Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.
Qadin.Net report-a istinadən xəbər verir ki, mayın 14-də Rusiya Müftilər Şurasının dəstəyi ilə Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 1000-dən çox insan iştirak edib.
Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb.
Tədbirdə çıxış edən “Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən iftar süfrəsi ilk öncə Azərbaycanda islam dininə olan hörmətin göstəricisidir.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb. O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu bildirərək, müsəlmanların bayramını təbrik edib.
Rəsmi çıxışlardan sonra müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.
Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku” jurnalının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 14 ildir, Rusiya Müftiləri Şurasının “Ramazan çadırı” layihəsində iştirak edir.
XƏBƏR LENTİ
Netanyahu: "Dünyada İslama qarşı hücumlar təşkil olunmalıdır"
iPhone 6 belə olacaq?
Bu ilin ikinci Günəş tutulması olacaq
Sulu qara hazır olun
Azərbaycanda bu uşaqlara 36 manat veriləcək - Nazirlər Kabineti qərar verdi
Arxa ötürməli Kia GT4 Stinger
Dünyada ən ucuz internet hansı ölkədədir?
Dəbli çantalar
Uzun ömürlülüyün "açar"ı - Təndir çörəyi
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
HAVA necə olacaq?- 8 APREL
"Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradıb"
"YouTube" rəhbəri uşaqlarına telefonu qadağan edir-SƏBƏB
Bu gün Azərbaycanda 169 nəfər koronavirusa yoluxub, üç nəfər vəfat edib
Şüşə olmasaydı
Günün ulduz falı
Qış şaxtalı keçəcək? - Rəsmi açıqlama
Telefon dələduzluğu: bizdə belə şeylər olurmu?
Qarın yağlarının sürətlə əridilməsi
Məşhur cütlük hər kəsin içində mübahisə etdi-FOTO
Kişi qadın dostluğu
Yay üçün ayaqqabılar
Boyunuza görə ideal kilo necə hesablanır?
Əhməd Ağayevin anım günüdür
Azərbaycanda peşə təhsili ilə bağlı strategiya hazırlanacaq
Qabaq kotleti (foto resept)
İrandan Azərbaycana maraqlı təklif
Dünyanın ən soyuq şəhəri
Pizza kağızlarından gəmi düzəltmək (FOTO)
Ulduz futbolçu: "Azərbaycan dilini..."
Yayda sağlam qidalanma üçün tövsiyələr
İlahilər
Stadion istismara verildi
Ağ və qırmızı turpun faydaları
Boyundakı duzları necə əritməli?
Jirinovskinin yeni sevdası
Məmməd Əmin Rəsulzadənin şəklinin üstü açıldı
Türkiyə döyüşə hazırdır
Xüsusi karantin rejimi günlərində pensiyaları necə almalı? - İZAH EDİRİK
Bayramdan sonra necə qidalanmalıyıq?
Bakı sürücülərinə müraciət olundu
BMW-dən ən sürətli 2-Series
Uşağın cinsiyyətini öyrənmək qanunla yasaqlanacaq
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Dünya üzrə koronavirusa yoluxanların sayı 62 milyonu keçdi
Dünyanın ən bahalı kirayə evi odur?
Britni Spirs növbəti ailə qalmaqalına qarışdı
Yeni ildə bir həftə iş olmayacaq
Yaddaşı bərpa etmək olacaq?