"Təmizlik imandan gəlir" deyib atalar. Təbii ki, bu həm insanın özünün, həm də yaşadığı mühitin təmizliyinə şamil edilmiş bir misaldır. Daimi səliqəli, təmiz mühitdə yaşamaq, evdə qalmaq bütün insanlar üçün xoş təəssürat bağışlasa da bu təmizlik bir anın içində baş vermir. Bunun üçün müəyyən zaman, səbr, təmkin, qabiliyyət lazımdır.
Məhz bu səbəbdən hər kəs təmizkar olmur, təmizliyə meyl etmir. Belə olan anlarda isə insanın yardımına ikinci bir qüvvə yetişir; təmizlik şirkətlərinin təklif etdiyi xidmətlər. Hər kəs bu cür xidmətlərdən istifadə etmir, çünki bəziləri üçün evin işinin sadəcə evdə olanlar tərəfindən edilməsi daha məqsədəuyğundur. Təmizlik şirkətləri isə son dövrlər yüksəliş dövrünü yaşayır desək yanılmarıq. Belə ki, əvvəllər sadəcə iş yerləri və ofislərin təmizliyi ilə məşğul olan şirkətlər bu gün ev təmizliyindən tutmuş pərdə və lüstrlərin silinməsi xidmətinə qədər təklif edir. Bu xidmətlərin qiymətləri də ucuz deyil. Nəzərə alsaq ki, personalları ilə yüksək xidmət təklif edən şirkət işinə tam zəmanət verir, belə olan halda işin qarşılığı alınan pul da kifayət qədər yüksək olur. Şirkətlər müxtəlifdir, elə qiymətləri də. Cibə uyğun şirkəti tapmaq isə müştərinin öz ixtiyarına buraxılır. Azərbaycanda isə təmizlik şirkətlərinə elə də inam yoxdur. Əhalinin aşağı təbəqəsinin bu cür xidmətlərə maddi imkanı çatmır, orta təbəqə evin xanımı hər işi görməlidir fikrindədir, yüksək təbəqə isə zaman-zaman bu cür xidmətlərdən istifadənin də istisna olmadığını bildirir.
Təmizlik şirkətlərindən birinin meneceri Turxan Məhsətinin sözlərinə görə, bu gün xidmət təklif edən şirkətlərin heç də hamısı işində məsuliyyətli deyil və heç də hamısı özünü təsdiq edib uzun müddət davam gətirmir. Təmizlik üzrə şirkətin qeydiyyatı xüsusi icazə və ya lisenziyaların alınmasını tələb etmir. İş üçün ən sadəsi məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçməkdir. Qeydiyyat proseduru da standartdır. Belə olan halda şirkət açmaq elə də çətin olmur. Vacib olan ayaqüstə durmağı bacara bilməkdir: "Təmizlik şirkəti qurmaq insanda əzm və maddi yatırım tələb edir. Maddi yatırım edən şirkət üçün bundan sonra peşəkar kadr yığmaq və işə başlamaq üçün heç bir maneə qalmır. Məsələn, yuyucu tozsoranın dəyəri adi modelə görə 180 manatdan başlayır, sadə sənaye modelinə görə 750 manata qədər çatır, peşəkarlar üçün ən bahalı modellərdən biri 6400 manata yaxındır. Avadanlığı daşımaq üçün öz mikroavtobusunun olması vacibdir. Uniforma, loqo, kadrların daimi mükafatlandırılması və bu kimi amillər də daxil edildiyində şirkət qurmağın heç də asan olmadığını görmək mümkündür. Süpürgə və vedrə ilə təmizliyə başlamaq mümkün deyil və bu cür xidmət təklif edən şirkətlərin də daimilik müddəti uzun çəkmir".
