Gözəlliyi ilə gözləri qamaşdıran, ətri ilə qəlblərdə ən xoş hisslər oyadan, həyatımıza sevinc qatan gülləri çətin ki,sevməyən insan tapılsın.Onlarla bağlı hərənin öz xatirəsi, öz hekayəsi var. Təsadüfi deyil ki, güllərlə bağlı müxtəlif inanclar hələ lap qədim dövrlərdən mövcud olub. İnsanlar hər gülün müəyyən məna ifa etməsinə, onların əhval-ruhiyyəmizə müsbət təsir göstərməsinə inanıblar. Güllər istənilən dövrdə hisslərin ən yaxşı ifadə üsulu hesab olunub. Bəziləri sözlə deyə bilmədiklərini məhz təbiətin bu gözəl möcüzəsi vasitəsilə asanlıqla izah ediblər. Bunun üçün sadəcə olaraq hər bir gülün mənasını bilmək kifayətdir.Məsələn: qızıl gülün məhəbbət, həyat və qələbə rəmzi olması heç kimə sirr deyil. Ayrılmaq istədiklərini sözlə deməyə çəkinənlərin köməyinə isə sarı güllər gəlirmiş.Tam açılmış gül ötən günlərin xatırlanması, yarımçıq açılmış gül yeni gün, təzə qönçə və tumurcuq gələcəyə inam mənasını ifadə edir. Ağ akasiya bir çox ölkələrdə bu günün özündə də saflığı və məsumluğu ifadə edir. Zanbağın eleqant ləçəkləri "gözəlliyiniz valehedicidir" anlamına gəlir. Maraqlıdır ki, qədimdə insanlar üzərlərindəki ağırlığı və mənfi enerjini götürmək üçün kaktusdan istifadə edirdilər. Amma güllərlə bağlı inancların heç də hamısı sevinc hissi ilə bağlı deyil. Məsələn: evdə qurumuş gülün saxlanması, bağışlanan büketdəki gülün sayının cüt olması bədbəxtliyə, kədərə yozulur.
Güllər müəyyən məna ifadə etməklə yanaşı həm də insanın əhval-ruhiyyəsinə də təsir etmək gücünə malikdir. Burada əsas rolu gülün hansı rəngdə olması oynayır. Məsələn: ruh düşkünlüyü zamanı qırmızı güllər insana əlavə güc verib onu fəallaşdırmağa qadirdir. Mavi, bənövşəyi, ağ və yaşıl güllər isə əksinə insanı sakitləşdir.

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR