Bir neçə il əvvəl hərbi xidmətdən mülki həyata qayıtmaq istəməsə də, atasının təkidi ilə bu sahə ilə yollarını müvəqqəti ayıran 22 yaşlı Fazil Məmmədlinin taleyi Vətən Müharibəsində yenidən həmin yola çıxdı.
Qadin.Net bildirir ki, Qafqazinfo evin tək oğlu olan şəhidin Ağstafa rayonunun Vurğun qəsəbəsində yaşayan ailəsindən reportaj hazırlayıb.
Fazil orta məktəbi bitirdikdən sonra Ağcabədi rayonunda hərbi xidmət keçib və sonda qalaraq hərbçi kimi həyatına davam etmək istəyib. Lakin atası Razim Məmmədli Ağcabədinin uzaq olmasına görə yeganə oğlundan uzaq düşməmək üçün, onu tez-tez görə bilmək üçün bu məsələyə könülsüz yanaşıb.
Fazil də atasını, ailəsini incitməmək üçün bu sevdadan əl çəkmiş kimi davranıb. Lakin bir ürəyi daim hərbidə, döyüşlərdə qalıb. Mülki həyata qayıdandan bir müddət sonra çıxış yolu tapıb: daha yaxın məsafədə hərbçi kimi davam etmək. Hazırlaşıb, imtahan verib və Qazax rayonunda “MAXE” kimi hərbi xidmətə davam etməyə qəbul olunub.
Fazil orta məktəb dövründən hərbi formanı çox sevirdi. Anası Lətifə xanım deyir ki, ətrafındakı hərbçilərlə görüşərkən onların papaqlarını başına qoyub fəxrlə ona göstərərmiş.
O, oğlunun şəhid olması xəbərini onkoloji xəstəliyi olan ərini xəstəxanaya apararkən eşidib. Fazil ilk günlərdən döyüşlərdə iştirak edib, lakin bunu ailəsindən gizlədib. Oktyabrın 10-da Füzuli şəhəri uğrunda döyüşlərə yollanərkən ailəsinə məlumat verib.
Döyüşçü yoldaşı deyir ki, Fazil sonuncu döyüşə gedəndə sağollaşıb bir qədər getdikdən sonra yenidən geri qayıdıb və onu qucaqlayaraq “bəlkə, şəhid olaram, qayıtmaram” deyib. Fazil son günündə şəhadətə ucalacağını artıq hiss edib və bunu bilərək qəhrəmancasına atıcı kimi döyüşlərə qatılıb. Fazil müharibədən öncə xidmətdə olarkən snayper kursunu bitirib və cəbhə zonasına snayperçi kimi düşmənin susdurulmasında rolu olub.
Bacısı Günay Məmmədli deyir ki, arxa dayağı olan qardaşının şəhid olduğunu eşidəndə onun yoxluğunu xəstə atası ilə doldurmağa çalışıb. Günay hazırda tələbədir və qardaşına söz verib ki, mütləq oxuyacaq, yaxşı oxuyacaq və müəllim olacaq.
Günayın bir arzusu da var: müəllim olub illər boyunca bütün şagirdlərinə qardaşından və onun kimi qəhrəmanlardan danışsın, onları tanıtsın və yaddan çıxmağa qoymasın.
XƏBƏR LENTİ
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Ancelina Coli ona dəstək oldu-FOTO
Cəbhədə erməni hərbçilər öldürüldü
Londonun müsəlman simaları
Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb
Hay-küylü "Lavrov planı"nın nəticəsiz sonu
16 kameralı smartfon gəlir
Qatıq və yulaf pəhrizi
Kolbasa alarkən nəyə diqqət etməli?
Evlərin dam örtüyü dəyişdiriləcək
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Qış gəldi, amma istilik yox
Yaxınları Dilqəm və Şahbazı görə bilərlər
Dramatik sırğalar
Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)
Öyrəndim ki...
"Gəlin" ləqəbli şəlalə
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib
Kəs, yapışdır
Serenay Sarıkaya çimərlik FOTOsunu paylaşdı
Aclıq hissinin aradan qaldırmağın yolları
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
Azərbaycanda regionlar dəyişdirilir
2018-ci il dövlət büdcəsi qəbul edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Obama Putini təklədi
Sılanın və Ahmetin davasının SƏBƏBİ açıqlandı-FOTO
Müğənni Məhəbbət Kazımov dünyasını dəyişdi
Bunları tozsoranla təmizləməyin
10 min manatlıq güzəşt reallaşır
"Terrorun dini yoxdur"
Bəlkə bir şans verək?
Yeni dünya rekordu - 5,25 saniyə
Ordumuz erməni generalının qardaşını vurdu
26- kq arıqlayan qadın onu tənqid edənlərə cavab verdi-FOTO
Leyla Əliyeva Moskvada iftar süfrəsi açıb
800-ə yaxın yeni ad lüğətə daxil ediləcək
Qadınların dəhşətli bəlasının sirri açıldı
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
Hamiləlikdə bunları bilmək vacibdir
Keçmişin 3 milyarderi
Bakıda 700 manata alça satılır
Azərbaycanda sənaye sahəsində 7700 daimi iş yeri yaradılacaq
Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir - RƏSMİ
Dünyanın ən böyük aeroportu açılacaq-FOTO
Səfirin məktubu 123 MİN DOLLARA SATILDI
Hava haqqında - 15.08.2013
Mərkəzi Bankda "Ödəniş xidmətləri haqqında" qanun layihəsinin təqdimatı keçirilib
Antarktidada dünya sivilizasiyası üçün gözlənilməz təhlükə aşkarlandı
Limonlu çay kimə ziyandır?














