Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
1.1. I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlər görsün;
1.2. akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etsin;
1.3. akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
2. Müəyyən edilsin ki:
2.1. müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər;
2.2. I Avropa Oyunlarına bilet əldə etmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər:
2.2.1. Oyunların açılışına 10 gün qalmışdan etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər;
2.2.2. viza üçün müraciət etdikdə I Avropa Oyunlarına bileti və ya biletin əldə olunmasını təsdiq edən sənədi təqdim etməlidirlər;2.3. I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb olunan və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
4.1. I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Olimpiya Komitəsinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
4.2. I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
7. Bu Sərəncamın 2.1-ci bəndi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir"
XƏBƏR LENTİ
Günün qoroskopu: yaranmış situasiyanı təhlil edin
Culiya Robert Malibuda dincəlir-FOTO
Yanan bina sakinləri evlərinə geri dönür
Meyvəli pizza(foto resept)
"Bölmələrimiz yüksəklikdəki düşmən mövqelərini darmadağın etdi"
Facebook istifadəçiləri təhlükədə
Dünyanın ən sürətli futbolçuları seçildi
Yeni ildə "Küpəgirənin hiyləsi" göstəriləcək
Bakıda bu gün məşəl hansı yollarla daşınacaq? (ÜNVANLAR)
Ən çox silahı hansı ölkə alıb?
Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
Mən dönə bilmərəm!
Yeni bəla gəldi
Qarabağdan danışdılar
Demet Can Yamana qadağa qoydu
Saç və göz rənginə görə makiyaj necə edilir?
Heykəl kimi insan…
Türk nazir İsrailə görə sammiti tərk etdi
İşğal illərində Aşağı Gövhər ağa məscidinin düşdüyü vəziyyət - VİDEO
Bakıda sürücü fırıldağı: işığı yandır...
Azərbaycan hərbçisindən çağırış - VİDEO
Duyğuların qoxusu
“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası və zərfləri dövriyyəyə buraxıldı
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində - VİDEO
Günün ulduz falı
Günün qoroskopu: münasibətlərdə ciddi problem yarana bilər
Aranızda soyuqluqmu var...
Ətirşah yağı - təbiətin qadınlara hədiyyəsi (1)
Məşhur müğənni həbs oluna bilər-SƏBƏB
Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev şokda
Qadın.Netlilərin son zəng xatirələri (2)
Bakı Metropoliteni bir sıra stansiyalarda əlavə çıxışların tikilməsi imkanlarını öyrənir
Hava haqqında
Sehirli uşaq kostyumları
Nar "xəstələnib"
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi-FOTO
Pendirli pomidor dolması (foto-resept)
Zahid Oruc: “1,5 -2 milyon vətəndaşımızı işğaldan azad olunan ərazilərdə yerləşdirməliyik”
Fədayə Laçın yeni İMİCDƏ - VİDEO
Yumor hissinə malik robot hazırlanır
İstanbulun tarixini yenidən yazdıracaq TAPINTI - FOTO
2016-cı ildə nə olacaq?
Məleykə Abbaszadə: "Ola bilər ki, bu il müəyyən plan yerləri boş qalsın"
Çöp şiş (foto-resept)
Kakaolu peçenyelər (foto resept)
Hamilələrin isti suya girməsi zərərlidirmi?
Şəkər xəstələri, günəşə diqqət!
Azərbaycanda idman federasiyası dağılır?
Azərbaycanda ilan və əqrəb sancmasına qarşı xəbərdarlıq olundu
Con Frenç Sloanın rəsmləri