«Məsafədən işi» rəsmiləşdirməyi unutmayın
Təəccüblü deyil ki, Azərbaycanda bütün ofisi məsafədən işə keçirmək arzusunda olan işəgötürənlər də var.
Lakin sual meydana çıxır: bu cür «məsafədən münasibətləri» necə rəsmiləşdirmək olar ki, onun əməyinin ödənilməsin də «məsafə» yaranmasın. Şifahi razılaşmalar işçinin hüquqlarının, vəzifələrinin və hüquqi cəhətdən təsbit olunmaması cəhətdən təhlükəlidir və bunun nəticəsində həm işçi, həm də işəgötürən tərəfindən vəzifələr yerinə yetirilməyə bilər.
Şirkətlərin rayonlardakı ticarət nümayəndələri tez-tez məsafədən işləyirlər. Onların baş şirkətlərlə münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, mülki-hüquqi xarakterli əmək müqavilələri ilə tənzimlənir. Bir çoxları «məsafədən işə» gedərək, özləri fərdi sahibkarlıqda məşğul olurlar ki, buda bir çox hallarda çox riskli işdir.
«Məsafədən» işləyən şəxs Əmək Məcəlləsinin 44-cü maddəsinin 1 və 6 bəndlərinin tələbələrinin yerinə itirilməsində israrlı olmalıdır. Həmin bəndlər müqavilənin yalnız yazılı şəkildə tərtib olunmasını , sənəddə dəyişikliklərin isə tərəflərin razılığı ilə edilə biləcəyini ifadə edir. İşin gedişində yaranan əlavə vəzifələr əmək müqaviləsinə daxil edilir. Əgər onların həcmi böyükdürsə, o zaman ilkin əmək müqaviləsi yenidən tərtib olunur və ya düzəlişlər ayrılıqda tərtib və təsdiq olunur.
Peşədən və ixtisasdan asılı olaraq, məsafədən işləri uşağa qulluğa görə məzuniyyətdə olan qadınlar, hərəkətində məhdudiyyətlər olan, habelə əlil şəxslər yerinə yetirə bilər. Əmək Məcəlləsinin 240-cı maddəsi hamilə və üç yaşadək uşağı olan qadınlarla müqavilənin bağlanmasından imtina edilməsini qadağan edir.
Bəzi hallarda virtual ofis – yalnız internetdə mövcud olan, ünsiyyətin yalnız müasir rabitə vasitələri ilə aparıldığı ofislərin işçiləri məsafədən işçilər olurlar. Məcəllənin 149-cu maddəsi işin işəmuzd ödənilməsi zamanı qiymətləri müəyyən etməyə kömək edər.
Ofisdən kənarda işləmək kimin üçün məqbuldur?
Mədinə Orduxanova bildirir: Düşünürəm ki, məsafədən işləmək üçün ən məqbul sahələr jurnalistika, tərcüməçilik, incəsənət sahəsində işlər və İT sahəsidir».
Marketinq, reklam və PR sahələrində məsafədən iş məsələn, meqapolis şəraitində hərəkətə sərf olunan vaxtın qənaət edilməsi üçün ən geniş yayılmış üsullardan biridir. Tədbiri, reklam kampaniyasını təşkil etmək üçün daim ofisdə olmaq lazım deyil. Ekspertlərin fikrincə, kreativ peşələrin mütəxəssisləri üçün ofis işi onların yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması məsələsində maneəyə çevrilə bilər.
«Biz məsafədən işin formatını o zaman nəzərdən keçiririk ki, ixtisaslı mütəxəssisləri lokal olaraq tapa bilmirik. Bu cür hallarda biz məsələn jurnalistləri, proqramçıları MDB-nin digər ölkələrində axtarırıq.
«Bir qayda olaraq, motivasiya səviyyəsi və əvvəlki iş təcrübəsinə görə işçinin məsafədən işləyə bilib-bilməyəcəyini başa düşmək olar. Zənnimcə,
bu cür işçiləri maksimum səyyar şəkildə işləməyin qəbul olunduğu biznes-mədəniyyətdə tapmaq asandır», – deyə Biznesinfo.az saytının həmtəsisçisi Natalya Korobko bildirir.
Bəzi hallarda iş şəraiti yaradılarkən təklik, çevik iş qrafiki, məxfilik kimi məsələlər nəzərə alınır ki, bu da ofisdə görülən «ictimai» işlə müqayisədə məsafədən işin üstünlüklərini aşkar edir.
Qeyd etmək lazımdır ki, məsafədən iş heç də həmişə iqtisadi cəhətdən özünü doğrultmur. Əksər hallarda bucür işin qiyməti ofisdə görülən işdən ucuz qiymətləndirilmir. Lakin, təşkilat prosesinin xüsusiyyətlərindən asılı olaraq, ona daha çox üstünlük veriləcək. Bu yüksək rəqabətin mövcud olduğu «fərdi yaradıcılığa» əsaslanan satışlar, layihələr, diqqətin xüsusilə cəmləşdirilməli olduğu iş növlərində: analitika, sistemləşdirilmə, alqoritm yazılması, məsləhətləşmənin bəzi növləri üçün səciyyəvidir.
«Məsafədən işin kifayət qədər uğurlu yerinə yetirilməsi bir çox sahələrdə mümkündür. Lakin üç daha çox qabarıq sahələri qeyd etmək lazımdır. Bunlar konsaltinq, distant təhsil (müəllimlik) və marketinqdir. Hesab edirəm ki, Azərbaycanın əmək bazarında işin bu formatda təşkilinin əhəmiyyətini və vacibliyini diqqətə çatdırmaq hələ ki müyəssər olmur», – ARDNŞ idarəetmə hesabatlılığı və büdcə şöbəsinin aparıcı iqtisadçısı Rəşid Abbasov bildirir.
Beləliklə, ofis işçilərinə adətən işdə oturduqları vaxta görə, məsafədən işçilərə isə işin nəticəsinə görə pul verirlər. Məsafədən işçi maaşa işlədiyi nadir hallar istisna təşkil edir. Yəni, evdə işləyərkən siz işdən ayına bilməzsiniz, belə ki, işi vaxtında təhvil verməsəniz, sadəcə olaraq əmək haqqından məhrum olacaqsınız.
Hüseyn bəy İsmayıl
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR