Prezident İlham Əliyevin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi” haqqında 22 oktyabr 2015-ci il tarixli Fərmanına əsasənDövlət Gömrük komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir sıra tədbirlər görülməyə başlayıb.
ANS PRESS-in məlumatına görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Elmir Quliyev bildirib ki, ölkə başçısının müvafiq fərmanına uyğun olaraq Azərbaycana gələn hər bir rezident, qeyri-rezident və fiziki şəxslər özləri ilə xarici ölkələrdən 10 min ABŞ dolları dəyərində hədiyyə, mal və əşyalar alıb gətirə bilərlər.
Yetkinlik yaşına çatmamış fiziki şəxslərin isə ölkəyə 2 min ABŞ dolları dəyərində mal və hədiyyə gətirməsi mümkündür. Bundan əvvəl isə həmin məbləğlər müvafiq olaraq 1500 və 200 ABŞ dolları idi.
Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci və 2-ci terminallarında Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısı, dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə Azərbaycan, ingilis və rus dillərində məlumat lövhələrində yerləşdirilib.
Həmçinin, Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı, ixrac rüsumunun dərəcələri göstərilməklə həm adlar, həm də kodlar üzrə axtarışların həyata keçirilməsinə, qanunla nəzərdə tutulan digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən elektron avadanlıqlar quraşdırılıb.
Gömrük idarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan keçirilən malların üzərində gömrük rəsmiləşdirilməsinin aparılması üzrə müraciət qaydaları və qeydiyyat məsələlərini tənzimləyən texnoloji sxemin təkmilləşdrilməsinə də diqqət yetirir. Aeroporta daxil olan və gömrük sərhədini keçmək istəyən hər kəs sxemə görə yaşıl və qırmızı kanalı seçə bilər.
Əgər fiziki şəxsin üzərində bəyan ediləsi bir əşyası yoxdursa, onlar rahat şəkildə yaşıl kanala üz tuturlar. Əks halda qırmızı kanal seçilməli olur. Zərurət olduqda gömrük orqanının vəzifəli şəxsləri yaşıl kanalda gömrük nəzarətinin Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə nəzərdə tutulmuş istənilən formasını tətbiq edə bilirlər.
Bütün bunların tətbiqində məqsəd gömrük işi sahəsində prosedurların sadələşdirilməsi, istər ölkə vətəndaşlarına, istərsə də əcnəbilərə göstərilən gömrük xidmətinin keyfiyyətinin artırılması və onların rahatlığının təmin edilməsidir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR