlərini düşünək. O valideynlər ki, normal uşaq sahibi olacaqlarını düşünürlər və birdən taleyin amansız sürprizi ilə qarşılaşırlar. İndi təsəvvür edin, o valideynlər autizmli uşağın qayğısına qalmalı, ona nəvaziş göstərməli, onunla səbirlə oyun oynamalı, hər şeyi ona başa salmalı, nələr, nələr etməlidirlər. Bu o qədər də asan bir iş deyil. Vacib bir məsələ: övladında autizm aşkarlanan bütün valideynlər eyni cür reaksiya verirlərmi?
Autizm haqqında uzun uzadı nəsə yazmaq fikrim yoxdur. İnternetdə kiçik bir axtarış etməklə çox geniş və eyni zamanda mübahisəli olan bu mövzuda özünüz kifayət qədər məlumat əldə edəcəksiniz. Amma onu deyim ki, autizm doğuşdan başlayan, həyatın ilk üç ilində ortaya çıxan inkişaf pozuntusudur. Onun beynin quruluşuna, yaxud funksiyasına təsir edən bəzi sinir sistemi problemlərindən qaynaqlandığı ehtimal olunur.
Bəli, ehtimal olunur, çünki bəzi mütəxəssilər bunu əqli gerilik, bəziləri nevrotik pozuntu kimi qəbul edirlər. Beləliklə, uşaqlara səhv diaqnoz qoyularaq yanlış dərmanlar qəbul etdirilir.
Autizm xəstəlik deyil. Bu, bir sindromdur. Yoluxucu deyil. Anadangəlmədir. Düzdür, sonradan bu sindrom diaqnozu qoyulan uşaqlar da olur. Amma sonradan bu cür diaqnoz qoyulan uşaqların valideynləri ən çox peyvəndlərdən sonra baş verdiyini desələr də, müasir tibb autizmin peyvəndlərdən yaranmasını inkar edir.
Bu yaxınlarda bir dostumuzdan eşitdim ki, autizm sindromu olan uşaq cəmiyyətdən təcrid olunub, hətta valideynlər onun bu vəziyyətindən utanır. Belə hal bizim cəmiyyət üçün birincidirmi? Əlbəttə ki, xeyr.
Bir haşiyə çıxaraq deyim ki, tək autizmli uşaqlar bu cür reaksiyayla qarşılaşmır. Əlil arabasında gəzən, ya da köməkçi vasitələrdən istifadə edən fiziki məhdudiyyətli insanlara ətrafımızda, avtobusda, məktəbdə, yolda, parkda, kinoda reaksiya necədir? Onlara normal insanlar kimi baxın, avtobusa minərkən qolundan dartıb kömək etməyə çalışmayın, onların kömək istəklərini gözləyin.
Dayancaqda əlil arabasında birini gördüyündüzdə mütləq ona pul verməli deyilsiniz. O, dilənçi olmaya da bilər, bu cür uşaqlar, elə böyüklər də - istər autizmli olsun, istər fiziki məhdudiyyətli kinoya da gedə bilərlər, gəzməyə də çıxa bilərlər, toya da gedə bilərlər. Toyda da bu cür adamları görəndə ağlaşma qurmayın. Bu, ancaq və ancaq onlara damğa vurmaqdır.
Bir də onlar haqqında heç vaxt “fiziki qüsur”lu ifadəsini işlətməyin. Çünki onlar qüsurlu deyillər, sadəcə fiziki məhdudiyyətləri var.
Qayıdaq autizm məslələsinə. 2007-ci ildən BMT-nin qərarı ilə 2 aprel Beynəlxalq Autizm Maarifləndirmə Günü kimi qeyd olunur. Bununla əlaqədar bütün dünyada aprel ayı autizm sindromu haqqında maarifləndirməyə həsr olunur. Bizdə də bir sıra maarifləndirici tədbirlər, təlimlər keçirilir. Bu cür təlimlərdə iştirak edib maariflənmək lazımdır. Sabah nə baş verəcəyi, yaxınımızın, hətta öz övladımızın belə bir sindromla doğulub-doğulmayacağı məlum deyil. Buna görə də bu haqda bilgili olmaq vacibdir.
Siz də bu ay öz öhdənizə düşən maarifləndirmə işində iştirak edin. Heç olmasa, ilin bir ayı bu insanlar cəmiyyətdən təcrid olunmadıqlarını görsünlər.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Bu şəlalədən tez qaçmaq gərəkdir
Dünyanın yeni qitəsi tapılıb
Arı südü nədir? Arı südünün faydaları nələr?
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Güllər bizə nə deməyə çalışır?
Hande ərə gedir-FOTO
İngilis dili - XXXIII dərs
Duasıyla xiyar yetişdirən bağban-FOTO
Ən yaxşı pixie saçlar
Hamiləlik dövründə saç boyamaq zərərlidirmi?
Qarabağ problemi həll olur
Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib
Həyatımın fəsli
Mükəmməl makiyaj üçün 10 məsləhət
Kabak detoksu
Teutanın əl işləri
2011-ci ilin Çantaları
Ev pişiyi üç çaqqalın öhdəsindən belə gəldi - VİDEO
Azərbaycan separatçı quldur rejimin rəhbərini beynəlxalq axtarışa verdi - RƏSMİ
Bir şikəstin inamı...
“Mucize doktor”un aktyoru sevgilisi ilə görüntüləndi
Hovuzdan timsah çıxdı-FOTO
Kosmosda Yeni il - VİDEO
Geyim tərzinizi özünüz seçin
Çində təkərsiz qatar istifadəyə verilib
Ünsiyyət üçün sözlərə ehtiyac olmadığını göstərən illustrasiyalar
Bu peyvənd koronavirusdan da qoruyurmuş?
"Arka Sokaklar"ın Zeynəbi evini satdı-SƏBƏB
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
HAVA necə olacaq?
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri sona çatdı
Cəbhədə Ermənistan ordusu fəallaşıb
"Jara Music Awards" keçirildi - FOTO
Evdə meyvə və tərəvəz yetişdirməyə başlayan məşhurlar
Mehriban Əliyeva İmam Hüseyn məscidinin açılışında iştirak edib - FOTO
Sosial şəbəkələrlə bağlı ən sərt cəza gəlir
"Hercai"nin ulduzuna görə təhlükəsizlik tədbirləri gücləndirildi
Ədviyyatlı çolpa
Bu qız saç rezini sayəsində milyoner oldu-FOTO
Çimərliklərə axın başlayıb
Məşhur cütlük evləndi
Alina Boz və Kubilay Aka koronavirusa yoluxdu
Adriana Limanın FOTOsu bəyənildi
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başa çatır
İmzalı həyat
Dünyanı dəhşətə gətirən hadisə-6 yaşlı bacı-qardaşı evləndirdilər-FOTO
Dünyanın ən ucuz şəhərlərinin reytinqi açıqlandı
"Blinçik"(foto-resept)
Narazı sürücülərə tövsiyə
Qadın.Netin yaş günü tortu
- ŞƏRHLƏR