T.Məhsəti deyir ki, iş qəbul etməyin əsasını müştəri məmnunluğu çəkir. Əgər bir müştəri işdən razı halda sizinlə sağollaşırsa, bu, ikinci bir işin də sırada olduğunu göstərir. Əks halda bir müştəri itkisi ən az 5 müştəri itkisinə bərabərdir. Çünki insan bəyənmədiyi bir xidməti tərifləməklə yanaşı mütləq tənqid də edəcək: "Ev təmizliyinə nadir hallarda müraciət olunur. Bağ evlərinə, villalara, əyləncə məkanlarına dah çox sifariş qəbul edilir. Çünki bu cür yerlərin mütəmadi təmizlənməsi bir insanın bacara biləcəyi iş deyil. Xarici ölkələrin əksəriyyətində təmizlik şirkətləri otellər və bu kimi daimi turist qəbul edən məkanlarla saziş bağlayır və birlikdə çalışırlar. Azərbaycanda isə əhalinin hələ də əksər hissəsi şirkətləri qəbul etmir və mənasız sayır. Halbuki, biz işimizin öhdəsindən layiqincə gəlirik və istər təmizlik üçün istifadə edilən məhlul və maddələr, istər personal, istərsə də yüksək səviyyəli iş və məsuliyyət bizdə yüksək səviyyədədir. Sərmayə qoyub şirkət açan insanlar təbii ki, batırmaq niyyəti ilə bunu etmirlər. Buna görə də bu cür şirkətlərin çoxu öz işində məsuliyyət daşıyır".
Qiymətlərə gəlincə, tək-tək ev əşyalarının təmizlənməsi (pərdə, lüstr) qiymətlər 10-150 manat arası dəyişir. Ümumilikdə bir otaq təmizlənməsi əşya sayından asılı olaraq 50-200 manat arası dəyişir. Daimi olaraq təmizlənmə aparılacaqsa, qiymətlərdə kəskin endirimlər də edilir.
XƏBƏR LENTİ
Günün qoroskopu: yaşam arealınızı daha rahat edin
Uşaqlığınız yadınızdadır?
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Valideynlərin diqqətinə: körpələrə vurulan peyvəndlər autizm yaradır?
Ermənilərə xəbərdarlıq edildi
Biz bunun gerçək olduğunu düşünmədik!
Sinələrin sallanma səbəbi
Humus (foto resept)
11 yaşlı Gövhər “Mücize 2” filmində rol alacaq
Minlərlə yeni iş yeri açılacaq
Zövqlü ziyafət çantaları
Android üçün olan WhatsApp-da mükəmməl funksiya
Ulduz cütlük koronavirusa yoluxdu
Sosu və Haru
Ağdam rayonunun işğalından 23 il ötür
Valideynlərin yol verdiyi səhvlər
Koronavirus artıq İtaliyadadır
Bakı Metropolitenində yenilik
Üz quruluşuna görə papaq seçimi
Dünyanın ən ağıllı ölkələrinin SİYAHISI
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Keçən il
Dünyanın o biri tərəfi...
Nazir qadınları təbrik etdi
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Tez qırılan saçlar üçün maskalar
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
Azərbaycanda koronavirusa yoluxanların yaş qrupu açıqlandı - RƏSMİ
Burun əməliyyatından əvvəl nə etməli?
Matcha çayının faydaları
1-6 aylıq körpənin inkişaf cədvəli
Cəbhədə erməni hərbçilər öldürüldü
Hindistana getmək istəyənlərə ŞAD XƏBƏR
Şirinbiyan haqqında bilmədiklərimiz (2)
“İstanbullu gəlin” böyük UДћURA İMZA ATDI - FOTO
31 Avqust- Qubadlı
Yaraları sarınarkən “Can Qarabağ, ana yurdum” oxuyan əsgərimiz - VİDEO
Rəşid kimi olmayacaq...
Soyuq havanın dəriyə təsiri
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
Gülşən çanta üstündə məhkəməlik oldu
Balalarımızın şirin sözləri
Kağız parçalarından hazırlanmış əl işləri
Ağ dərili model özünü qraltdı - FOTO
Ayrılıq ağrısının yaratdığı fiziki ağrılar
Soyuq havalarda uşaqları necə geyindirməli?