Qadin.NET / Güllər bizə nə deməyə çalışır?

Güllər bizə nə deməyə çalışır?

 

Güllər bizə nə deməyə çalışır?

 

Gözəlliyi ilə gözləri qamaşdıran, ətri ilə qəlblərdə ən xoş hisslər oyadan, həyatımıza sevinc qatan gülləri çətin ki,sevməyən insan tapılsın.Onlarla bağlı hərənin  öz xatirəsi, öz hekayəsi var. Təsadüfi deyil ki,  güllərlə bağlı  müxtəlif inanclar hələ lap  qədim dövrlərdən mövcud olub. İnsanlar hər gülün  müəyyən məna  ifa etməsinə, onların əhval-ruhiyyəmizə müsbət təsir göstərməsinə inanıblar. Güllər istənilən dövrdə hisslərin ən yaxşı ifadə  üsulu hesab  olunub. Bəziləri sözlə deyə  bilmədiklərini məhz təbiətin  bu gözəl möcüzəsi vasitəsilə asanlıqla izah ediblər. Bunun üçün sadəcə olaraq hər bir gülün mənasını bilmək kifayətdir.Məsələn: qızıl gülün məhəbbət, həyat və qələbə rəmzi olması heç kimə sirr deyil. Ayrılmaq istədiklərini sözlə deməyə çəkinənlərin köməyinə isə sarı güllər gəlirmiş.Tam açılmış gül ötən günlərin xatırlanması, yarımçıq açılmış gül yeni gün, təzə qönçə və tumurcuq gələcəyə inam mənasını ifadə edir. Ağ akasiya bir çox ölkələrdə bu günün özündə də saflığı və məsumluğu ifadə edir. Zanbağın eleqant ləçəkləri "gözəlliyiniz valehedicidir" anlamına gəlir. Maraqlıdır ki, qədimdə insanlar üzərlərindəki ağırlığı və mənfi enerjini götürmək üçün kaktusdan istifadə  edirdilər. Amma güllərlə bağlı inancların heç də hamısı sevinc hissi ilə bağlı deyil. Məsələn: evdə qurumuş gülün saxlanması, bağışlanan büketdəki gülün sayının cüt olması bədbəxtliyə, kədərə yozulur.

Güllər müəyyən məna ifadə etməklə yanaşı həm də insanın əhval-ruhiyyəsinə də təsir etmək gücünə malikdir. Burada əsas rolu gülün hansı rəngdə olması oynayır. Məsələn: ruh düşkünlüyü zamanı qırmızı güllər insana əlavə güc verib onu fəallaşdırmağa  qadirdir. Mavi, bənövşəyi, ağ və yaşıl güllər isə əksinə insanı sakitləşdir.

 

16 aprel 2011
GO BACK