Tərkibi:
1 kilo sümüklü və ya sümüksüz qoyun əti – orta tikələrə doğranmış
6 x. q. yağ
1 ədəd iri baş soğan – uzunlamasına yarı bölün sonra nazik-nazik doğrayın (aşın qarasında olduğu kimi)
4 stəkan təmizlənmiş şabalıd
duz
istiot
bir çimdik zəfəran tozu
2 x. qaşığı qaynar su
2 stəkan turşməzə nar dənəsi (Gülöyşə narı yaxşı olardı).
Hazırlanması:
Əti bir qazana qoyub, qazanı suyla doldurun. Əti qaynadın və içinin qırmızısı gedənədək suda bişirin. Bu müddət ərzində kəfini yığın.
Ətin suyunu süzüb bir kanara qoyun. Əti ayrı qaba qoyun.
Tavada (kənarları bir az hündür olsun) yağı qızdırıb soğanı bir az saralanadək qızardın.
Əti soğana əlavə edib, tez tez qarışdıra-qarışdıra bərabər qızardın (təxminən 20 dəqiqə).
Təmizlənmiş şabalıdı ətə əlavə edin. Zərəfan tozunu 2 qaşıq suda dəmləyin, sonra isə bu dəmi ətə əlavə edin.
Kənara qoyduğunuz ət suyundan 1 stəkan götürüb qazana əlavə edin. Zövqə görə duz və istiot vurun.
Tavanın qapağını qoyun və yeməyi orta odda təxminən 30 dəqiqə, və ya ət bişənədək bişirin. Bişməzdən 5 dəqiqə əvvəl narı əlavə edib bişirin. Süfrəyə ya plov ya da çörəklə verin.
Qeyd: Bu yemək qaldıqca nar qaraldığına görə, bunu bişdikdən sonra həmən yemək məsləhətdir. Əgər sonra yemək üçün bişirirsinizsə, onra narı süfrəyə verməzdən əvvəl qazana əlavə edib bişirin. Və yaxud, narı heç bişirməsəniz də olar. Bir qaba qoyun ki, hər kəs istədiyi qədər isti yeməyinə nar əlavə etsin, bişirmədən.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
