
72 yaşlı Zübeydə xalanın baş aça bilmədiyi qurğu biorezonans terapiya aparatı adlanır. 1977-ci ildə kəşf olunan biorezonans terapiya aparatı dünya təcrübəsində çoxdan istifadə olunsa da, Azərbaycanda yeni-yeni tətbiq edilməyə başlayıb. Biorezonans terapiya dünyada analoqu olmayan, insan orqanizmindəki bioloji aktiv nöqtələrə elektromaqnit dalğaları vasitəsilə təsir göstərməklə virusların, qurdların, parazitlərin təyin olunma və müalicə metodudur.
Zübeydə xala bu vaxtadək həkimin onu müayinə edərək xəstəliyini söyləməsini və ona uyğun müalicə tətbiq etməsini öyrəşmişdi.
Əslində Zübeydə xalanın təəccüblənməyi səbəbsiz deyil. Belə ki, artıq tibb müəssisələrində müxəlif xəstəliklərə diaqnozların qoyulması insanın yaratdığı aparatla edilməsi bir qədər narahatlıq doğurur. Bu cür xəbərləri eşidərkən insanın ağlına bir sual gəlir necə ola bilərki, aparat insana həkimdən daha doğru diaqnoz qoysun? Axı bu cür qurğuları da yaradanlar da insanlardır?” Bu aparatla qoyulan diaqnoza etibar etmək olarmı?
Azərbaycanda bu sahə ilə çoxdan məşğul olan həkim Şəhla Abışova hesab edir ki, çoxları biorezonans terapiya vasitəsilə yalnız qurd xəstəliklərinin müalicə olduğunu düşünsə də, amma bu üsul vasitəsilə bütün orqanları, saçın ucundan tutmuş dırnağın ucunadək bütün sistemləri kompleks şəkildə müayinə etmək mümkün olduğunu hesab edir.
“Doğrudur, son zamanlar insanları sağlamlıqlarında narahat edən ən başlıca məsələlərdən biri qurdlardır. Amma bu aparat vasitəsilə xərçəng, hemofiliya, serroz, hepatitdən tutmuş dəri, əsəb, onurğa, ciyərlər, burun, ağız və s bütün orqanlarda hansı toxumada hansı xəstəliklər, hansı pozuntular varsa, aşkarlanır. Həmin terapiya ilə problemli orqandakı dalğalar təsdiq olunur. Bütün orqanlar və sistemlərdə olan pozğunluqlar təyin edildikdən sonra həmin orqanlar da müalicə olunur”, - deyə Şəhla Abışova bildirir.
Bu aparatın müayinə prinsipinə gəlincə, həkim bildirdi ki, diaqnostika üsulu ondan ibarətdir ki, hər bir canlının orqanizmində rezonans dalğalar var. Hər bir xəstəliyin, hər bir parazitin qurduğu patoloji ocağın özünün dalğası var ki, insanın normal dalğasından fərqlənir. Biorezonans müayinə cihazı çox həssas cihaz olduğuna görə, o dalğaları tutur və həmin dalğalarla orqanizmdə olan problemləri təyin edir. Məsələn, orqanizmdə askarida qurdu varsa, yumurtasının hansı orqanda, toxumada, beyində, ağ ciyərdə, gözdə və ya bağırsaqda olması müəyyən olunur.
Ənənəvi təbabətdə şəkərli diabetin müalicəsində şəkəri salmaq üçün xəstəyə insulin vurulursa, biorezonans müayinə ilə şəkər təsdiq olunduqda bunun səbəbi mədəaltı vəzdirsə, həmin orqan müalicə edilir və şəkərin miqdarı özü aşağı düşür. Orqanizmin reqüləedici sistemləri işə düşüdüyünə görə, orqanizmdə həmin orqan normal işləməyə başlayır. Bu üsulla hormonal, biokimyəvi, qaraciyər, böyrək, qan, sümük, mikroelementlər bunlar heç bir qan götürülmədən 2 dəqiqə ərzində müayinə olunur.
Tibb eksperti Rəşid Mahmudov Azərbaycanda müasir diaqnoz aparatlarının çox olmasını vacib hesab edir. “Elə xəstəliklər var ki, onları yalnız aparatlarla müəyyən etmək mümkündür. Məsələn beyində şiş, və ya prostat vəzisində xərçəng. Bunu başqa heç bir yolla müəyyən etmək mümkün deyil. Bizdə başqa bir problem var ki, bu diaqnoz aparatlarını mütəxəssislər işlədə bilmirlər. Aparat diaqnozun qoyulmasında əsas rola malik olsa da, burada həkimin də rolu həlledicidir. Bəzən həmin aparatları elə adamlar işlədir ki, onların da heç anatomiyadan başı çıxmır. Özəl müəssisələrin çoxunda rəhbərlik həmin aparatları gətirməmişdən əvvəl öz həkimlərini xaricə göndərir ki, onlarla tanış olsun, kurs keçsin, sonra onları gətirir”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin açıqlamasına görə, nazirlik tərəfindən mütəmadi olaraq yeni müayinə aparatları alınır. Bu aparatlara işləmək üçün tibb personalı Səhiyyə Nazirliyi tərəfindən xarici ölkələrə kurs keçməyə göndərilir. Nazirlik rəsmisi kurs keçməyə göndərilən ölkələr arasında Türkiyə və Almaniyanın adını çəkdi. Əsasən, bu ölkələrdən olan şirkətlərə məxsus aparatlar alındığına görə, həmin ölkələrdən də mütəxəssislər gəlib treninqlər keçirlər.
Daha çox xarici mütəxəssislər Azərbaycana gəlirlər, çünki, aparatları quraşdıranda həm servis, həm aparatlara qulluq, həm də aparatlarla işləmək məsələləri var. Ona görə də mütəmadi treninqlərin keçirilməsi vacibdir. Biorezonans müayinə aparatlarına gəlincə, Anar Qədirli qeyd etdi ki, bu aparatlar çox baha olduğundan, bunlar əsasən dövlət xəstəxanalarına gətirilir, hər bir özəl tibb mərkəzinin isə onu almağa gücü çatmır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şəlalə soyuqda dondu
Bacısı ilə 9 ildir düşmən olan, şəhzadə ilə evlənən Meqanın keçmişi
Bakı Dövlət Universitetinin yaranmasından 94 il keçir
Qadınlar mobil oyunlara kişilərdən daha çox pul xərcləyir
Burakın 50 minlik uğur talismanı-FOTO
Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub
Oksana kraldan olan oğlunun üzünü göstərdi - FOTO
Goranboyda qeyri-adi buzov dünyaya gəldi
Ailə qurmaqdan qorxuram
Yeni nəsil istehlak vərdişlərimiz
Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
Dollara təsir edən QƏRAR
Instagram: Məşhurlar haker hücumuna məruz qalıb
Toyuq qutabı (foto-resept)
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
İrina Şeyk yeni imicdə-FOTO
Günün ulduz falı
Əhaliyə ipoteka müjdəsi: şərtlər və qaydalar yumşaldılır
Tolgahan və Almeda cütülüyünə 5 minlik hədiyyə-FOTO
Bakıda yaponlara möhtəşəm hədiyyə
Ataları fərqli olan EKİZLƏR
İnanılmaz olay: doğum evində qızları səhv saldılar
Handenin qumar oynadığı məlum oldu-FOTO
İnsanlar niyə bədbəxtdir və niyə intihar edirlər?
Novruz çərəzini necə seçməli?
Cəbhədə qızğın atışma
Azərbaycanda 17 mindən çox nömrə daşınıb
"Terinator"un aktrisası etiraf etdi-FOTO
Dünyanın ən gözəl adası seçildi – FOTO
Əl işləri
Günün ulduz falı
Məryəm Üzerli yeni fotosunu paylaşıb-FOTO
Arıqlamaq istəyirsizsə, bu məhlulu için.
Çində Azərbaycanın ilk Şərab Evi açıldı – FOTO
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı YENİLİK
"Canlı-canlı tabuta girmək qorxulu imiş"
Dəridəki çatların bitkilərlə yox edilməsi
Ağ Ev: ABŞ büdcənin olmaması səbəbindən İran və Suriyaya qarşı sanksiyalar tətbiq edə bilmir
Fransada Limon festivalı
5 dəqiqəyə daha arıq görünün
Qorxulu vərəm statistikası: necə qorunaq?
Sobada yumurtalı ispanak (foto-resept)
Reyhan Karacanın burnu sındı-FOTO
Bakı bulvarında daha onları görməyəcəyik
Azərbaycan dəmir yollarında yenilik var
1-ci sinfi 1 günə bitirmiş vunderkind - dünyanın ən zəkalı insanı
Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq
Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Yedikləriniz əhvalınıza təsir edir














