Vaxtilə dəlilər kimi aşiq olduğunuz insanı indi əvvəlki kimi sevmir və bu münasibəti artıq bitirmək istəyirsiniz.
Bəs bu böyük sevginin bitməsinə nəyin səbəb olduğunu heç düşündünüzmü?
"Onsuz da mənimdir" düşüncəsi
İlk bir neçə ayı xoş keçirdikdən sonra bir çox cütlük "onsuz da mənimdir, mənə məxsusdur" kimi yanlış düşünməyə başlayar. Və bu da tərəflərdən birinin "birlikdə olmağımızın artıq mənası qalmadı" deyənə kimi davam edər. Ancaq münasibətinizi bir körpə kimi düşün. Körpənizə bir neçə il baxıb sonra "onsuz da öz-özünə böyüyəcək" deyib bir kənara atarsınız?
Sevginizə sahib çıxın və hər mərhələsində onun üçün nələrsə etməyə çalışın. Bir-birinizlə maraqlanın, bir-biriniz üçün darıxın, fikrilərinizi paylaşın, problemləri böyüyüb həllolunmaz hala gətirmədən oturub müzakirə edin. Bir sözlə, hər ikiniz də çalışın.
İş bölgüsü etməmək
Əsəbisiniz, həm də çox... Sevdiyiniz adamla bir evdə yaşamağa başlayandan etibarən o, bütün ev işlərini (paltar yumaq, ev təmizləmək, qab yumaq və s. ) ancaq sizin görməli olduğunuzu düşünür, halbuki sizin də işiniz onunku qədər ağırdır. Evlənəndən sonra bir çox ailədə rollar artıq bölüşür və ev işləri də həmişəki kimi qadının üzərinə atılır. Ancaq bilməlisiniz ki, bunlar hər ikinizin də işidir.
Ərinizə evlə bağlı bəzi işlər tapşırın. Marketə dönmədən evə gəldi? Qətiyyən onun yerinə durub marketə getməyin. Mətbəxi təmizləməkdə elə də bacarıqlı deyil? Eybi yox, qoyun təmizləsin. Vacib olan bir sıra məsuliyyətlərinin olduğunu dərk etsin. Yoxsa gördüyünüz hər yaxşılıq bir müddət sonra sizi münasibətinizdən soyudar.
Keçmiş sevgilinin kölgəsindən xilas olmamaq
Bəzən keçmişdəki bir münasibətin kölgəsi bu günün xoşbəxt sevgisinin üzərinə düşə bilər. "Yeni sevgilim doğru insandırmı? Yoxsa hələ də mənim üçün çalışan keçmiş sevgilimə geri qayıdım?" kimi şübhələr gözəl davam edən sevgini bir müddət sonra zəhərləməyə başlayar. Böyük ehtimalla qarşı tərəf də bundan sıxılar və münasibətini bitirər. Əgər keçmiş sevgilisiylə bağlı tərəddüdləri olan sizsinizsə, tövsiyəmiz odur ki, onu udun, çünki eyni suda iki dəfə yuyunmaq olmaz. Özünüzə və yeni sevgilinizə gerçək bir şans verin.
Yeni sevgilinizi keçmişdəkiylə heç vaxt müqayisə etməyə çalışmayın.
Onu olduğu kimi qəbul etməmək
Fərqli düşüncələrə, maraqlara sahib olmaq, gələcəyə dair planların, xəyalların, dünyagörüşlərinin fərqli olması çox vaxt ayrılığa səbəb olur. Xarakteriniz eyni olmaq məcburiyyətində deyil. Məsələn, siz daha şənsiniz, o isə sakitdir. Ancaq həyata və dünyaya baxışınız, zövqləriniz, planlarınız uyğun gəlmirsə, işiniz çox çətindir.
XƏBƏR LENTİ
Koçaryan yenidən hakim qarşısına çıxarılır
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
Məşhur müğənni vəfat etdi-FOTO/VİDEO
Üzüm çəyirdəyinin faydaları
İranda zəlzələ
2019-un ilk moda həftəsi
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
“Ayfon” pasportu əvəz edə bilər
Dünyadakı “Ən”lər silsiləsindən
Yaponiyada fəlakət: onlarla aviareys ləğv edildi
Moda ilə bağlı izləyə biləcəyiniz filmlər
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
BMW Z4 təqdim olundu
"Qaz ayağı" peçenyesi (foto-resept)
Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Bu ilin trend rəngi: Canlı Mərcan
Hərbi xidmətdə yenilik
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
ABŞ-ın növbəti prezidenti DONALD TRAMPdır
Ağ dişlər üçün ən sadə üsul
Faydalı məsləhətlər
Uşaq otağı dizaynı
Manatla bağlı xoş xəbər
Düşüncə dərsi (4)
Dostları sayəsində dünyanı gəzdi
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Kottiqli pəriləri (1-ci hissə)
Ana südünü artıran içkilər
Nobel mükafatı laureatı vəfat etdi
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Erkən qocaldan 6 SƏBƏB
Ana namizədləri üçün uşaq mebelləri və bəzi məsləhətlər
İngiltərədə 130-a yaxın kitabxana bağlandı
“O səs Türkiyə”nin münsifləri bu qədər qazanacaq
Azərbaycanda xarici pasportların verilməsində yenilik
İnsanın dahiliyini təyin edən xüsusiyyətlər
Saç üçün maskalar
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
Çimərlikdə uşaq barmağı tapıldı
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
“Samsung” parçalana bilər
Sosial şəbəkələr haqda qanun olacaq?
Quru öskürəyi aradan qaldıran içkilər
Şokoladlı "Napoleon" tortu (foto resept)
Demet Akalının hədəfi indi də İvana Sert oldu
Qan azlığının qarşısını alan 5 faktor