Mayın 31-də autizm sindromlu uşaqların ölkəmizdə ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək.
Festivalın təşkilatçıları "Birgə və Sağlam" İctimai Birliyi, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllüləridir. Layihə Heydər Əliyev Fondu tərəfindən dəstəklənir.
Heydər Əliyev Mərkəzində keçiriləcək festivalda autizimli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdirəcəklər. Rəqslərlə, solo, xor şəklində ifalar, tanınmış sənətçilərlə birgə çıxışlar ilə zəngin olacaq festivalda autizm sindromlu uşaqlar podiumda bir model kimi də bacarıqlarını göstərəcəklər.
Autizmli uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazirlanan kolleksiyanı təqdim edəcəklər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzinin 10 uşağı nümayiş etdirəcək.
Festivalda qardaş ölkə Türkiyədən də istedadlı autizmli uşaqlar iştirak edəcək və İzmir Autizm Orkestri - İZOT xor qrupu maraqlı proqramla cıxış edəcək.
Autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edən festival həm də maarifləndirici xarakter daşıyır. Tədbir ərzində qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər, sosial çarx, klip göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların festivalda özlərini bizlərdən biri hiss etmələri üçün onlarla həmyaşıd olan normal inkişaf edən uşaqların da bəzi nömrələrdə birlikdə çıxış etmələrinə şərait yaradılacaq. Bununla cəmiyyətdə inkluiziv düşüncə tərzinin artmasına da təkan verilmiş olacaq.
Tədbir autizmli uşaqlara həsr olunan, musiqisi Əməkdar artist Tünzalə Ağayevaya, sözləri Murad Arifə məxsus "Fərqliyəm" mahnısının sədaları altında Dövlət Pantamima Teatrının aktyorlarının iştirakı ilə təqdim olunacaq “Autizm-fərqli və bizdən biri” flaşmobu ilə başa catacaq
XƏBƏR LENTİ
Təkər, Lada adını qoymaq istədilər-FOTO
Gələn il üçün bayramlarla bağlı sərəncam imzalanıb
Əfsanəvi idmançı avtobusla yarışdı
Qara duzun xeyri və zərəri
Toya yazdırdığımız nəmər də azalacaq?
Rus dili - РќРЅ
Rusiyanın Əməkdar artisti 54 yaşında dünyasını dəyişdi
“Instagram”dan yenilik
İnternetin uşaqlara zərəri
Sürpriz ürək tortu (foto resept)
Alimlərdən mühüm kəşf
Araşdırmalara görə ideal kişi
Bu Qala kimin qalasıdır?
Azərbaycana gələn şəxslərə müraciət edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
HAVA necə olacaq?-28 Sentyabr
İstirahət günləri üçün hava proqnozu açıqlandı
Ən effektiv pəhriz: - 5 günə 5 kq arıqla
Ermənistan Azərbaycan mallarına qadağanı ləğv etdi: "Gedib türklərə yalvarırlar ki..."
Əhali üçün pulsuz müayinələr aparılacaq
Evliliyin ən çətin və xoşbəxt illəri
Dadlı tost (foto-resept)
8 nəvəli nənə dördəm əkizlərə hamilədir - FOTO
Mehriban Əliyeva zəlzələ ilə bağlı tapşırıq verdi
iOS alış-verişdə lider oldu
ABŞ-da müxbir canlı yayıma şalvarsız çıxdı – VİDEO
Sabah çox isti olacaq
ABŞ senatoru prezident İlham Əliyevi təbrik edib
Ləzzətli kabab
Uşaqlarda dizenteriya xəstəliyi
Ermənilər torpağımıza soxulmaq istədilər: zabit və əsgərimiz şəhid oldu
Saç düzümləri
Tailanda böyük meteorit düşüb
Yeni ixtira: telefonlarınızın batareyası bir dəqiqədə dolacaq
Albalı tortu "Qara meşə" (foto resept)
"Kəpəz" "Qəbələ"ni məğlub etdi
Prezidentin köməkçisindən karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA: “Mayın 31-dən sonra...” - VİDEO
Şumaxerdən xəbər var
Öldüyü deyilən Kim Çen In ictimaiyyət qarşısına çıxdı - FOTO
Yayda sağlam arıqlamağın yolları
Emin atası və oğulları ilə - FOTO
Bakıda zəhərli balıq satılır!
Azərbaycanda bir gecəlik çıxışının qiyməti REKORD HƏDDƏ ÇATDI
Ziyafət üçün qısa donlar
“Xəzər həftəsi”nə start verilir
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Facebook videoreklama başlayır?
BÜRCLƏR bizə nə vəd edir? - 30 mart
Şahzadənin nişanlısı indi də burnu ilə GÜNDƏMƏ GƏLDİ вЂ“ FOTO
Ən çox yayılmış burun tipləri















- ŞƏRHLƏR