
Qeyd edək ki, kolbasa məmulatı alarkən onun bir sıra əlamətlərinə diqqət yetirmək vacibdir. Kolbasa məmulatının (sellofandan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olaraq, ətə yaxşı yapışmalı, qabığın üzərində kif olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır.
Məhsulun iyi və dadına gəlincə, bu növ kolbasalara qatılan ədviyyatın xoş iyi və dadı hiss olunmalıdır. Kənar maddələrin iyi, qaxsıma və turşuma kimi xoşagəlməyən iy və dad hiss olunmamalıdır. Kolbasa məmulatını bıçaqla kəsdikdə qiyməsinin rəngi həmin məmulatlar üçün xarakterik olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır. Hisə verilmiş kolbasalarda qiymə bərabər dərəcədə çəhrayı olmalı, bozumtul ləkələr olmamalı, piyin rəngi ağ və ya çəhrayı olmalıdır.
Kolbasa reseptində məmulata əlavə qatışıqların-nişasta, un və s. qarışdırılması da nəzərdə tutulur. Əks halda, kolbasa öz konsistensiyasını itirə bilər. Amma bəzən istehsalçılar əlavələri normadan artıq etməklə istehlakçını aldadırlar.
Belə ki, normadan artıq qatışıqlar vurulanda kolbasada ətin miqdarı azalır və bu onun keyfiyyətinə təsir göstərir. Nəticədə istehlakçıya daha az enerji verən məhsul satılmış olur. Bu da onların qanunvericiklə təsbit olunmuş hüquqlarının pozulmasına səbəb olur.
Ümumiyyətlə, hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş və bişmiş halda olan kolbasa növlərinin hər biri standartların tələblərinə, texniki şərtlərinə cavab verməlidir. Məsələn, bişmiş kolbasanın tələblərinə görə 100 kq kolbasaya 2,3 kq xörək duzu istifadə olunmalıdır. Bundan başqa, orqanizmə mənfi təsir göstərən ağır metal duzları, nitritin normadan artıqlığı və ya digər bakteroloji göstəricilər təhlükə törədərsə, bu məhsulların satışa buraxılması yolverilməzdir.
Kolbasa məmulatlarının növündən asılı olaraq saxlama və satış müddətləri müxtəlifdir. Məsələn, bişmiş kolbasalar və ya batonlar 72 saat, paştetlər 24 saat, başqa bişmiş kolbasalar 48 saat, yarım hisə verilmişlər 10 sutka, bişmiş hisə verilmişlər 10 sutka, çiy hisə verilmişlər 4 aya qədər saxlanıla bilər. Bəzi növ kolbasaların saxlanma müddəti və şəraiti isə onlar üçün təsdiq edilmiş resepturalar əsasında müəyyən edilir. Mənfi 9-7 dərəcədə yarımhisə verilmiş kolbasalar 3 aya qədər, bişmiş hisə verilmiş kolbasalar 4 aya qədər, çiy hisə verilmiş kolbasalar isə 9 aya qədər saxlanıla bilər.
Üzərində etiketi olmayan, buraxılma tarixi, yararlılıq müddəti göstərilməyən, yaxud bu müddətləri ötən kolbasaları almaq olmaz. Ticarət şəbəkəsində mövcud tələblərə cavab verməyən şəraitdə saxlanılan keyfiyyətsiz kolbasa məmulatlarına rast gəldikdə dərhal Dövlət Xidmətinə müraciət etmək lazımdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Şokoladlı, qozlu biskvit (foto resept)
Sarkisyan mühasirədə
Ledi Qaqa fanatlarını söydü-SƏBƏB
Günün qoroskopu:Bədxərclik etməyin!
Ürək sağlamlığını qorumaq üçün tövsiyələr
Heyva cemi (foto-resept)
Qorxularımdan qorxuram
Ümumdünya Solaxaylar Günüdür
Heç bitməyəcək ana-qız qarşıdurması!
Düşüncələri oxuya biləcəklər
44 günlük Vətən müharibəsində yaralanan mayorumuz evinə qayıtdı - VİDEO
Qalaktikaların qatili tapıldı
İƏT ictimaiyyəti müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyə çağırdı
Ailə quracağımız şəxs taleyimizə yazılıbmı?
İndoneziya Azərbaycanla birgə avtomat istehsal etmək istəyir
Kəsiri olan tələbələrə müjdə!
Putindən Suriyaya soyuq duş
40 min illik soxulcanlar dirildilər-FOTO
Leyla Əliyeva tibb müəssisələrində - FOTO
10 milyon dollarlıq alma satılır-FOTO
Ən çox hansı bürclər varlı olur?
Azərbaycan diasporu fəalının rəhbərlik etdiyi fond Moskvada xiyaban salıb
İki ailə
Toy tortları
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
İnanılmaz kadrlar: qatillə oyun
Valideynlər uzaqdan övladlarının dərs prosesini izləyə bilər
Diqqət testi
Qidaya görə həzm olunma saatı
At quyruğuna qonmuş kəpənək fotoqrafı
Daha nəyin qiyməti qalxdı?
Edis yeni imicdə-FOTO
Nyu Yorkda ilk Qafqaz irsi festivalı keçirilib
Ard-arda terror Türkiyəni sarsıtdı: 3 ölü, 35 yaralı
Dəbli koftalar
Porsche 911-ə rəqib hazırlanır
"Su-25 "Boinq"i vura bilməz"
Bakı-Sumqayıt qatarı bu gün işə düşür
İpək donlar
Sadə badımcan salatı (foto resept)
Təsbihati-ərbəənin sirri və mənası nədir?
Dərinizə şəfalı bitkilər
Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlanıb
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində - FOTO
2015-ci ilin saç kəsimləri və rəngləri
Raxitlik xəstəliyi
Ermənistan Goranboy-Naftalan istiqamətlərini atəşə tutur
Uşaqlar üçün şokoladlı tortların bəzədilməsi
BÜRCLƏR bizə nə vəd edir? - 23 mart
1 milyon dollarlıq əsərə 100 avro















- ŞƏRHLƏR